Nəql olunan məşhur rəvayətlərdən belə məlum olur ki, İmam Zaman (ə)-mın zühurundan əvvəl əməlisaleh və xalis möminlər onlarla düşmənçilik edən ən qatı kafirlər dünyaya qaytarılarlar. Bu da bizə məlumdur ki, kafirlər vəfat etdikdən sonra axirət dünyasına, qiyamət gününün sorğu-sualına, öldükdən sonra dirilməyə yəqinlik hasik edərlər.Belə olduğu bir halda onlar ric’ət zamanı yenidən dünyaya qayıtdıqda necə kafir ola bilərlər? Möminlər də dünyadaki vəzifələrini yerinə yetirdikdən sonra yenidən nəyəsə necə müvəzzəf ola bilərlər?
Cavab: Həyatı boyu Allahın hüccət və dəlillərini, Peyğəmbərlərinin möcüzələrini görən onların bəyanatlarını eşidən, lakin onlara iman gətirməyən şəxslər min dəfə ölüb dirilsələr belə yenədə iman gətirməzlər. Çünki əgər iman gətirmiş olsaydılar elə birinci dəfədən iman gətirərdilər. Quran bu kimi şəxslərin dörd ayaqlı heyvanlardan fərqlənmədiyimə işarə edərək buyurur.
أُوْلَـئِكَ كَالأَنْعَامِ بَلْ هُمْ أَضَلُّ أُوْلَـئِكَ هُمُ الْغَافِلُونَ
(Onlar heyvan kimidirlər, bəlkə də, (ondan) daha çox zəlalətdədirlər.)(Əraf/179).
Başqa bir ayədə buyurulur.
إِنَّ شَرَّ الدَّوَابَّ عِندَ اللّهِ الصُّمُّ الْبُكْمُ الَّذِينَ لاَ يَعْقِلُونَ
(Allah yanında (yer üzündə) gəzən canlıların ən pisi (haqqı) dərk etməyən karlar və lallardır.) (Ənfal/22).
Amma o ki qaldı kafirlərin bərzəx həyatını gördükdən sonra dünyaya qayıtdıqda mömin olmalrına dair deyilənlərə bu olduqca səhv tərzi-təfəkkürdür.Ümid edirik bu barədə deyilənlər yaranmış şübhəni aradan qaldıracaqdır. Belə ki, kafirlər dünya həyatına qayıtdıqda yenədə öz çirkin işləri ilə məşğul olar və bərzəx dünyasında gördüklərini unudarlar. Orada gördükləri işlər onlara xatırlansa belə bunu qulaq ardına vurar və özləri üçün uydurma hesab edərlər. Unutqanlıq xəstəliyinə düçar olan şəxslər isə yüz dəfə ölüb dirilsələr belə ilkin heyvani vəziyyətdə qalarlar. Bir sözlə inadkarlıq və küfr əhlindən olan şəxslər istər bu dünayada olsun, istərsədə axirət dünyasında eyni xüsusiyyətə malik olarlar.
Amma o ki qaldı möminlərin ric’ət zamanı qarşılaşdıqları vəziyyətə dair veridyiniz suala bu barədə bunu qeyd etməliyik ki, onlar dünya həyatına ric’ət etdikdə uzərlərinə heç bir vəzifə düşməz. Başqa sözlə desək onların ric’ət etmələrindən ən başlıca məqsəd ilkin həyatlarında nail ola bilmədiklər mükafat və nailiyyətlərə çatmaq və əhli-beytin hakimiyyətini şahidi olub buna sevinmələridir. Qeyd olunanlarla yanaşı ric’ət möminlərdən bəziləri üçün ilkin dünaya həyatı üçün bir növ təkmilləşmə də ola bilər. Məsələn, əgər möminlərdən hər hansı biri dünya həyatında şəhid olmaq arzusunda olmuş lakin buna nail ola bilməmişsə ric’ət edərək İmam Zaman (ə)-mın qoşununda iştirak etməklə bu arzusuna da nail olar. ,,Biharul-ənvar’’- da nəql olunan rəvayətdə deyilir: İmam Cəfər Sadiq (ə)
وَيَوْمَ نَحْشُرُ مِن كُلِّ أُمَّةٍ فَوْجًا
(O gün hər ümmətdən ayələrimizi təkzib edənləri dəstə-dəstə yığarıq.)(Nəml/83).-ayəsinə istinad edərək buyurur: Möminlərdən eləsi olmaz ki, öldürülsün, amma ric’ət günü ölmək üçün qaytarılmasın və elə bir mömin olmaz ki, ölsün, amma ric’ət günü öldürmək üçüm dünya həyatına qaytarılmasın. Rəvayətə əsasən deyə bilərik ki, qəti əcəldən əvvəl dünyasını dəyişmiş mömin bir şəxs zühur zamanı ric’ət edər ömürünün qalan hissəsini də fərəhlə başa vurar.
Allah yolunda şəhadət şərbətini içməyə nail omayan və dünyalarını adi halda dəyişən möminlər də ric’ət edərək dünyadaki şəhadət arzusuna çatarlar.
************