Cavab:Allah-Təala verdiyi vədə heç vaxt xilaf çıxmaz. Kim Ondan hər nə istərsə vədə verdiyi üçün Öz mərhəməti ilə həmin şeyi ona bəxş edər. Bir şərtləki istənilən şey dua edən şəxsin xeyirinə olsun. Çünki duaların qəbul olunması Allahın lütf və mərhəmətindən irəli gəlir. Və Allahın öz bəndəsinə onun xeyirinə olmayan hər hansı bir şeyi verməsi Allahın mərhəmətinə ziddir. İnsan isə bütün xeyir və mənafelərin arxasında nələrin yatdığından xəbərsiz olduğundan nəyin ona xeyirli olduğunu bilməkdən acizdir. Bəqərə surəsinin 216-cı ayəsində buyurulduğu kimi:
وَعَسَى أَن تُحِبُّواْ شَيْئًا وَهُوَ شَرٌّ لَّكُمْ
(Bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər.)
Deməli, əgər istənilən hər hansı bir şey bizim xeyir və mənafeyimizə olarsa Allah-Təala onu Öz mərhəməti ilə bizə bəxş edər. Xeyirimizə olmadıqda isə onun əvəzinə bizə başqa bir şey bəxş edər. Ya da həmin şeyi bizim axirətimiz üçün ehtiyat saxlayar.Kimlərsə belə bir fikirdə ola bilərlər ki, istər dua edək , istərsədə yox, Allah-Təala bəndələrinin xeyirinə olan hər bir şeyi onlara bəxş edər və əksinə istər dua edək, istərsədə yox xeyir və mənafeyimizə olmayan hər hansı bir şeyi bizə bəxş etməyəcəkdir. Cavabında deməliyik ki, Allah tərəfindən insanlara bəxş olunan maaddi və mənəvi nemətlər iki hissəyə bölünür.Onlardan bir hissəsi qəti və dəyişılməz (yəni Allah tərəfindən mütləq bəxş olunan),dıgəri isə tələb olunan və istənilən nemətlərdir. Bəşər övladı da onların hansı birinin onun üçün xeyirli, hansılarınınsa zərərli olduğunu bilmədiyi üçün üzünü Allahın dərgahına tutaraq dua edər və Ondan onun üçün xeyirli olanı ona bəxş etməsini diləyər. Çünki əgər Allahdan istənilən hər hansı bir şey olunan dua ilə uyğun gələrsə Allah-Təala həmin duanı müstəcab edər. Və əgər istənilən hər hansı bir şeyin icrası qəti olarsa onda insan etdiyi duanın icrasının tezləşməsinə görə savaba nail olar.Və beləcə Allahın lütf və mərhənmətini qazanmış olar. Bunu da bilməyiz lazımdır ki, bəzi hallarda insanın duası qəbul olunsada həyata keçməsi bir müddət təxirə salınar ki, insan həmin şeyə daha çox ehtiyac duyduğunu görüb Allaha daha çox dua etsin və dualarında daha çox israrlı olsun. Belə olduqda insan Allahın fəzl və kəramətindən daha çox bəhrələnə bilər. Üsuli kafi də Imam Məhəmməd Baqir (ə)-dan nəql olunan rəvayətdə deyilir: (Allah-Təala səsini xoşladığı bəndəsinin səsini duada eşitdikə onun duasını təxirə salar ki,səsini daha çöx eşitsin.)
Amma o ki qaldı verilən sualda bir çox şəraitin riayət olunmasına baxmayaraq əksər duaların qəbul olunmamasına, bu, insanların dua üçün lazım olan şəraitinin nədən ibarət olduğunu xəbərsiz olduqıarından irəli gəlir. Belə ki insanların gördükləri işlər daha dəqiq desək etdikləri günahlar dualarının qəbul olunması üçün lazım olan şəraitin azalmasına səbəb olur. Məsələn, bir çox hallarda duanın qəbul olunmamasının əsas səbəbi duanın ixlasla olunmaması olur. Yəni dua edən şəxs duasnın müstəcab olması üçün Allahdan qeyrisini müəssər bilməməli və eyni zamanda Allahdan qeyrisinə üz tutmamalıdır. Ayədə buyurulduğu kimi:
ادْعُونِي-yəni, yalnız (Məni çağırın ,Məndən qeyrisini çağırmayın).Başqa bir ayədə buyurulyr:
أُجِيبُ دَعْوَةَ الدَّاعِ إِذَا دَعَانِ
(Dua edib Məni çağıranın duasını qəbul edərəm.) (Bəqərə/186).Məhz belə olduqda insan Allahdan qeyrisindən ayrılıb yalnız Ona üz tutmağa nail olur.
أَمَّن يُجِيبُ الْمُضْطَرَّ إِذَا دَعَاهُ
(Yaxud əli hər yerdən üzülüb darda qalan birisi Ona dua etdiyi zaman onun duasını qəbul buyurar)(Nəml/62).
Məcburiyyətin özü isə iki hissəyə bölünür:
1-Bəzən heç bir zahiri vasitələr olmur və insan İlahi başlanğıca diqqət yetirir.
2-İnsan feli tövhidddə (təkallahlıqda) yəqinlik məqamına çatır və başa düşür ki, Allahdan başqa heç bir varlıq duaların qəbulunda heç bir təsir göstərə bilmir və dünyada mövcud olan bütün vasitələr Onun istək və iradəsindən asılıdır. Əgər insanın əldə etdiyi yəqinlik onun xəyal və təsəvvürlərinə hakim olarsa özünü Allahdan daha çox asılı vəziyyətdə görər. Şübhəsiz ki, belə bir məqama çatdıqda Allahdan qeyrisinə üz tutmayacaqdır. Bu isə böyük arif və zahidlərin həsrətində olduqları olduqca uca və şərəfli bir məqamdır. İmam Əli (ə) Şəbaniyyə duasında Allaha etdiyi münacatda buyurur: İlahi! Mənə ən kamil qovuşmanı nəsib et.İmam Cəfər Sadiq (ə) isə ondan dualarının nə üçün qəbul olunmadığını soruşan şəxsin cavabında buyurur: Çünki, siz dua zamanı həqiqi varlığı tanimirsınız. Buradan belə məlum olur ki, qəbul olunması vədə olunan dualar olduqca azdır. Lakin bunu da qeyd etmək lazımdır ki, duanın qəbul olunması üçün lazım olan bütün şəraitinin yaranması asan olmasada Allahın ixlasla olunan duaları qəbul etdəcəyinə dair verdiyi vədə Onun fəzl və mərhəmətindən irəli gəlir və Allan-Təala Öz bəndələri ilə fəzli ilə rəftar etdiyindən onları qəbul edir. Yəni, olunan duaların qəbulu üçün lazımı şərait yaranmasada Allah-Təala onu Öz fəzli ilə qəbul edir. Belə ki, hər bir günahkar bəndə dəfələrlə günah edir və duanın qəbulu üçün lazımı şəraitin olmadığını bilsədə ümidini Allahın dərgahından kəsmir və hər dəfə günah etdikdə Allahdan özünün bağışlanmasını diləyir.
************