Azəri
Saturday 11th of January 2025
0
نفر 0

Sual 30: İmam Rza (ə)-mın yeddinci İmam Musa Kazım (ə)-ma qüsl verməsi nədərəcədə doğrudur? Nəql olunan rəvayətlərdən bu da məlum olur ki, Əhməd ibn Musa (ə) yaşca İmam Rza (ə)-dan böyük olmuşdur. Bu barədə nəql olunan rəvayətləri nə dərəcədə dogru hesa

Sual 30:  İmam Rza (ə)-mın yeddinci İmam Musa Kazım (ə)-ma qüsl verməsi nədərəcədə doğrudur? Nəql olunan rəvayətlərdən bu da məlum olur ki, Əhməd ibn Musa (ə) yaşca İmam Rza (ə)-dan böyük olmuşdur. Bu barədə nəql olunan rəvayətləri  nə dərəcədə dogru hesab edirsinız?

 

Cavab: Zahirdə yeddinci imamı yəni, İmam Musa Kazım (ə)-ma qüsl verən,kəfənləyən və dəfn edən onun əmisi uşaqlarından olan  Süleyman olsada əslində İmam Rza (ə) təyyül-ərz edərək, yəni bir göz qırpımında Mədinədən Kazımeynə gələrək kimsə görmədən və hiss etmədən atasına qüsl vermiş, kəfənləmiş ona namaz qılmış və dəfn etmişdir.,,Biharul-Ənvar”-ın 11-ci cildində İmam Rza (ə)-mın vaqifiyyə təriqəti ilə apardığı mübahisəyə işarə olunaraq deyilir: Əli İbn Əbi Həmzə İmam Rza (ə)-ma deyir. Ata-babalarınızdan bizə bələ gəlib çatmışdır ki, məsum imamın  dəfni yalnız başqa bir məsum imam tərəfindən yerinə yetirilməlidir.(Bunu deməklə İmam Rza (ə)-mın Mədinədə olduğuna, lakin  atasının İraq ərazisində,daha dəqiq desək Kazımeyndə dəfn olunduğuna işarə etmək istəmişdir). İmam Rza (ə) cavabında buyurur: Cəddin İmam Hüseyn (ə) imam  olmuşdur ya yox? Əli İbn Həmzə deyir: Bəli. İmam Rza (ə) soruşur: Elə isə deyə bilərsənmi o Kərbəla çölündə şəhid olarkən kim tərəfindən dəfn olunmuşdur? Əli İbn Həmzə deyir: Əli İbn Hüseyn (ə). İmam Rza (ə) soruşur: Əli İbn Hüseyn (ə) məlun İbn Ziyadın əsiri idi,necə ona namaz qıla bilərdi? Əli İbn Həmzə deyir: O, kimsənin xəbəri olmadan Kərbəla çölünə gəlmiş atasını dəfn edərək yenidən əsirliyə qayıtmışdır. İmam Rza (ə) buyurur: Əli İbn Hüseyn (ə)-ma güc və qüdrət verən Allah sözsüz ki, azadlıqda olan əmr sahibinə yəni zəmanənin imamına da (özünü nəzərdə tutur) İraqa gələrək atasını dəfn etməyə   imkan vermişdir.

    Amma o ki qaldı Əhməd İbn Musa (ə)-mın İmam Rza (ə)-dan yaşca böyük olmasına mən bu barədə rical kitablarında hər hansı bir əsaslı dəlillə qarşılaşmamışam.

                                ************

 

                إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيراً

(Ey əhli-beyt! Allah sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər!) (Əhzab/33).

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Əgər insanın boynunda həm cənabət və həmdə başqa qüsullar varsa necə qüsul ...
Sual 56:Vəlimə ilə vəkirə arasındaki fərq nədən ibarətdir? Hubvə nə deməkdir?
Təqlid hökümləri
MÜSAFİR NAMAZININ HÖKÜMLƏRİ
QURANİ-KƏRİMİN «NÜMUNƏ» TƏFSİRİ ƏSASINDA -2
Sual 80:Dini rəhbərlik və onun əhəmiyyəti barədə nə deyə bilərsiniz?
QÜSLÜN HÖKÜMLƏRİ
Sual: 2. Deyin görək din insan üçündür yoxsa insan din üçün
ŞİRKƏTİN HÖKÜMLƏRİ
Salam! Men namazları birlesdirib qılmaq isteyirem. Esitmisem ki, zohr namazini ...

 
user comment