Cavab: Əqli baxımdan şübhə doğurmayan məsələlərdən biridə budur ki,peyğəmbərlik iddiasında olan hər bir şəxs peyğəmbərlik üçün lazım olan şəraitə malik olduqdan sonra peyğəmbərliyini sübuta yetrimək üçün möcüzə göstərsin, başqa sözlə desək hər hansı bir xariquladə iş görməlidir. Çünki, yalandan peyğəmbərlik iddiasında olduqda Allah-Təala heç vaxt onun əli ilə nə bir möcüzə göstərər, nədəki hər hansı bir xariquladə işi həyata keçirər. Və şübhəsiz ki Həzrəti Məhəmmədin (s)-mın peyğəmbərliyinin sübuta yetməsi üçün yalnız bir möcüzənin göstərilməsi kifayət edərdi. Lakin hər kəsin istəyi ilə xariquladə işin görülməsi də əqli baximdan qeyri-mümkün və bəyənilməyən işdir. Çünki əgər hər kəsin istəyi ilə xariquladə işlər görülmüş olsaydı onda yaradılış aləminə hakim olan nizam-intizam biri-birinə dəyər bu isə Allahın hikməti ilə ziddiyətlik təşkil edərdı. Belə ki, Allah-Təala yaradılış aləmində bütün məxluqatı biri-biri ilə əlaqələndirmiş və hər şeyı səbəb və ya səbəblər asasına nizama salmışdır. Peyğəmbərlərin gəlişindən məqsəd isə təbii ki yaradılış aləminə hakim olan qayda-qanunları pozmaq deyil, insanları mənən saflaşdırmaq və onları səadətə aparan yolda rəhbərlik etmək və xaliqi onlara tanitdirmaqdır. Bunu da qeyd etmək lazımdır ki, bu kimi inadkar şəxslərin möcüzə tələb etməkdən məqsədləri heçdə iman gətirmək olmamış, bəlkə maaddi məqsədlərinə çatmaq olmuşdur. Bir çox hallarda isə onların məqsədi sadəcə olaraq Peyğəmbər (s)-mı istehza və ya məsxərə etmək olmuşdurb. Belə olduqda isə onları nəyisə inandırmaq və ya hər hansı bir xariquladə iş görmək tamamilə yersiz olardı.
Qeyd olunan müqəddiməni nəzərdən keçirdikdən sonra tam əminliklə deyə bilərik ki müşriklərin Peyğəmbər (s)-dan xariquladə iş tələb etmələrindən məqsəd aşağıdakilar olmuşdur.
1-Onlar möcüzəni Həzrəti Məhəmmdəd(s)-mın həqqaniyyətini qəbul etmək üçün istəməmişlər. Çünki, onlar tələb etmədən də dəfələrlə Peyğəmbər (s)-mın möcüzələrini görmüş və inadkarlıqlarını dahada artıraraq iman gətriməmişlər. Belə ki, əgər onlar doğrudan da möcüzə görmək istəsəydilər tək Quran onlara kifayət edərdi. Onların müşahidə etdikləri yüzlərlə möcüzələrdən biridə Alahın izni ilə Peyğəmbər (s)-mın ayı iki yerə bölməsi olmuşdur. Lakin bütün bunlara baxmayaraq bunu sehr adlandıraraq yenədə iman gətirməkdən imtina etmişlər. Bir sözlə inadkar Məkkə camaatı Həzrəti Məhəmməd (s)-mın saysız-hesabsız möcüzələrini müşahidə etmələrinə baxmayarq hər dəfə bir bəhanə gətirir və iman gətirməkdən boyun qaçirirdılar. Qeyd olunan ayədə də onların növbəti tələblərindən söz açılır və şübhəsiz ki, bu dəfədə onların məqsədi Peyğəmbər (s)-ma iman gətirmək olmamış, bəlkə əksinə olaraq onu istehza etmək olmuşdur.
2- Müşriklərin irəli sürdükləri tələblərdən bəziləri əqli baxımdan qeyri mümkün olmuş bu səbəbdən də onların tələbləri əsla nəzərə alınmamışdır. Allahın və mələklərin görünməsinə dair irəli sürülən tələbləri buna misal çəkmək olar. Yəni, Məkkə müşrikləri Peyğəmbər (s)-mın yanına gələrək ondan Allahı və mələkləri göstərməsini tələb etmiş əks təqdirdə iman gətirməyəcəklərini bildirmişlər. İsra surəsinin 92-ci ayəsində bu mətləbə işarə olunaraq buyurulur.
