Cavab: Quran ayələrində istifadə olunan zənb(ذنب), ism(اثم),usyan(عصيان) kəlmələrinin hər biri müxtəlif mənalar daşıyır, lakin onların hər birindən eyni məna nəzərdə tutulur ki, buda verilən əmr və qadağa ilə müxalif olmaq və itaətsilik etməkdir. Əmr və qadağalara itaətsizlik etməyin özü də iki hissəyə bölünür. Onlardan birincisi əmr olunan əməlin əməl olunması və eyni qaydada qoyulan qadağanın tərk olunması vacib və zəruri olan əməllərdir. Əməl olunması vacib olan gündəlik namazların qılınmasını və tərk olunması vacib olan zina kimi əməlləri buna misal çəkmək olar. Dediklərimizə dahada aydınlıq gətrimək istəsək deyə bilərik ki, əməl olunması vacib olan əməllərin icrası Allahın razılığına, tərk olunması isə Onun qəzəbinə və eyni qaydada olaraq tərk olunması vacib olan əməllərin icrası Allahın qəzəbinə,onların tərk olunması isə Alahın razılığına səbəb olur. Şəriətdə bu kimi əməllərə vacib və haram deyilir.
İkinci dəstəyə aid olan əməllərə isə nə əmr olunur nədə qadağa qoyulur. Başqa sözlə desək bu kimi əməlləri yerinə yetrimək Allahın razilığına səbəb olur,lakin onların tərk olunması Allahın qəzəbinə və nəticədə bəndənin cəzalandırılmasına səbəb olmur. Bu kimi əməllərə isə şəriətdə müstəhəb (bəyənilən) və məkruh (bəyənilməyən) əməllər deyilir. Və bu kimi əmr və qadağalarla müxalif olmağa da şəri termin olaraq ,,tərki ula”-deyilir. Yəni, savab veriləcək həmin əməllər yerinə yetirilsəydi və tərk olunmasaydı daha yaxşı olardı. Hərçənd onların tərk olunması İlahı qəzəb və cəzaya səbəb olmur. Peyğəmbərlərin yüksək mənəvi məqamı ilə uyğun olan da onların savab veriləcək əməlləri yerinə yetirmək və onları tərk etməməkdir. Lakin savabı çox olan əməlləri yerinə yetirməmək və məkruh olan əməlləri yerinə yetirmək peyğəmbərlərin ismət və mənəvi məqamına heç bir xələl gətirmir. Peyğımbərlərin bütün günahlardan uzaq olub məsumluq dərəcəsinə çatmaları insan şüurunun hökm etdiyi qəti dəlil və sübutlardan olduğu üçün Qurani-Kərimdə onlar barədə günah deyildikdə şübhəsiz ki, ikinci dəstəyə aid olan əməllər nəzərdə tutulur.
Əllamə Hilli peyğəmbər və imamın məsumluğu barədə deyir: İsmət olduqca gizli bir məsələdir və kimsə bu barədə hər hansı bir məlumata malik deyil. Çünki, ismət nəfsani bir qabiliyyət və Allahın bəxş etdiyi müqəddəs bir qüvvədir. Və belə bir xüsusiyyətə malik olan şəxsin günah etməsi qeyri mümkündür. Bu isə iki yolla sübuta yetirilir:
1- Peyğəmbər və ya imamın özünün bu həqiqəti bəyan etməsi.
2- Möcüzə sahibi olan Allahın peyğəmbər və imamı bu məqama təyin etməsi. Möcüzə və xariqüladə işlər Allahın izn və iradəsi ilə həyata keçdiyi üçün bu işləri həyata keçirən şəxs Allah tərəfindən təsdiq olunmalı və məsumluq dərəcəsinə çatmalıdır. Deməli, peyğəmbərlik və imamlıq məqamına nail olmaq üçün məsumluq əsas şərtlərdən biridir. Adları Qurani-Kərimdə çəkilən peyğəmbərlərə gəldikdə isə onların peyğəmbərliyi Quranın öz ayələri ilə təsdiqlənmiş deməli,onların ismət və məsumluğu da Quran tərəfindən təsdiqlənmişdir. Və buradan belə məlum olur ki, onlara nisbət verilən günahlar ikinci dəstəyə aid olan günahlardır.
************