Azəri
Saturday 11th of January 2025
0
نفر 0

Sual 19: Cismani meraca etiqad bəsləmək dinin zəruri məsələlərindəndirmi? Bildiyimiz kimi Peyğəmbər (s) merac gecəsi bir çoxlarının cəhənnəm əzabına düçar olduğunu, bir çoxlarının da cənnət nemətlərində qərq olduğunu müşahidə etmişdir. Əgər qiyamət hələ

 

 

Cavab: Bəli,  cismani meraca etiqad bəsləmək dinin zəruri məsələlərindəndir. Və bu məsələ Quran ayələri ilə də sübuta yetmişdir. İsra surəsinin 1-ci ayəsindən belə məlum olur ki, Həzrəti Məhəmməd (s) merac gecəsindən Allahın əmri ilə  Məkkə şəhərində yerləşən Məscidul-haramdan  indiki Fələstin ərazisində yerləşən Məscidul-əqsaya getmiş oradan da Allanın dərgahına ucalmışdır. Bu barədə Nəcm surəsində də məlumat verilir.İsra surəsinin ilk ayəəsində deyilir:

سُبْحَانَ الَّذِي أَسْرَى بِعَبْدِهِ لَيْلاً مِّنَ الْمَسْجِدِ الْحَرَامِ إِلَى الْمَسْجِدِ الأَقْصَى الَّذِي بَارَكْنَا حَوْلَهُ لِنُرِيَهُ مِنْ آيَاتِنَا إِنَّهُ هُوَ السَّمِيعُ البَصِيرُ

 

(Bəzi ayələrimizi (qüdrətimizə dəlalət edən qəribəlikləri və əcaiblikləri) göstərmək üçün bəndəsini (Peyğəmbər əleyhissəlamı) bir gecə (Məkkədəki) Məscidülhəramdan ətrafını mübarək etdiyimiz (bərəkət verdiyimiz) Məscidüləqsaya (Beytülmüqəddəsə) aparan Allah pak və müqəddəsdir. O, doğrudan da, (hər şeyi) eşidəndir, görəndir! ).

Bu hadisə bir çox rəvayətlərdə də öz əksini tapmışdır. Amma o ki qaldı Peyğəmbər (s)-mın bəzi insanların cəhənnəm əzabinna düçar olduğunu,bəzilərinin də cənnət nemətlərində qərq olmalarını müşahidə etməsinə bu qiyamət  günü baş verəcək hadisələrin  zahiri görünüşü olmuşdur. Yəni,hələ bu dünyada ikəm Allah-Təala Öz peyğəmbərinə qiyamət günü insanların qarşılaşacaqları şiddətli əzabı və dünya həyatında misli olmayan cənnət nemətlərini göstərmiş  və bunun canlı şahidinə çevirmişdir.

                               ************

                                 اقْتَرَبَتِ السَّاعَةُ وَانشَقَّ الْقَمَرُ

(O saat  yaxınlaşdı və ay (Peyğəmbərin möcüzəsi ilə) parçalandı.)(Qəmər/1)

                                    

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Əgər insanın boynunda həm cənabət və həmdə başqa qüsullar varsa necə qüsul ...
Sual 56:Vəlimə ilə vəkirə arasındaki fərq nədən ibarətdir? Hubvə nə deməkdir?
Təqlid hökümləri
MÜSAFİR NAMAZININ HÖKÜMLƏRİ
QURANİ-KƏRİMİN «NÜMUNƏ» TƏFSİRİ ƏSASINDA -2
Sual 80:Dini rəhbərlik və onun əhəmiyyəti barədə nə deyə bilərsiniz?
QÜSLÜN HÖKÜMLƏRİ
Sual: 2. Deyin görək din insan üçündür yoxsa insan din üçün
ŞİRKƏTİN HÖKÜMLƏRİ
Salam! Men namazları birlesdirib qılmaq isteyirem. Esitmisem ki, zohr namazini ...

 
user comment