Azəri
Saturday 11th of January 2025
0
نفر 0

Sual 39:

 

 

                                                           

قَالَ رَبِّ ارْجِعُونِ لَعَلِّي أَعْمَلُ صَالِحًا فِيمَا تَرَكْتُ كَلّا

 

(Ey Rəbbim! Məni geri (dünyaya) qaytar! Bəlkə, (indiyə qədər) zay etdiyim ömürüm müqabilində yaxşı bir iş görüm! (Yaxud, bu günə qədər tərk etdiyim imana qayıdıb saleh bir əməl edim!) Xeyr!).(Muminun/100).

 

Yuxarıda qeyd olunan ayə ,,Camiə kəbirə”-ziyarətnaməsində istifadə olunan

 مصدق برجعتكم

cümləsi ilə zahirən  ziddiyətlik təşkil edir,bu barədə nə deyə bilərsiniz?

Cavab:Əhli-beyt davamçılarının əqidəsinə görə ric’ət İmam Zaman (ə)-mın zühuru  zamanı bir dəstə xalis möminin və əhli-beyt üzvlərinin, habelə dünyanın ən inadkar kafir və müşriklərinin dünyaya qayıtmalarından ibarətdir. Bu isə elm və qüdrəti hər şeyi əhatə edən Allah-Təala üçün mümkün və asandır. Ric’ətin nə zaman və necə baş verəcəyini, kimlərin ric’ətdə iştirak edəcəyini bilmək bəşər elmindən xaricdir. Əllamə Məclisi öz hədis kitabında Əhli-beytdən bu barədə   ikiyüzə yaxın hədis  nəql edir.

    Amma o ki qaldı verdiyiniz suala bu barədə bunu deyə bilərik. Ayənin zahiri mənasından belə məlum olur ki, kafirlər vəfat etdikdən sonra Allah-Təaladan yenidən dünyaya qayıdıb əməlisaleh işlər görmələrini xahiş edər cavabında  isə onlara rədd cavabı verilər. Bu isə  insanın  vəfat etdikdən sonra qiyamətə qədər dünya həyatına  qayıtmayacagından xəbər verir. Bir haldaki ric’ət zamanı kafirlərdən  bəziləri dünyaya qaytarılacaqdır. Dünyaya qayıtmağı arzulayan kafirlərə isə rədd cavabı verilər. Onların bundan məqsədi  yenidən dünyaya qayıdaraq əməlisaleh işlər görmək istəmələridir. Lakin ric’ət zamanı kafirlər yer üzünə əhli-beyt, və möminlərin öz haqlarına nail olmalarını görmələri və onlardan intiqamlarını almaları üçün  qayıdarlar. Başqa sözlə desək ric’ət zamanı mömin və kafirlərdən bəzilərinin yer üzünə qayıtmalarından ən başlıca məqsəd  möminlərin iman və xeyirxah işlərini dahada təkmilləşdirmək deyil, möminlərdən bəzilərinin dünyada məhrum olduqları haqqa çatmaq, kafirləri isə dünyada dada bilmədikləri əzabı daddırmaqdır. Bu səbədən də ric’ət qiyamətin bir hissəsi hesab olunur. Quranın bəzi ayələrində də qiyamət günü ric’ət zamanı adlandırılır.Nəql olunan rəvayətlərin bəzilərində də əyyamullahi səlasə ايام الله ثلاثة -deildikdə ölüm günü, ric’ət zamanı və qiyamət günü nəzərdə tutulur.

                                   ************

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Əgər insanın boynunda həm cənabət və həmdə başqa qüsullar varsa necə qüsul ...
Sual 56:Vəlimə ilə vəkirə arasındaki fərq nədən ibarətdir? Hubvə nə deməkdir?
Təqlid hökümləri
MÜSAFİR NAMAZININ HÖKÜMLƏRİ
QURANİ-KƏRİMİN «NÜMUNƏ» TƏFSİRİ ƏSASINDA -2
Sual 80:Dini rəhbərlik və onun əhəmiyyəti barədə nə deyə bilərsiniz?
QÜSLÜN HÖKÜMLƏRİ
Sual: 2. Deyin görək din insan üçündür yoxsa insan din üçün
ŞİRKƏTİN HÖKÜMLƏRİ
Salam! Men namazları birlesdirib qılmaq isteyirem. Esitmisem ki, zohr namazini ...

 
user comment