Cavab:İslam alimləri lövhi məhfuzla lövhi məhv barədə müxtəli araşdırmalar aparmış və onun nədən ibarət olduğunu sübuta yetirməyə çalışmışlar. Əllamə Məclisi ,,Usuli-Kafi’’-yə verdiyi şərhdə yazır: Quran ayələrindən və nəql olunan rəvayətlərdən belə məlum olur ki, Allah-Təala iki növ lövh xəlq etmiş və orada aləmdə baş verəcək hadisələri qeyd etmişdir. Onlardan biri heç bir halda dəyişilməyən hadisələrin qeyd olunduğu və Allahın elmi ilə müvafiq olan lövhi məhfuz, digəri isə hadisələrin yazıldığı lakin sonradan Allahın hikmət və iradəsi ilə dəyişilə bilən lövhi məvhdir. Bu da ağıl və düşüncə sahiblərindən heçdə qaranlıq qalan məsələ deyil. Məsələn, orada Zeydin əlli il ömür sürəcəyi qeyd olunur. Yəni, İlahi hikmət onun əlli il yaşamasını tələb edir. Daha sadə desək əgər Zeyd ömürünün azalmasına və ya çoxalmasına səbəb olacaq hər hansı bir iş görməzsə adi halda əlli il ömür sürə bilər. Yox əgər qohum-əqraba ilə yaxşı münasibətdə olub vaxt aşırı onları görməyə gedərsə və ya vaxt aşırı Allah yolunda sədəqə verərsə lövhi məhvdə qeyd olunan əlli ili altmış il ilə əvəz edə bilər. Və əksinə, əgər onlarla əlaqələsini kəsib yaxşi münasibətdə olmazsa lövhi məhvdə qeyd olunan əlli ili qırx il ilə əvəz edə bilər. Bir sözlə lövhi məhvdən fərqli olaraq lövhi məhfuzda mütləq baş verəcək hadisələr qeyd olunur. Məsələn, orada qeyd olunur ki , əgər Zeyd könül xoşluğu ilə qohum-əqraba ilə yaxşı münasibətdə olarsa əlli il əvəzinə altmış il,yox əgər onlarla əlaqələsini kəsib yaxşi münasibətdə olmazsa əlli il yox qirx il ömür sürəcəkdir. Və bütün bunlar orada əvvəlcədən qeyd olunur və sonradan orada artıq heç bir dəyişiylik aparılmır. Lakin lövhi məhv də bir sıra dəyişiyliklər aparılır ki, buna da ,,bəda” deyilir. Əvvəlki suallarda bu barədə ətraflı söhbət açdığımız üçün burada birdaha bu mövzuya qayıtmaq istəmirik.
Sual oluna bilər ki, indiki bütün hadisələr lövhi məhfuzda qeyd olunur onda lövhi məhvin nə kimi faydası var? Cavabında deyirik: Bunların bir çox hikməti vardır ki,Əllamə Məclisi onlardan bir neçəsini öz kitabında nəql etmişdir. Orada deyilir: Lövhi məhfuzu mələklər yazar və onlarla yanaşı Allahın lütf və mərhəmətindən bəhrələnən peyğəmbərlər,onların varis və canişinləri, habelə əməlisaleh təqva sahibləri orada yazılanlardan agah olar və möminlərə etdikləri xeyirxah işlərə görə nəqədər böyük mükafat gözlədiyi əvvəlcədən xəbər verərlər. Və bunula da onlar xeyirxah və əməlisaleh işlərə daha çox sövq olar, xoşagəlməz işlərdən isə mümkün qədər uzaq olmağa çalışarlar.
Lövhi məhvdəki dəyişiklərə səbəb olan əməllərdən birirdə sədəqə vermək və çox dua etməkdir. Bu səbəbdən də ayə və hədislərdə hər iki xeyirxah işə xeyli tövsiyələr olunmuşdur. ,,Üsuli-Kafi’’-də nəql olunan həmin hidislərdən birinə işarə edirik. İmam Sadiq (ə) buyurur: (Bəla və çətinliklər nəqədər şiddətli olsada dua etməklə dəf olunar.) Yunus peyğəmbərin qövmünün aqibətini buna misal çəkmək olar. Belə ki, İlahi hökm onlar barədə qəti olsada etdikləri dualar nəticəsində qarşılaşacaqları bəla onlardan dəf olunmuş ve bələliklə Allahın rəhmət və mərhəmətinə qovuşmuşlar.