Azəri
Thursday 18th of July 2024
0
نفر 0

Sual 47: Nisa surəsinin3-cü ayəsində buyurulur:

 

وَإِنْ خِفْتُمْ أَلاَّ تُقْسِطُواْ فِي الْيَتَامَى فَانكِحُواْ مَا طَابَ لَكُم مِّنَ النِّسَاء مَثْنَى وَثُلاَثَ وَرُبَاعَ فَإِنْ خِفْتُمْ أَلاَّ تَعْدِلُواْ فَوَاحِدَةً

(Əgər yetim qızlarla (evlənəcəyiniz təqdirdə) ədalətlə rəftar edə bilməyəcəyinizdən qorxarsınızsa, o zaman sizə halal olan (bəyəndiyiniz) başqa qadınlardan iki, üç və dörd nəfərlə nikah bağlayın! