Azəri
Thursday 18th of July 2024
0
نفر 0

Sual 34: Axirət dünyasındaki yemək-içməklər, oraya daxil olmaq və orada veriləcək cəza və mükafatlar barədə aciqlama verin.

 

 

Cavab: Bəzi filosoflar axirət dünyasında insanların məhşərə cismani olaraq daxil olmalarına şübhə ilə yanaşaraq belə bir fikir irəli sürmüşlər ki, əgər bu dünyada biri başqa birisini büsbütün yeyərsə və yeyilənin bədəni yeyənin bədəninə qatılarsa və yeyilən məhşərə gətirilməzsə, habelə əgər yeyənin bir hissəsinə çevrilməyib yeyilən birbaşa məhşərə gələrsə yeyənin bədəni  məhşərə yarımçıq daxil olar. Onlar irəli sürdükləri belə bir fikirlə yanaşı bunuda qeyd edirlər ki,  insan dünyaya gəldiyi andan ömürünü başa vurduğu günə qədər bədənində xeyli dəyişiklər baş verir və təbii ki, onun uşaq yaşlarında malik olduğu bədən cavan yaşlarında və cavan yaşlarında malik olduğu bədən qoca yaşlarında malik olduğu bədəndən tamamilə fərqli olur . Başqa sözlə desək onun bədəni daimi dəyişiklərə məruz qaılır. Buradan belə bir qənaətə gəlmək olur ki, əgər insan axirət dünyasında məhşərə cismani daxil olarsa onda gərək dünyaya gəldiyi andan ömürünün sonunadək malik olduğu bədənlərlə birlikdə daxil olsun. Qiyamət günü bütün bunlar necə bir araya gələ bilər? Biri başqa birisini yedikdə məhşərə yeyənin bədəni daxil olacaqdır yoxsa yeyilənin? Əgə yeyənin bədəni daxil olarsa onda bədəni büsbütün yeyilən şəxs məhşərə gələ bilməyəcək.Yox əgər yeyən şəxsin bədəninin bir hissəsinə çevrilərsə onda yeyilən şəxsin bütün ömürü boyu malik olduğu bədən məhşərə daxil ola bilməyəcək.Yəni, yeyilən şəxsin yalniz yeyildiyi andan malik olduğu bədənlə məhşərə gətirilməlidir.Və bunuda deyə bilərik ki, yeyilən şəxs yeyilməzdən əvvəl savab işlər görmüş yeyildiyi zaman isə günaha düçar olmuşdur. Belə olduğu bir halda onun məhşərə günah etmiş  bədəni gətiriləcəkdir yoxsa savab iş görmüş bədəni?

İrəli sürülən şübhəyə verilən cavab.

Bir çox kəlam alimləri və mütəfəkkirlər bu sualı özlərinə xas  tərzdə cavablandırmışlar.Onlardan biri də Xacə Nəsirəddin Tusidir(Allah ona rəhmət etsin).O özünün ,,Təcridul-əhkam”adlı kitabında bu şübhəyə cavab verərərək yazır: Hər bir insanın dünyaya gəldiyi gündən ömürünün sonunadək dəyişilməyən cismi vardır.İnsanın bədənində hərarətlə ondan dəf olunan hissələrdə vardır ki, onlar daimi qidaya ehtiyac duyur.Belə ki, qəbul olunan qida maaddələri sonradan  bədəndən ayrılan həmin hissələrə çevrilirlər. İnsan xəstələndikdə də həmin hissələrin ondan ayrıldığından zəifləyir və əldən düşür. Bütün bunları nəzərə alaraq deyə bilərik ki,qiyamət günü insana qayıdan bədən dünyaya gəldiyi gündən ömürünün sonunadək onunla birgə olan dəyişilməyən hissələr olur. Lakin o ki qaldı tədriclə bədəndən ayrılan hissələrə onların bədənə qayıtmasının heç bir lüzumu yoxdur.Və əgər bir insan başqa birisini və ya onun ayrılan hissələrini  yeyərsə onda deməliyik ki,heç vaxt yeyilən şəxsin əsas,daha dəqiq desək ayrılmayan hissələri  yeyən şəxsin bir hissəsinə çevrilmir, çevrilərsə belə bu onun ayrılan hissələrinə çevrilmiş olur. Həmin hissələr də onun özündən dəf olmuş olur. Bir sözlə hər bir şəxsin dəyişılməz olan hissələri dünyaya gəldiyi andan ömürünün sonunadək onunla birgə olur və heç vaxt hər hansı bir dəyişikliyə məruz qalmır.Və onlar hamılıqla qiyamət gününə qədər bu dünyada qalar,qiyamət günü isə Allahın əzəli elmi ilə bütün insanların əsas olan hissələri bir yerə toplanaraq məhşərdə hazır olar və öz əməllərinin cavabını verərlər.

                                     ************

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Sual:45. Elm, əql və dini necə tərif edirsiz? Onların arasında hansı təzad və ...
Ər- rəhman surəsinin 33 cü ayəsində fövqəladə güc və sultandan məqsəd ...
Sual 45: Qeyd olunan ayədən belə bir məna da əldə etmək olur ki,peyğəmbərləri ...
Cənabət qüsulu nədir və necə alınmalıdır?
Ayətullah Məkarim Şirazinin Hicab məhbusları haqda suala cavabı
Sual: 12. Həqiqətin qəbuluna tələsməyənlərlə necə rəftar edək?
Müalicədən ötrü xanımlar olan baseyndə çimmək olarmı?
Sual 72: Qulaq asmaqla eşitmək arasında nə kimi fərq vardır?
Sual 41: Bərzəx aləmində min il əvvəl dünyasını dəyişmiş şəxslərlə bu ...
Sual: 19. Kilsə hakimiyyəti ilə İslam hakimiyyəti arasında hansı fərqlər var?

 
user comment