Cavab: Allah-Təala kimi cənnətə daxil edərsə artıq heç vaxt onu oradan çıxarmaz, çünki cənnət oranın sakinləri üçün əbədi bir məkandır.
جَزَاؤُهُمْ عِندَ رَبِّهِمْ جَنَّاتُ عَدْنٍ تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا أَبَدًا رَّضِيَ اللَّهُ عَنْهُمْ وَرَضُوا عَنْهُ ذَلِكَ لِمَنْ خَشِيَ رَبَّهُ
(Onlardan öz Rəbbi yanındakı mükafatı (ağacları) altından çaylar axan Ədn cənnətləridir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan razıdır, onlar da Allahdan. Bu (ne’mətlər) Rəbbindən qorxanlar üçündür!) (Bəyyinə/8).
Göründüyü kimi cənnət əhlinin orada məskun olacaqları müddət sonsuz və müddətsizdir. Qəlblərində zərrə qədər də olsun iman olan şəxslər isə bir müddət cəhənnəmdə cəzalarını çəkdikdən sonra oradan çıxarılar və cənnətin onlara məxsus olan təbəqələrində yerləşdirilərlər. Cəhənnəmin əbədi sakinləri isə münafiqlər, kafirlər və müşriklər olarlar.
وَمَا هُم بِخَارِجِينَ مِنَ النَّار
ِ(Və onlar cəhənnəm odundan çıxa bilməzlər.) (Bəqərə/167).
Və əgər kimsə birinin dünya həyatında müvəqqəti günaha düçar olduğuna görə axirət dünyasında həmişəlik əzaba düçar olduğunu Allahın ədaləti ilə müxalif olduğunu söyləyərsə cavabında deməliyik ki, kimlərinsə əbədi cəhənnəmə düçar olması onların gördükləri müvəqqəti günah işlərlə əlaqəli deyil, dünyada Allahın qoyduğu qəti qadağaya məhəl qoymamaları üçündür. Bu isə bəzi insanların küfr, şirk və inadkarcasına dinsiz olmalarına aiddir. Necəki möminlərin əbədi cənnətdə qalmaları da onların dünyadaki gördükləri bir sıra xeyirxah işlərə görə deyil, Allahın əmr etdiyi vacib əməllərə tabe olmalarına və Ona sədaqətlə iman gətirmələri ilə əlaqəlidir. ,,Biharulm-ənvar’’-da İmam Hüseyn (ə)-dan nəql olunan hədisdə deyilir: Cəhənnəm əhlinin cəhənnəmdə əbədi qalmaları onların dünyalarındaki niyyətlərindən asılıdır. Əgər onlar cəhənnəmdə əbədi qalarlarsa demək dünyada bütün ömürlərini Allaha qarşı üsyan etmiş və günahdan çəkinməmişlər.Və əgər cənnət əhli də orada əbədi olaraq qalarlarsa bu onların hər zaman Allaha itaət etmələri və Ona sədaqətlə bəndəlik etmələrindən irəli gəlir.Cənnət əhlinin cənnətdə,cəhənnəm əhlinin də cəhənnəmdə əbədi qalmaları onların niyyətlərindən asılıdır.Sonra bu ayəni tilavət etdi:
قُلْ كُلٌّ يَعْمَلُ عَلَى شَاكِلَتِهِ
(De: “Hərə öz qabiliyyətinə (xislətinə) görə iş görər.) (İsra/84).-yəni, niyyətinə uyğun işlər görər.
İmam Cəfər Sadiq (ə)-dan nəql olunan rəvayətdə deyilir: Cəhənnəm əhli ona görə cəhənəmdə əbədi olar ki, əgər dünyada əbədi olmalı olsaydılar daim günah işlər görər və hər zaman küfrlərində qalardılar. Cənnət əhli də ona görə cənnətdə əbədi qalar ki, əgər dünyada əbədi qalmalı olsaydılar hər zaman əməlisaleh işlər görər və hər zaman Allaha itaət edərdilər. Deməli, cəhənnəm əhlini cəhənnəmdə, cənnət əhlinində cənnətdə əbədi qalmalarına səbəb olan onların niyyətləridir.
************