Azəri
Saturday 11th of January 2025
0
نفر 0

Sual 41: Bərzəx aləmində min il əvvəl dünyasını dəyişmiş şəxslərlə bu günlər dünyasını dəyişən insanlarla eyni tərzdə davranılacaqmı? Xahiş edirik buna dair bir misal çəkəsiniz.

 

  

Cavab: Ruhların bərzəx aləmində qiyamətə qədər  qalması bir-birindən fərqlidir. Lakin bərzəx aləmindəki ruhlar bundan xəbərsiz olar və dünnyadan pak və günahsız getdikləri təqdirdə oranın nemətlərindən bəhrənələrlər, günahları olduqları təqdirdə isə müvafiq cəzalarla cəzalandırılarlar. Kafir diyarında yaşayan haqq dini batil dindən ayıra bilməyən, ayıra bilsə də haqqa doğru mühacirət edə bilməyən şəxslər, habelə dünyalarını yetginlik yaşlarına çatmadan dəyişən uşaqlar, ruhi xəstələr və bu kimi üzürlü şəxslər bərzəx dünyasında xüsusi yerdə saxlanılar və qiyamət günü onlarla Allahın ədalət və fəzli ilə rəftar olunar. Dediklərimizi misallarla aydınlaşdıraq: Bədənin vəfatından sonra ona aid olan ruh dünyadaki cəsədə oxşayan bədənə bənzər. İmam Cəfər Sadiq (ə)-dan bu barərdə nəql olunan rəvayətdə deyilir: (Əgər onları bərzəx aləmində görsən  dünyadaki bədənləri oldugunu güman edərsən. Lakin mövcudiyyət baximından özünün ən kamil saflıq və lətafətində olarlar.) Əllamə Məclisi ,,Biharul-ənvar”-da nəql etdiyi rəvayətdə deyir: Mömin insanların  bərzəx aləmindəki  ruhları cin və mələklər kimi lətif və zərif olarl. Nəql olunan rəvayətlərdə qəbr evinin genişliyi, ruhun hərəkəti, onun uçması və öz qohum-əqrabasını görməsinə dair deyilənlər bərzəx aləmindəki bədənə aiddir. Alimlərdən bəziləri  bərzəx aləmindəki bədəni lətafət və zəriflik baxımından inasanın güzgüyə baxdığı zaman orada müşahidə etdiyi surətə bənzətmişlər. Bu fərqləki  güzgüdə müşahidə olunan surət  heç bir şeyi dərk etmir və onun mövcudiyyəti bədəndən asılı vəziyyətdə olur. Lakin bərzəx aləmindəki bədən həm ruhdan asılı vəziyyətdə olur həmdə  dərk etmə qabiliyyətinə malik olur.

                                     ************

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Sual 56:Vəlimə ilə vəkirə arasındaki fərq nədən ibarətdir? Hubvə nə deməkdir?
Təqlid hökümləri
MÜSAFİR NAMAZININ HÖKÜMLƏRİ
QURANİ-KƏRİMİN «NÜMUNƏ» TƏFSİRİ ƏSASINDA -2
Sual 80:Dini rəhbərlik və onun əhəmiyyəti barədə nə deyə bilərsiniz?
QÜSLÜN HÖKÜMLƏRİ
Sual: 2. Deyin görək din insan üçündür yoxsa insan din üçün
ŞİRKƏTİN HÖKÜMLƏRİ
Salam! Men namazları birlesdirib qılmaq isteyirem. Esitmisem ki, zohr namazini ...
İnterntdə kibersport oynayıb pul udmaq olarmı?

 
user comment