أَوْ تَأْتِيَ بِاللّهِ وَالْمَلآئِكَةِ قَبِيلاً
(Yaxud Allahı və mələkləri (peyğəmbərliyinin doğruluğuna şahid olaraq) açıq-aşkar qarşımıza gətirməyincə sənə iman gətirməyəcəyik).
Allah-Təala cismani varlıq olmadığı və adi gözlə Onun görünməsi mümkün olmadığı üçün Peyğəmbər (s)-ma cavab olaraq belə bir ayə nazil olur.
(De: Pakdır mənim Allahım (yəni adi gözlə Onun görünməsi qeyri mümkündür,və O bütün təsvir və cisimani təsəvvürlərdən uzaqdır.)).
Müşriklərin irəli sürdükləri tələblərdən biri də ətraf mühitin dəyişilməsi olmuşdur ki, bu da Allahın yaradılış aləmi üçün nəzərdə tutduğu nizam-intizam ilə ziddiyətlik təşkil edirdi. İsra surəsinin 90 və 91-ci ayələrində onların bu tələbinə də işarə olunaraq buyurulur:
وَقَالُواْ لَن نُّؤْمِنَ لَكَ حَتَّى تَفْجُرَ لَنَا مِنَ الأَرْضِ يَنبُوعًا
أَوْ تَكُونَ لَكَ جَنَّةٌ مِّن نَّخِيلٍ وَعِنَبٍ فَتُفَجِّرَ الأَنْهَارَ خِلالَهَا تَفْجِيرًا
(Bizə yerdən (Məkkədən) bir bulaq çıxarmayınca yaxud (ağacları) arasında şırıl-şırıl irmaqlar axan xurma və üzüm bağın olmayınca sənə iman gətirməyəcəyik).
Lakin cahil müşriklərin məntiqsiz və cahilanə tələbləri bununla məhdudlaşmamış Peyğəmbər (s)-dan dağları başları üstündə yarması,özü üçün qızıldan evlər saraylar tikdirəsi ilə də davam etmişdir.
أَوْ تُسْقِطَ السَّمَاء كَمَا زَعَمْتَ عَلَيْنَا كِسَفًا
(Yaxud, iddia etdiyin kimi, göyü parça-parça edib başımıza endirməyincə sənə iman gətirməyəcəyik.)
İnadkarlıq və istehzadan əl çəkməyən müşriklər öz tələblərini dahada genişlədərək yalnız göylərə qalxıb oradan kitab gətirəcəyi təqdirdə iman gətirəcəklərini və peyğəmbərliyini təsdiq edəcəklərini bildirmişlər.
أَوْ يَكُونَ لَكَ بَيْتٌ مِّن زُخْرُفٍ أَوْ تَرْقَى فِي السَّمَاء وَلَن نُّؤْمِنَ لِرُقِيِّكَ حَتَّى تُنَزِّلَ عَلَيْنَا كِتَابًا نَّقْرَؤُهُ قُلْ سُبْحَانَ رَبِّي هَلْ كُنتُ إَلاَّ بَشَرًا رَّسُولاً
(Və ya qızıldan bir evin olmayınca, yaxud sən göyə qalxmayınca (biz sənə iman gətirməyəcəyik). Əgər bizə (səmadan) oxuyacağımız bir kitab endirməsən, göyə qalxmağına da əsla inanmayacağıq!” (Ya Rəsulum!) De: “Rəbbim pakdır, müqəddəsdir! (Allah gedib-gəlmək, enib-qalxmaq kimi məxluqata aid olan xüsusiyyətlərdən uzaqdır!) Mən isə yalnız peyğəmbər olan bir insanam!” (Allahın izni olmayınca, heç bir peyğəmbər sizin dediklərinizi yerinə yetirməyə qadir deyildir!) )
Lakin hər bir ağıl və düşüncə sahibi irəli sürülən bu tələblərin mümkün olmadığını və bunun yalnız və yalnız inadkarlıqdan irəli gəldiyini hökm edə bilər.
