Azəri
Thursday 18th of July 2024
0
نفر 0

Sual 36:Ruhun bir bədəndən başqa bir bədənə keçməsinin batil və əsassız olduğunu izah edin.

 

 

Cavab: tənasux (تناسخ)- dini terminalogiyada ruhun elə bu dünyada bir bədəndən başqa bir bədənə  və ya digər cisimlərə keçməsinə deyilir. Belə bir inanca sahib  olan  şəxslərdən bəziləri belə bir əqidədirlər ki,insan dünyasını dəyişdikdən və bədəni çürüyüb aradan getdikdən sonra ruhu başqa bir bədənə keçir və bu insanlar nusuxiyyə-adlanırlıar. Bəziləri isə belə bir əqidədirlər ki, ölmüş insanların ruhları hətta başqa heyvanların və həşaratların bədəninə də keçə bilər.Yaxşı və gözəl əxlaqa malik olan insanların ruhları at kimi nəcib heyvanların, pis və günahkar insanların ruhları it və donuz kimi heyvanların, şücaətli insanların ruhları şir kimi heyvanların, zərəverici insanların ruhları canavar kimi heyvanların, həris heyvanların ruhları isə qarışqa və sican  kimi heyvanların bədənlərinə daxil olur.Və bu kimi insanlar  mənsuxiyyə-adlanırlar.Elələri də vardır ki,ölmüş insanların ruhlarının bitki və nəbatat aləminə keçdiyinə inanır və bu kimi insanları  fusuxiyyə-adlandırırlar. Qeyd olunan tayfalarla yanaşı insanların dünyalarını dəyişdikdən sonra hətta qaya və daşlara çevrildikldiyinə  etiqad bəsləyən şəxslər də vardır ki, onlara da   rusuxiyyə-deyilir.

Nusuxiyyə,Mənsuxiyyə,Fucuxiyyə və Rusuxiyyə.

Bununla əlaqəli digər əsassız fikirlər də irəli sürülmüşdür ki, əgər onlar barədə ayrı-ayrılıqda söhbət açsaq  mövzudan uzaq düşmüş olarıq.Və tək bunu bilməyimiz kifayətdir ki,insan ruhunun  başqa bir canlı və ya cansız cisimə keçməsi sadəcə olaraq  qeyri mümkündür.

Belə bir tərzi-təfəkkür tək müqəddəs İslam dini ilə deyil,bəlkə bütün millətlərin din  və əqidələri ilə müxalif olan inancdır. Belə ki, İslam dininə görə insan vəfat etdikdən sonra qəbr evində sorğu-sual olunar müəyyən müddət keçdikdən sonra həmin ruhu dünyəvi cisimi ilə birləşərək məhşərdə bütün əməllərinə görə sorğu-sual olunar.Lakin adı çəkilən məzhəbin davamçıları dinin zəruri hesab etdiyi bu kimi məsələləri,yəni cənnət və cəhənnəmi,ölməkdən sonra yenidən dirilərək məhşərdə sorğu-sual olunacağını qətiyyətlə inkar edir və belə hesab edirlər ki,insanın etdiyi günahlara görə cəzalandırılması elə bu dünyada baş verəcəkdir. Bütün bunlarla yanaşı insanın yaxşı əməllərə görə cənnətə,pis əməllərə görə isə cəhənnəmə düşəcəyini də qətiyyətlə inkar edirlər. Deməli, gətirilən  əqli və nəqli dəlillər  onların irəli sürdükləri  batil nəzəriyyələri  birdəfəlik qüvvədən salır.Ana bətnində böyüyüb doğulmaq ərəfəsində olan uşağa İlahi feyzdən ruh bəxş olunur.Çünki hər şeyin həqiqi və yeganə başlanğıcı  varsa oda Allahın müqəddəs zatıdır. Ruhun bir bədəndən başqa bir bədənə keçməsinə etiqad bəsləyənlərin  söylədiklərinə gəldikdə isə belə bir qənaətə  gəlmək olur ki, əgər birinin ruhu başqa birisinin cisminə daxil olarsa onda həmin şəxsin cismində artıq bir yox iki ruh olacaqdır. Bu isə insan düşüncəsinə görə batil və qeyri-mümkündür. Çünki hər bir insan çox gözəl bilir ki, onun vücudunda iki və ya bir neçə yox, yalnız bir ruh vardır.

    Bədən tədrici olaraq təkamül mərhələsini keçdiyi kimi  onun xüsusiyyətləri  ruhda da kamillik mərhələsini tədrici olaraq keçir.İnsan vəfat etdikdən sonra  onun bütün kamal ya əzəmətləri feliyyət tapmış olur(həyata keçmiş olur). Belə olduğu bir halda necə ola bilər ki, xalis ruşeym və qüvvə ola-ola ona aid olsun. Deməli, kamil nəfs naqis olmalıdır ki, naqis  bədənlə birləşsin, bununlada təkamül mərhələsini seyr etsin.

    Ruhun insan bədənindən başqa bir bədənə və ya cisimə keçməsini batil edən  dəlillərdən biridə şəriət nöqteyi nəzərdən verilən  açıqlamadır ki onlardan birincisi  ruhun dünyəvi,digəri isə axirəvi metamarfoza olmasıdır.

Dünyəvi  metamarfoza-İnsanların dünyəvi həyatlarında Allaha qarşı üsyan edərək ona qarşı çıxmalarına,əmr və qadağalarına məhəl qoymadan itaətsizik etmələrinə, və nəticədə Allah-Təalanın onları bu dünyada da cəzalandıraraq zahiri görünüşlərini dəyişərək  zahirlərini batinləri kimi biruzə verməsinə deyilir.Necə ki bəzilərini donuza, bəzilərinin itə, bəzilərini də meymuna çevirərərək  elə bu dünyada da şiddətli əzaba düçar etmişdir. Qurani-Kərimdə bu mətləbə toxunularaq buyurulur:

 (De: “Allah yanında cəza etibarilə bundan (dediklərinizdən) daha pisini sizə xəbər verimmi? Allahın lə’nətlədiyi, qəzəbləndiyi, özlərini meymunlara, donuzlara və şeytanlara (bütlərə) ibadət edənlərə döndərdiyi şəxslər mövqecə daha pis və doğru yoldan daha çox azanlardır! )

Səbt əshabı barədə buyururlur:

                   

وَلَقَدْ عَلِمْتُمُ الَّذِينَ اعْتَدَواْ مِنكُمْ فِي السَّبْتِ فَقُلْنَا لَهُمْ كُونُواْ قِرَدَةً خَاسِئِينَ

(Həqiqətdə siz bilirsiniz ki, içərinizdən Bəzi kəslər şənbə günü (Davud zamanında şənbə günü balıq ovunun qadağan edilməsi) haqqqında olan əmrdən kənara çıxdılar. Biz də onlara: “(Zəlil və) həqir meymunlar olun!” – dedik. ).(Bəqərə/65).

Qeyd olunan ayələrin zahiri mənaları da metempsixozların söylədikləri ilə tamamilə ziddiyətlik təşkil edir. Belə ki, onların əqidəsinə görə insan vəfat etdikdən sonra ruhu dünya həyatında bənzədikləri heyvanların bədənlərinə keçər. Bir haldaki Quran bunun tam əksini bəyan edərək günahkar insanların fizioloji olaraq zahiri görünüşlərinin dəyişildiyinə işarə edir.Allah-Təala Ona qarşı üsyan edənləri və əmrləri ilə açıq-aşkar müxalifət edənləri it,donuz və meymun surətinə salaraq axirət dünyasından əvvəl elə bu dünyada da cəzalandırır. Zahirən müxtəlif heyvanlara çevrilən insanlar öz qohum-əqrabaları tərəfindən tanınar və danlaq atəşinə tutularlar. Onlara deyilər: Məgər biz sizə nəsihət etmirdikmi? Sizi bütün bu nalayiq işlərdən həzər  etməyə çağırmırdıqmı? Onlar isə heç bir cavab verə bilməyib hönkür-hönkür  ağlayar və göz yaşları  axıdarlar. Quranın verdiyi məlumata əsasən  cismani dəyişikliyə məruz qalan qövm yer üzündə üç gündən artıq yaşamamışdır.Və o ki qaldı yer üzündə mövcud olan  it, donuz və meymun kimi heyvanlara onlar cismani dəyişikliyə məruz qalan insanların nəslindən deyil, onlardan əvvəl də mövcud olmuş həmin heyvanların nəslindəndirlər. Bu kimi heyvanlara metempsixozlar deməkdən məqsəd günahkar bəşər övladının onlara çevrilməsidir.

Axirəvi metamarfoza- Peyğəmbər (s) və Əhli-beytdən nəql olunan bir çox rəvayətlərdən belə məlum olur ki, qiyamət günü bütün insanlar məhşərə dühyadaki batini surətləri ilə daxil olarlar. Yəni,dünyada necə yaşamışlarsa, hansı məslək və əqidənin sahibi olmuşlarsa qiyamət günü də məhşərə həmin surətdə daxil olarlar. Beləcə hamı olduğu kimi tanınar və heç nə  kimsədən gizli qalmaz. Başqa sözlə desək qiyamət günü hər bir şey özünəməxsus surət  alaraq məhşərə daxil olar.Qurani-Kərimdə bu haqda buyururlur:

                                                                يَوْمَ تُبْلَى السَّرَائِرُ

(Bütün sirlərin aşkar olacağı o qiyamət günü).(Tariq/9).

Yəni  bu dünyada gizli qalan hər  şey qiyamət günü olduğu kimi üzə çıxacaqdır.Belə ki, qiyamət günü insanlardan bəziləri məhşərə mələk surətində daxil olar. Onlar, dünyada mələklər tək yalnız xeyirxah işlər görən, ibadətlə məşğul olan və gördükləri işlərlə həm Allahın razılığını,həm də insanların mehr-məhəbbətini qazanan kəslərdir. Üzlərindən nur yağan bu şəxslər mütləq xeyir və gözəllik məhzəri  olarlar. Onlarla yanaşı məhşərə qorxunc şeytan surətində bir çox pisniyyətli günahkar tayfada  daxil olar. Onlar isə o kəslərdirlər ki, dünyada hər zaman fitnə-fəsadla məşğul olar və öz şeytani əməlləri ilə insanlar arasında ayrı-seçkilik və  ixtilaflar yaradarlar. Bu kimi insanlar məhşərə gördükləri işlərə uyğun olaraq vəhşi heyvanlar, həşəratlar və yirtıcılar surətində  daxil olarlar. Necəki Qurani-Kərimdə bu haqda buyurulur:

                                                           وَنَحْشُرُهُمْ يَوْمَ الْقِيَامَةِ عَلَى وُجُوهِهِمْ

(Biz qiyamət günü onları məhşərə  ayağına öz surətlərində çəkəcəyik.) (İsra/97).Bəzi təfsir kitablarında qeyd olunduğu kimi,bu kimi şəxslər qiyamət günü məhşərə başları heyvan başları kimi yerə dikilmiş daxil olarlar. Peyğəmbər (s)-dan nəql olunan rəvayətdə buyurulur: (Qiyamət günü insanlar məhşərə öz batini niyyətləri ilə daxil olarlar). Başqa bir rəvayətdə  buyurulur: (Qiyamət günü insanlar məhşərə donuz və meymun surətlərində daxil olarlar).

    Şeyx Təbərsi özünün ,,Məcməul-bəyan” adlı təfsirində

يَوْمَ يُنفَخُ فِي الصُّورِ فَتَأْتُونَ أَفْوَاجاً

 (Sur çalınacağı gün (qəbirlərinizdən çıxıb) dəstə-dəstə (məhşərə) gələcəksiniz.) (Nəbə/18)-ayəsinə verdiyi  açıqlamada yazır:Peyğəmbər (s)-dan nəql oluan rəvayətdə buyurulur: (Qiyamət günü ümmətim məhşərə on dəstə ilə daxil olarlar. Allah-Təala onları həqiqi müsəlmanlardan ayırar.Onlardan bəziləri donuz, bəziləri meymun surətində, bəziləri baş-ayaq, yəni, ayaqları başlarında başları isə ayaqlarında əzab çəkərək, bəziləri  heçnəyi başa düşməyən  kor və karlar kimi, bəziləri dillərini çeynəyər və ağız suları tökülər bu isə onların həmdəmlərinin onlardan bezar olmalarına səbəb olar. Bəziləri əl-ayaqları kəsik, bəziləri oddan olan budaqlardan asılqan vəziyyətdə,bəziləri dözülməz qoxularla, bəziləri isə üzlərinə yapışmış qatranda olan paltarlarla daxil olarlar).

Məhşərə meymun surətində daxil olanlar dünyada xəbərçilik, sözbazlıq və insanlar arasında fitnə-fəsadla məşğul olmuş şəxslər olarlar. Donuz surətində daxil olanlar dünyada haram mala məhəl qoymayan və onlardan istifadə edən kəslər olarlar. Məhşərə baş-ayaq daxil olanlar sələmlə məşğul olanlar olarlar. Məhşərə kor daxil olanlar yaşadıqları dünyada zülmkarlıqla hökmranlıq edən hakim və rəhbərlər olarlar. Məhşərə  kar və lal daxil olanlar öz işləri ilə öyünən kəslər olarlar. Dillərini çeynəyən və ağız suları həmdəmlərinə əziyyət edən kəslər əməlləri dedikləri ilə müxalif olanlardır. Əl-ayaqlar kəsik olanlar qonşularına əziyyət edən kəslər olarlar. Oddan  olan budaqlardan asılı vəziyyətdə olanlar isə zəmanəsinin hakiminə xəbərcilik edən və onun-bunun sözünü çatdıran kəslər olarlar. Məhşərə dözülməz qoxu ilə daxil olanlar isə öz şəhvani istəklərini uyan və Allahın mallarında heç bir haqqı olmadığını hesab edən kəslər olar. Və o ki qaldı məhşərə qatran paltarlarla daxil olanlara onlar təkəbbürlük edən və özlərini başqalarından üstün tutan kəslərdir.

                                    ************

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Sual:45. Elm, əql və dini necə tərif edirsiz? Onların arasında hansı təzad və ...
Ər- rəhman surəsinin 33 cü ayəsində fövqəladə güc və sultandan məqsəd ...
Sual 45: Qeyd olunan ayədən belə bir məna da əldə etmək olur ki,peyğəmbərləri ...
Cənabət qüsulu nədir və necə alınmalıdır?
Ayətullah Məkarim Şirazinin Hicab məhbusları haqda suala cavabı
Sual: 12. Həqiqətin qəbuluna tələsməyənlərlə necə rəftar edək?
Müalicədən ötrü xanımlar olan baseyndə çimmək olarmı?
Sual 72: Qulaq asmaqla eşitmək arasında nə kimi fərq vardır?
Sual 41: Bərzəx aləmində min il əvvəl dünyasını dəyişmiş şəxslərlə bu ...
Sual: 19. Kilsə hakimiyyəti ilə İslam hakimiyyəti arasında hansı fərqlər var?

 
user comment