İİR-sı prezidenti Yerevanda qondarma "erməni soyqırımı" abidəsini ziyarət etmədən Tehrana dönüb.
Əhmədinejad qondarma "erməni soyqırımı" abidəsini ziyarət etmədi
Əhli Beyt xəbər agentliyinin verdiyi xəbərə əsasən: İran İslam Respublikası prezidenti Mahmud Əhmədinejadın Yerevana birgünlük rəsmi səfəri başa çatıb.
Səfər zamanı iki ölkə prezidentləri regional və beynəlxalq, həmçinin, qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.
Bildirək ki, İran prezidenti Yerevanda qondarma erməni soyqırımına ucaldılmış "Sisinakaberq" abidəsini ziyarət etmədən Tehrana qayıdıb.
source : ابنا