Azəri
Saturday 20th of July 2024
0
نفر 0

TÜRKİYƏ SURİYAYA SANKSİYA TƏTBİQ ETDİ

Türkiyə Suriyaya qarşı iqtisadi sanksiyalar tətbiq edib. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu 9 maddədən ibarət sanksiyalar paketində səyahət qadağası, hesabların dondurulması, maliyyə-kredit sazişlərinin dayandırılması kimi tədbirlərin yer aldığını açıqlayıb.

TÜRKİYƏ SURİYAYA SANKSİYA TƏTBİQ ETDİ

Əhli Beyt   xəbər agentliyinin verdiyi xəbərə əsasən:Davudoğlu keçirdiyi mətbuat konfransında bu maddələri bir-bir sadalayıb:

 

1. Suriyada xalqla eyni mövqedə olan qanuni bir hökumət hakimiyyətə gələnə qədər Ali Səviyyədə Strateji Əməkdaşlıq Şurası mexanizminin ləğv edilməsi.

 

2. Suriyada rəhbər vəzifələrə mənsub, haqlarında xalqa qarşı zorakılıq və qeyri-qanuni vasitələrə əl atdıqlarına dair iddialar olan şəxslərə səyahət qadağası qoyulması və bu şəxslərin Türkiyədəki hesablarının dondurulması, Suriya rejimini dəstəkləyən bəzi iş adamlarına da analoji tədbirlərin tətbiq edilməsi;

 

3. Suriya ordusuna hər cür silah və hərbi sürsatın satış və tədarükünün dayandırılması;

 

4. Türkiyə torpaqları, hava məkanı və sərhəd sularından istifadə etməklə üçüncü ölkənin Suriyaya silah və hərbi sürsat transferi etməsinin beynəlxalq hüquqa müvafiq şəkildə qarşısının alınması;

 

5. Suriya Mərkəzi Bankı ilə əlaqələrin dayandırılması;

 

6. Suriya hökumətinin Türkiyədəki maliyyə aktivlərinin dondurulması;

 

7. Suriya hökuməti ilə kredit əlaqələrinin dayandırılması;

 

8. Hazırda icra olunan əməliyyatlar istisna olmaqla, Suriya Ticarət Bankı ilə əməliyyatların dayandırılması;

 

9. Suriyadakı infrastruktur layihələrinin maliyyələşdirilməsi üçün imzalanan Eksimbank kredit razılaşmasının ləğv edilməsi;

Türkiyənin xarici işlər naziri bildirib ki, bu tədbirlərin Suriya xalqına mənfi təsir etməməsi üçün həddindən artıq ehtiyatlı tədbirlər görülüb. "Suriya hökumətinə qarşı irəli sürdüyümüz tədbirlərlə əlaqədar, Suriya xalqının incidilməsinə, hökumətin səhvlərinə görə xalqın cəza çəkməsinə yol verməmək əsas məqsədimiz olub".


source : ابنا
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Fələstindaə İslam şəriətinə uyğun qiymətli kağızlar satışa çıxarılacaq
Dünya çempionu: “Ailəm qarşı çıxdı – Onları dediklərinə peşman etdim”
Əsl balı necə seçməli?
Ayətullah Safi: “Keçmişin tərəqqisidən geri qalmamalıyıq”
Nazİr Elmarın qətlİlə bağlı ABŞ səfİrİnə nə deyİb?
İsrailin etirafı: Fələstinlilərin anti-İsrail hərəkətləri misilsizdir
Ayətullah Sistaninin nümayəndəsi İraqın siyasi böhranı barədə xəbərdarlıq ...
Gert Vilders ABŞ-da antiislam nümayişə qatılacaq
"Diqqət! "MÖVLUD OLİMPİADASI"na qeydiyyatın bitməsinə 1 gün qaldı!
Moskvada elektirik qalmaqalı

 
user comment