Azəri
Friday 10th of January 2025
0
نفر 0

Sual 16: Həzrəti Məhəmməd (s)-mın əcdadları hamılıqla təkallahçı olmuşlarmı? Onlar Həzrəti Musa (ə)-mın zamanında onun dinində olmuş və sonradan Həzrəti İsa (ə)-mın zamanında onun dininə etiqad bəsləmişlərmi? Belə bir gedişata əsasən Peyğəmbər (s)-mın bab

 

 

Cavab: Əhli-beyt davamçılarının əqidəsinə görə Həzrəti Məhəmməd (s)-mın Həzrəti Adəm (ə)-ma qədərki ata-babaları hamılıqla təkallahçı olmuş və onların arasında bir nəfərdə olsun müşrik və ya kafir olmamışdır. Əllamə Məclisi özünün  ,,Həyatul-qulub”-adlı kitabında yazır: Əhli-beyt (ə)-mın sadiq davamçıları olan imamiyyə  müsəlmanlarının əqidəsinə görə Həzrəti Məhəmməd (s)-mın Həzrəti Adəm (ə)-ma qədərki ata-babaları hamılıqla mömin və təkallahçı olmuş və o həzrətin  nuru   müşrik və kafirin nə belində nədə bətnində qərar tutmamışdır. İstər ata tərəfdən olsun,istərsədə ana Peyğəmbər (s)-mın nəslində din və əqidəsi şübhəli olan kimsə olmamışdır. Nəql olunan mütavatir hədislərdən də belə məlum olur ki, Peyğəmbər (ə)-mın əcdadları Həzrəti İsmail (ə)-mın övladlarından olmuş və onlarda hamılıqla dinin keşıyində durmuşlar. Məkkədə məskunlaşdıqdan sonra Kəbə evinin təmiri, pərdəsinin əvəz olunması, ziyarətçilərə xidmət və bu kimi mühüm işlər hamılıqla onlara məxsus olmuşdur. Həzrəti İbrahim (ə)-mın qoyduğu adət-ənənə onların arasında olmuş, Həzrəti Musa (ə)-mın,Həzrəti İsa (ə)-mın,Həzrəti İbrahim (ə)-mın və Həzrəti İsmail (ə)-mın şəriəti onların arasında öz qüvvəsini itirməmişdir. Onlar bu şəriətlərin qoruyucusu olmuş və onu ata-babalarından irs apararaq  öz övladlarına çatdırmışlar. Beləcə Əbdülmüttəlibə gəlib çatmış oda Əbu Talibi öz vəsi və canişini təyin etmişdir. Əbu Talib də Həzrəti Məhəmmədə peyğəmbərlik verildikdən sonra ona irs olaraq gəlib çatan kitab və şifahi əhvatları ona təhvil vermişdir.

     Həmin kitabın 13-c fəslində  qeyd olunur ki, Həzrəti İbrahim (ə)-mın və Həzrəti İsmail (ə)-mın canişinləri nəsil bə nəsil gələrək Əbdülmüttəlibə gəlib çatmış,ondan Əbu Talibə ondan isə Həzrəti Məhəmməd (s)-ma çatmışdır. Çünki, nəql olunan rəvayətlərdən belə məlum olur ki, Həzrəti İbrahim (ə)-mın nəsili iki hissəyə bölünmüşdür. Onlardan biri Həzrəti İshaq (ə)-mın övladlarını təşkil edən İsrail övladları,digəri isə Həzrəti İsmail (ə)-mın övladlarını daha dəqiq desək Həzrəti Məhəmməd (s)-mın əcdadlarını  təşkil edən ərəb milləti olmuşdur.Onlar   Həzrəti İbrahim (ə)-mın dinində olmuş və onlara bir nəfərdə olsun İsrail övladlarından  peyğəmbər göndərilməmişdir.

     Əllamə Məclisi nəql etdiyi rəvayətlərdən belə məlum olur ki, Həzrəti Əbdülmüttəlib və Həzrəti Əbu Talib İsa (ə)-mın dinində olmamış bəlkə özləri Həzrəti İbrahim (ə)-mın canişinləri olmuşlar. ,,Biharul-Ənvar’’-ın 6-cı cildində İmam Cəfər Sadiq (ə)-dan nəql etdiyi rəvayətdə deyir: (Qiyamət günü Allah-Təala Əbdülmüttəlibi peyğəmbərlərin və adil padşahların simasında məhşərə daxil edər.)

    Şeyx Səduq yazır: Nəql olunur ki, Əbdülmüttəlib Allahın yer üzündəki hüccət və dəlili Əbu Talib isə onun vəsisi və canişini olmuşdur.

     Amma o ki qaldı Peyğəmbər(s)-mın əmisi  Həmzəyə Şeyx Təbərsi ,,Əlamul-Vəra’’ adlı kitabda onun İslamı qəbul etməsi barədə ətraflı məlumat verir. Və orada o böyük şəxsiyyətin İslamı qəbul etdikdən sonra Peyğəmbər (s)-ma, İslam və müsəlmanlara arxa olması barədə də dəyərli məlumatlar verilir. Maraqlananlar qeyd olunan kitaba müraciət edə bilərlər.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Sual 56:Vəlimə ilə vəkirə arasındaki fərq nədən ibarətdir? Hubvə nə deməkdir?
Təqlid hökümləri
MÜSAFİR NAMAZININ HÖKÜMLƏRİ
QURANİ-KƏRİMİN «NÜMUNƏ» TƏFSİRİ ƏSASINDA -2
Sual 80:Dini rəhbərlik və onun əhəmiyyəti barədə nə deyə bilərsiniz?
QÜSLÜN HÖKÜMLƏRİ
Sual: 2. Deyin görək din insan üçündür yoxsa insan din üçün
ŞİRKƏTİN HÖKÜMLƏRİ
Salam! Men namazları birlesdirib qılmaq isteyirem. Esitmisem ki, zohr namazini ...
İnterntdə kibersport oynayıb pul udmaq olarmı?

 
user comment