Cavab: Bəli, Şeytan deyildikdə Adəm (ə)-mın cənnətdən çixarılmasına səbəb olan və qiyamət gününədək möhlət verilən və əvvəllər adı İblis olan şeytanın özüdür. Qurani-Kərimdə ona qiyamət gününədək möhlət verildiyinə işarə olunaraq buyurulur:
قَالَ فَإِنَّكَ مِنَ الْمُنظَرِينَ ()إِلَى يَومِ الْوَقْتِ الْمَعْلُومِ
((Allah) buyurdu: “Sən möhlət verilənlərdənsən” Ancaq məlum vaxtın gününə (İsrafil surunu birinci dəfə çalana və bütün məxluqat məhv olana) qədər!)(Hicr/37-38)
Başqa bir ayədə onun övladlarının çoxluğuna işarə olunaraq buyurulur:
أَفَتَتَّخِذُونَهُ وَذُرِّيَّتَهُ أَوْلِيَاء
(Məni qoyub onu və nəslini (övladını özünüzə) dostmu tutursunuz?).(Kəhf/50).
Başqa bir ayədə isə buyururlur:
إِنَّهُ يَرَاكُمْ هُوَ وَقَبِيلُهُ مِنْ حَيْثُ لَا تَرَوْنَهُمْ
(Şübhəsiz ki, o (Şeytan) və onun camaatı sizləri sizin onları görə bilmədiyiniz yerlərdən görürlər.)(Əraf/27)
Amma o ki qaldı şeytanların və kafirlərin xəlq olunmalarının səbəbinə bunu deməliyik ki, məxluqatın xəlq olunması xeyirdən başqa bir şey deyildir.Yəni,Allah tərəfindən xəlq olunan bütün məxluqat yaradıldığı zaman tam ixtiyar sahibi olur onun qarşısına Allaha tərəf aparan səadət və xoşbəxtlik yolu və uçuruma aparan bətbəxtçilik yolu qoyulur. Və məxluqat öz seçimini etməklə ya səadətə qovuşur və ya zəlalətə. Yəni, zəlalət yolunun yolçuları kimlər tərəfindənsə deyil, özləri tərəfindən səadət məhrumiyyətinə məhkum olunurlar.
Lakin burada belə bir sual da meydana gəlir. Belə bir prinsipi qəbul etdiyimiz təqdirdə şeytanın xəlq olunmasına nə kimi ehtiyac olmuşdur? Cavabında deyirik. Bəzi hallarda bu kimi varlıqların nəslindən Ham ibn Həyyim kimi şəxslər də meydana gəlmişdir. Və məlum məsələdir ki, əgər bu kimi şəxslərdən bir nəfər də olsun kafir dünyaya gələrsə bu olduqca böyük əhəmiyyət kəsb etmiş olar. ,,Üsuli-Kafi’’-də nəql olunan rəvayətlərdən birində deyilir: Əgər yer üzündə yalnız bir nəfər mömin bəndə qalarsa Allah Öz istəyini yerinə yetirər. Şeytanın xəlq olunmasının hikmətlərindən biri də onun vəsvəsələrinə əhəmiyyət verməməkdir ki, bununla mömin bəndələr iki şeyə nail olurlar.
1-Əməlisaleh möminlər günahkarldan fəqrlənə bilirlər. Ayədə buyurulduğu kimi:
وَمَا كَانَ لَهُ عَلَيْهِم مِّن سُلْطَانٍ إِلَّا لِنَعْلَمَ مَن يُؤْمِنُ بِالْآخِرَةِ مِمَّنْ هُوَ مِنْهَا فِي شَكٍّ وَرَبُّكَ عَلَى كُلِّ شَيْءٍ حَفِيظٌ
(Əslində (İblisin) onlar üzərində heç bir hökmü yoxdur. Lakin Biz axirətə inananla ona şəkk edəni ayırd edib bilmək üçün (İblisə bu imkanı verdik). Sənin Rəbbin hər şeyi hifz edəndir! (Möminlərin və kafirlərin əməllərini mühafizə edər, qiyamət günü hərəyə öz əməlinin cəzasını verər)). (Səba/21).
2-Şeytanların daimi vəsvəsə və hiylələri möminlərin öz iman və əqidələrində dahada sabitqədəm qalmalarına səbəb olur və bununlada onlar mənəvi məqam baxımından mələklərdən belə yüksək məqama nail olurlar.
************
source : الشیعه