Cavab:İnsanı çaşqınlıq və səhvə sürükləyən işlərdən biri də bu dünya ilə bərzəx aləmini biri-biri ilə müqaisə etməsindən irəli gəlir. Belə ki, insanlardan bir çoxu elə güman edir ki, bu dünyada elə axirət dünyası kimidir.Yəni, belə güman edirlər ki, ehtiyaclarını ödəmək üçün bu dünyada məişətdə hansı əşyalardan istifadə edirlərsə axirət dünyasında da həmin əşyalardan istifadə edəcəklər. Bir haldaki onların hər biri dünyanın özünəməxsus vasıtilərə malik olduğundan tamamilə xəbərsiz olarlar.Məsələn, əgər ana, bətnindəki körpəsinə tezliklə oranı tərk edəcəyini və qərar tutduğu yerdən milyon dəfə böyük olan başqa bir məkana qədəm qoyacağını,ümumiyyətlə qərar tutduğu yerin yeni məkanla heç bir oxşarlığı olmadığını, müxtəlif ləziz yeməklərə, pal-paltara və sair şeylərə ehtiyac duyacağını deyə, uşaq da bütün bunları eşidə bilərsə təəccüblənərək deyər: Bu boş sözləri qoyun bir kənara, çünki yarım metirdən də az olan yerdə tam rahatlıqda qərar tutduğum və yerimdən tərpənmədən göbəklə qidalandığım bir halda dediyiniz şeylərə necə ehtiyac duya bilərəm?! Sözsüz ki belə bir müqaisə batil və əsassızdır. Bu, həbsxanada həbsdə olan bir şəxsin : Insan bu qədər cənnət qəsrlərindən, naz-nemətlərdən, yemək-içməkdən ahu gözlü mələklərdən necə istifadə edir?-deməsinə bənzəyir. Onun belə bir fikirdə olmasının əsas səbəbi isə axirət dünyasının nemətlərinin tükənməz olduğunu bilməməsindən irəli gəlir.Madam ki ruh bu dünya hayatının məhbusudur və öz əzəmətini dərk edə bilmir, demək axirət dünyasının da əzəmət və böyüklüyünü də dərk edə bilməz. Necəki Qurani-Kərimdə bu mətləbə toxunularaq buyurulur:
فَلَا تَعْلَمُ نَفْسٌ مَّا أُخْفِيَ لَهُم مِّن قُرَّةِ أَعْيُنٍ جَزَاء بِمَا كَانُوا يَعْمَلُونَ
(Etdikləri əməllərin mükafatı olaraq (Allah dərgahında) onlar (möminlər) üçün göz oxşayan (onları sevindirəcək) nə cür nemətlər gizlənib saxlandığını heç kəs bilməz!).(Səcdə/17)
************