Azəri
Thursday 2nd of May 2024
0
نفر 0

Sual 31: Bir çoxları yuxarıda qeyd olunan təthir ayəsinin Peyəmbər (s)-mın zövcələrinə də şamil olduğunu hesab edirlər. Bu barədə açıqlama vermənizi xahiş edirik.

 

 

Cavab: Təthir ayəsi Əhzab surəsinin  yalnız bir hissəsini təşkil edir. Ayəyə bütünlüklə nəzər salaq.

 وَقَرْنَ فِي بُيُوتِكُنَّ وَلَا تَبَرَّجْنَ تَبَرُّجَ الْجَاهِلِيَّةِ الْأُولَى وَأَقِمْنَ الصَّلَاةَ وَآتِينَ الزَّكَاةَ وَأَطِعْنَ اللَّهَ وَرَسُولَهُ إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيراً

(Evlərinizdə qərar tutun. İlkin Cahiliyyat dövründəki kimi açıq-saçıq olmayın. (Bər-bəzəyinizi taxaraq evdən çıxıb özünüzü, gözəlliyinizi yad kişilərə göstərməyin!) Namaz qılın, zəkat verin, Allaha və Rəsuluna itaət edin. Ey əhli-beyt! Allah sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər!)

Ayənin birinci hissəsi Peyğəmbər (s)-mın zövcələrinə aid olsada sonuncu cümlə onun Əhli-beytinə aiddir. Əhli-beyt deyildikdə yalnız Peyğəmbər (s)-mın özü, Əli (ə),Həzrəti Fatimei Zəhra (ə) və onların iki övladı İmam Həsən (ə)-la İmam Hüseyn (ə) nəzərdə tutulur.Və əgər ayənin  Əhli-beyt(ə)-ma aid olan hissəsinə diqqət yetirəriksə orada qadın deyil, kişi  cinsinə aid olan cəm şəxs əvəzliyindən istifadə olunduğunun şahidi olarıq. Bildiyimiz kimi ərəb dilində qadın və kişilələrdən ibarət olan topluma  müraciət etdikdə kişi cinsinə aid olan(كُمْ-kum) cəm şəxs əvəvliyindən istifadə olunur.

     Ayənin birinci hissəsində Peyğəmbər (s)-mın zövcələrinə xitab olunsada nazil olma səbəblərinə nəzər saldıqda ikinci hissədə   onların nəzərdə tutulmamadığının şahidi oluruq. Ayənin Ümmi-Sələmənin evində nazil olması və rəvayətin onun özü tərəfindən nəql olunması da sağlam ağıl və düşüncə sahiblərində azacıqda olsun şübhə doğurmur.

    ,,Ğayətul-məram”- adlı kitabda bu barədə əhli-sünnə ravilərindən  qırx bir, şiə ravilərindən isə   otuz dörd hədis nəql olunmuşdur ki, onların hamısının məzmunu eynidir. Belə ki, bu rəvayətlərin hamısında təthir ayəsinin ayrıca nazil olduğu  və ayədə yuxarıda adları çəkilən şəxslərin nəzərdə tutulduğu göstərilir. Misal olaraq onlardan birinə işarə edirik.

     İbn Səbbağ  Maliki özünün ,,Əl-fusulul muhimmə” və ,,Əsbabul-nuzul”- adlı kitabında  Ümmi-Sələmədən nəql etdiyi rəvayətdə deyir: Peyğəmbər (s) Həzrəti Fatimə (ə)-mən evində idi. Birdən üzünü qızına tuturaq buyurur: Get Əlini və iki övladını bura çağır. Həzrəti Fatimə (ə) gedib onları atasının yanına çağırır. Peyğəmbər (s) parça sərilmiş  səkidə oturmuşdu.  Məndə otaqda onların yanında idim. Hami bir yerə toplandıqda Peyğəmbər (s) əbasını götürüb onların üzərinə çəkib buyurdu: İlahi bunlar mənim əhli-beytimdir, onları bütün çirkinlikdən pak və bütüb pisliklərdən uzaq et. Bu səhnəni müşahidə etdikdə Peyğəmbər (s)-ma dedim: Ey Allah peyğəmbəri, məndə sizin birinizəmmi?  Peyğəmbər (s) buyurdu: Sən xeyir tapmışlardansan,hər zaman xeyirli işlər görər və xeyir əldə edərsən. Sonra  ayəni tilavət etdi.

إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيراً

 (Ey əhli-beyt! Allah sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər!)).

Əbu Nəimdən nəql olunan rəvayətdə  deyilir: Ümmi-Sələmə deyir: Ey Allah peyğəmbəri, mən əhli-beytdən deyiləmmi? Peyğəmbər(s) buyurdu: Sən xeyir tapmışlardansan və sən peyğəmbərin zövcələrindənsən.