3- Deyə bilərik ki, müşriklərin tələblərinə əhəmiyyət verilməməsinin səbəblərindən biri də İlahi hikmət səbəb olmuşdur. Belə ki, peyğəmbərlərindən möcüzə tələb edən bir çox ğövmlər həmin möcüzənin şahidi olmuş, lakin buna baxmayaraq yenədə iman gətirməmişlər və nəticədə Allahın qəzəbinə gələrək şiddətli əzaba düçar olmuşlar. Tarixdə belə bir açınacaqlı aqibətlə Saleh (ə)-mın camaatı qarşılaşmışdır. Və məlum məsəslədir ki, əgər Məkkə müşriklərinin də bütün tələb və istəkləri yerinə yetirilmiş olsaydı onlarda bir çox bəhanələr gətirərək iman gətirməkdən boyun qaçırar və əvvəlkindən daha çox inadkarlıq edərdilər. Belə olduqda isə İlahi hikmət onların məhv və həlakə olmalarını tələb edəcəkdi. Lakin onların bir çoxunun sonradan müsəlman olacağını nəzərə alaraq İlahi hikmət Məkkə müşriklərinin məhvini tələb etmir. Həmin bu cavaba işarə olaraq deyir:
وَمَا مَنَعَنَا أَن نُّرْسِلَ بِالآيَاتِ إِلاَّ أَن كَذَّبَ بِهَا الأَوَّلُونَ وَآتَيْنَا ثَمُودَ النَّاقَةَ مُبْصِرَةً فَظَلَمُواْ بِهَا وَمَا نُرْسِلُ بِالآيَاتِ إِلاَّ تَخْوِيفًا
(Bizə möcüzələr göndərməyə mane olan şey ancaq əvvəlkilərin (keçmiş ümmətlərin) onları yalan hesab etmələridir. Biz Səmud tayfasına açıq-aşkar bir möcüzə olaraq dişi (maya) bir dəvə verdik, lakin onlar ona zülm etdilər (dəvəni tutub kəsdilər). Biz möcüzələri yalnız (bəndələrimizi) qorxutmaq üçün göndəririk.)(İsra/59)-ayəsindən də belə məlum olur ki, bir vaxtlar Səmud qövmü onlara Allah tərəfindən göndərilən Saleh peyğəmbərdən möcüzələr tələb etmiş,lakin onlar möcüzənin gəlməsinə baxmayaraq yenədə iman gətirməmiş və nəticədə Allahın qəzəbinə gələrək məhv olmuşlar. Amma o ki qaldı Məkkə müşriklərinə onların tələblərinə,yəni möcüzə istəmələrinə müsbət cavab verilməməsindən məqsəd möcüzə gördükləri təqdirdə belə iman gətirməyəcəkləri olmuşdur. Məkkəlilərin İlahı əzaba düçar olmamalarının ən başlıca səbəbi isə Həzrəti Məhəmməd (s)-mın onların arasında olması və onun nəslindən mömin insanların dünyaya gəlməsi olmuşdur.
Deyilənlərdən belə məlum olur ki, Həzrəti Məhəmməd (s)-mın möcüzələrini inkar edən şəxslərin gətirdikləri dəlillər tamamilə əsassız olmuşldur. Çünki, Qurani–Kərim peyğəmbərlərin möcüzələrlə gəlmələri barədə buyurur:
لَقَدْ أَرْسَلْنَا رُسُلَنَا بِالْبَيِّنَاتِ وَأَنزَلْنَا مَعَهُمُ الْكِتَابَ وَالْمِيزَانَ لِيَقُومَ النَّاسُ بِالْقِسْطِ
(And olsun ki, Biz peyğəmbərlərimizi açıq-aşkar dəlillərlə (möcüzələrlə) göndərdik. Biz onlara birlikdə (Allahın hökmlərini bildirən səmavi) kitab və ədalət tərəzisi (şəriət) nazil etdik ki, insanlar (bir-biri ilə) ədalətlə rəftar etsinlər.)(Hədid/25).
Quran hətta bəzi peyğəmbərlərin möcüzələri barədə də ətraflı söz açir. Belə olduğu bir halda Allahın Özünün ən sevimli peyğəmbərinndən möcüzə əsrigəməsi heç bir məntiqə sığmazdı. Bir haldaki Quranın özü Həzrəti Məhəmməd (s)-mın ən böyük möcüzəsidir. Və burada Quranla mübarizə aparan şəxslər mübarizə meydanına çağırılaraq ins və cinləri köməyə çağırmaları təklif olunur. Maraqlıdır, Quran bütün bu həqiqətləri bəyan etdiyi və öz ayələrində Peyğəmbər (s)-mın möcüzələrindən bir neçəsi barədə söz açdığı bir halda bu inadkar camaat hansı üz və cürətlə onun möcüzə gətirməyə aciz olduğunu dillərinə gətirmişlər?! İndisə Quranın Həzrəti Məhəmməd (s)-mın möcüzələrindən bir neçəsi haqda söz açmasına nəzər salaq.
