Cavab: Qatillər iki hissəyə bölünürlər. Onlardan bir hissəsi müxtəlif dəlil və bəhanələr gətirərək özlərini haqlı hesab edər, digəri isə qətlin nədərəcədə böyük günah olduğunu bilə-bilə inadkarlıqlarına salar və belə bir ağır cinayətə düçat olar.Şübhəsiz ki, Allah qarşısında belələrinin günahı daha ağırdır. İlahı peyğəmbərləri qətlə yetirənlər də ikinci dəstəyə aid olan şəxslər olmuşlar. Yəni, onlar peyğəmbərləri qətlə yetirməyin böyük günah olduğunu bilə-bilə yenədə onlara qarşı qərəzli mövqe tutmuş və axırda onları qətlə yetirmişlər.
************
ادْعُونِي أَسْتَجِبْ لَكُمْ
(Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim!)(Ğafir/60).