     Ayədə qeyd olunan الرِّجْس-(ər-rics)-kəlməsindən məqsəd mənəvi və ruhi çirkinliklər və insanı nadanlığa və cəhalətə sövq edən küfr ,şirk,nifaq, təkəbbürlük,həsəd və bu kimi  qeyri əxlaqi qəlbi xəstəliklərdir. Elə bu səbəbdəndə Əhli-beytin bütün  pislik  və çirkinlikdən  pak olması deyildikdə onların Allahın onların batin və mənəviyyatlarını bütün xoşagəlməz xislət və xüsusiyyətlərdən pak etmə , həqiqəti dərk etmə, həqiqəti axtarma,haqqa təslim olma və ixtiyari olaraq günah etmədən gündəlik həyatlarını ən gözəl tərzdə sürmə qabiliyyəti bəxş etmişdir.

    Peyğəmbərlik və imamət üçün əsas şərtlərdən biri olan ismət və məsumluq məhz belə məna ifadə edir. Deməli, təthir ayəsi  yalnız əhli-beyt (ə)-ma aid olmuş və onlar məsumluq məqamına  sahib olduqları üçün nazil olmuşdur. Bu məsələ bütün şiə alimləri və bir çox əhli-sünnə alimləri tərəfindən qəbul və təsdiqlənmişdir. Lakin bəzi əhli-sünnə alimləri İslamın zühur etdiyi ilk illərdə yaşamış Əkrəmə,Məqatil,Urvə ibn Zubeyr kimi ravilərin nəql etdikləri rəvayətlərə istinad edərək ayənin Peyğəmbər (s)-mın zövcələrinə şamil olduğunu iddia etmişlər. Həqiqətdə isə onların irəli sürdükləri iddia  heç bir etibar  kəsb etmir. Belə ki, əhli-sünnə alimlərinin bir çoxu  adları yuxarıda çəkilən şəxslərin  Əli (ə)-mın düşmənlərindən olduqlarını və yalan rəvayət nəql etməkdə şöhrət tapdıqlarına etiraf etmişlər. Onların dediklərinin əsassız olduğunu sübuta yetirmək üçün Aişə və Ümmi-Sələmədən təthir ayəsinin Peyğəmbər (s)-mın zövcələrinə şamil olmadığına dair nəql olunan rəvayətlərə işarə etmək kifayət edər.

      Lakin öz iddiasından əl çəkməyən bəzi təfsir alimlərinə  cavab olaraq bunları xatırlatmaq istəyirik. Əvvəla Peyğəmbər (s)-mın zövcələrindən ikisi təthir ayəsinin onlara şamil olmadığına etiraf etmiş və bunu  dəfələrlə bəyan etmişlər. Digər tərəfdən də üslub yalnız o zaman dəlil və sübut ola bilər ki, sonda gələn cümlə əvvəldə gələn cümlə ilə hərfən və mənən   fərqli və ziddiyətli olmasın. Burada isə təthir ayəsi ayənin əvvəli ilə hərfən və mənən ziddiyətlidir. Belə ki, ayənin əvvəlində qadın cinsinə aid olan cəm şəxs əvəzliyindən istifadə olunduğu bir halda ayənin sonunda ,yəni təthir ayəsində kişi cinsinə aid olan cəm şəxs əvəzliyindən istifadə olunmuşdur. Bu isə ayənin birinci hissəsinin ikinci hissəsi ilə əlaqəli olmadığından xəbər verir.

    Bütün bunlarla yanaşı ayənin ayrı-ayrılıqda və təthir ayəsinin Əhli-beyt (ə) barədə nazil  olmasına dair əlimizdə yetmişdən çox mötəbər rəvayət vardır ki, onlardan bəziləri qeyd etdiyimiz kimi Peyğəmbər (s)-mın öz zövcələrindəndir.

                                 ************

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Sual-cavab (2)
Sual: 11. Həqiqi dinin (yəni, Allah yanında lövhi məhfuzda olan dinin) şəraitinin ...
MÜSTƏTI OLMAQ
Sual: 21. Xalq dini hakimiyyət istəmirsə, dini hakim nə etməlidir?
Əgər insanın boynunda həm cənabət və həmdə başqa qüsullar varsa necə qüsul ...
Cənabət qüsulu nədir və necə alınmalıdır?
Sual 47: Nisa surəsinin3-cü ayəsində buyurulur:
Sual 73: Ilahi pəhriz düzgündürmü? İlahi pəhriz ilə şeytani pəhriz arasında ...
Sual 71: Ağız ,burun və qulaq suyu insan orqanizmində yarandığı kimi göz ...
وَ یُطْعِمُونَ الطَّعامَ عَلى‏ حُبِّهِ ...

 
user comment