1-Merac.İsra surəsinin ilk ayəsində bu haqqda buyururlur:
سُبْحَانَ الَّذِي أَسْرَى بِعَبْدِهِ لَيْلاً مِّنَ الْمَسْجِدِ الْحَرَامِ إِلَى الْمَسْجِدِ الأَقْصَى الَّذِي بَارَكْنَا حَوْلَهُ لِنُرِيَهُ مِنْ آيَاتِنَا إِنَّهُ هُوَ السَّمِيعُ البَصِيرُ
(Bəzi ayələrimizi (qüdrətimizə dəlalət edən qəribəlikləri və əcaiblikləri) göstərmək üçün bəndəsini (Peyğəmbər əleyhissəlamı) bir gecə (Məkkədəki) Məscidülhəramdan ətrafını mübarək etdiyimiz (bərəkət verdiyimiz) Məscidüləqsaya (Beytülmüqəddəsə) aparan Allah pak və müqəddəsdir. O, doğrudan da, (hər şeyi) eşidəndir, görəndir!)
Bu hadisəyə Məaric surəsində də rast gəlmək olur.
2-Şəqqül-qəmər (ayın parçalanması).
Məkkə müşrikləri köydə möcüzə göstərməyin mümkün olmadığını güman edərək Həzrəti Məhəmməd (s)-dan möcüzə göstərməsini,daha dəqiq desək göydə ayı iki yerə bölməsini tələb etmiş və bunu iman gətirməkləri üçün yeganə şərt qoymuşlar. Qəmər surəsinin ilk ayəsində bu həqiqətə işarə olunaraq buyurulur:
اقْتَرَبَتِ السَّاعَةُ وَانشَقَّ الْقَمَرُ
(O saat yaxınlaşdı və ay (Peyğəmbərin möcüzəsi ilə) parçalandı.)
3- Ənfal surəsinin 17-ci ayəsində buyurulur:
وَمَا رَمَيْتَ إِذْ رَمَيْتَ وَلَـكِنَّ اللّهَ رَمَى
(Ya Peyğəmbərim! Düşmənlərin gözünə bir ovuc torpar) atdığın zaman sən atmadın, Allah atdı.)
Tarixdən belə məlum olur ki,döyüşlərdən birində Həzrəti Məhəmməd (s) yerdən bir ovuc torpaq götürərək onu müşriklərə tərəf atmış və torpaq onların göz və burunlarına dolaraq həlak etmişdir.
4-Tarixdən buda məlum olur ki, Əhzab döyüşündə Allah tərəfindən nazil olan şiddətli külək müşrikləri düşərgəsində bütün xeymələri üçürmuş qaladıqaları ocaqları isə söndürərək onları döyüş meydanından fərar etməyə məcbur etmişdir. Və bütün bunlarla yanşı Allah-Təala mələklərindən birini Peyğəmbər (s)-ma kömək etmək üçün göndərir. Əhzab surəsinin 9-cu ayəsində bu həqiqətə işarə olunaraq buyurulur:
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اذْكُرُوا نِعْمَةَ اللَّهِ عَلَيْكُمْ إِذْ جَاءتْكُمْ جُنُودٌ فَأَرْسَلْنَا عَلَيْهِمْ رِيحاً وَجُنُوداً لَّمْ تَرَوْهَا وَكَانَ اللَّهُ بِمَا تَعْمَلُونَ بَصِيراً
(Ey iman gətirənlər! (Xəndək, yaxud Əhzab vuruşunda Qüreyş, Qətəfan və yəhudilərin Bəni-Nəzir qəbilələrindən təşkil olunmuş) ordular sizin üstünüzə gəldiyi zaman Allahın sizə olan ne’mətini yada salın. O vaxt Biz onların üstünə külək və sizin görmədiyiniz (mələklərdən ibarət) qoşun göndərmişdik. Allah o zaman sizin nə etdiyinizi görürdü.)
Hüney döyüşündə də müsəlmanlar məğlub olduqları zaman Allah-Təala Öz sevimli peyğəmbərini möcüzəvi şəkildə qorumuş və onu Öz mələkləri ilə mühafizə etmişdir. Tövbə surəsinin 25- ci ayəsində bu həqiqətə işarə edərək buyurur:
لَقَدْ نَصَرَكُمُ اللَّهُ فِي مَوَاطِنَ كَثِيرَةٍ وَيَوْمَ حُنَيْنٍ إِذْ أَعْجَبَتْكُمْ كَثْرَتُكُمْ فَلَمْ تُغْنِ عَنْكُمْ شَيْئًا وَضَاقَتْ عَلَيْكُمُ الْأَرْضُ بِمَا رَحُبَتْ ثُمَّ وَلَّيْتُمْ مُدْبِرِينَ
(Allah sizə bir çox yerlərdə, həmçinin Hüneyn (vuruşu) günündə kömək etdi. O gün çox olmağınız xoşunuza gəlsə də, bir faydası olmadı, gen dünya sizə dar oldu (yer üzü genişliyinə baxmayaraq sizə dar gəldi), sonra dönüb qaçdınız.)
5- Bir çox hallarda isə Peyğəmbər (s)-ma əvvəlcədən sonralar baş verən hadisələr barədə xəbər vermişdir. Bədr döyüşündən əvvəl müşriklərin məğlub olacaqları barədə verdiyi xəbəri buna misal çəkmək olar
سَيُهْزَمُ الْجَمْعُ وَيُوَلُّونَ الدُّبُرَ
((Bədr vuruşunda) bu dəstə mütləq məğlub olacaq və arxa çevirib qaçacaqdır!)(Qəmər/45).
سَنُلْقِي فِي قُلُوبِ الَّذِينَ كَفَرُوا الرُّعْبَ بِمَا أَشْرَكُوا بِاللَّهِ مَا لَمْ يُنَزِّلْ بِهِ سُلْطَانًا وَمَأْوَاهُمُ النَّارُ وَبِئْسَ مَثْوَى الظَّالِمِينَ
(Haqqında heç bir dəlil nazil etmədiyi şeyi Allaha şərik qoşduqlarına görə kafirlərin ürəklərinə qorxu salarıq. Onların yeri Cəhənnəmdir. Zülm edənlərin sığınacaqları yer nə pisdir!)(Ali-İmran/151).
Peyğəmbər (s)-min Xeybərin və diğər yerlərin uğurlu fəthi barədə əvvəlcədən verdiyi xəbərləri də buna misal çəkmək olar. Necə ki Fəth surəsinin 20-i ayəsini buna misal çəkmək olar.
مَغَانِمَ كَثِيرَةً
(Allah sizə çox-çox qənimətlər vəd buyurmuşdur.)
Kövsər surəsində isə ona sonsuzluqda tənə vuran düşməninin özünün sonsuz olacağı və onun nəslinin qiyamətə qədər davam edəcəyinə işarə olunaraq buyurulur:
إِنَّا أَعْطَيْنَاكَ الْكَوْثَرَ
فَصَلِّ لِرَبِّكَ وَانْحَرْ
إِنَّ شَانِئَكَ هُوَ الْأَبْتَرُ
((Ya Peyğəmbər!) Həqiqətən, Biz sənə Kövsər (Cənnətdəki Kövsər irmağını və ya bol nemət, yaxud Quran, peyğəmbərlik) bəxş etdik!
Ona görə də (bu ne’mətlərə şükür edərək) Rəbbin üçün namaz qıl və qurban kəs!
(Ya Peyğəmbər! Oğlun Qasım, yaxud İbrahim vəfat etdiyi zaman sənə sonsuz, arxası kəsik, nəsli kəsilmiş deyən) sənin düşməninin (As ibn Vailin) özü sonsuzdur! (Sənin nəslin qiyamətə qədər törəyib artacaq, adına isə həmişə rəhmət oxunacaqdır!) )
Mərhum Fəxrul-İslam özünün ,,Bəyanul-həqq’’ adlı kitabının 1-ci cildində Qurani-Kərimdə verilən bu kimi qeyb xəbərlərindən otuzuna işarə edir və qeyd edir ki, bunlardan iyirmisini Həzrəti Məhəmməd (s) xəbər vermiş və onlardan Allahdan başqa kimsə agah olmamışdır. Əllamə Məclisi özünün ,,Həyatul-qulub’’ adlı kitabının 2- ci cildində də bu kimi ayələrdən bir neçəsinə işarə edir. ,,Ənisul-ə’lam’’ adlı kitabının 2-ci cildinin 245-ci səhifəsində İncildən səkkiz ayəyə işarə edir və orada qeyd edir ki, Həzrəti İsa Məsihin zamanında yaşayan bəzi inadkar camaat ondan möcüzə göstərməsini tələb etmiş,lakin o onların tələblərinə məhəl qoymamışdır. Markosun İncilində (8-ci fəsl,11-ci ayə) deyilir: Finikiyalılar eşiyə çixaraq onunla mübahisə etməyə başladılar və imtahan məqsədi ilə ondan səmavi möcüzələrdən bir neçəsini göstərməsini tələb etdilər. Həzrəi Məsih dərindən ah çəkərək deyir: Görəsən bu camaat nə üçün möcüzə istəyir onsuzda onlara nə möcüzə göstərsəm onu qəbul etməyəcəklər.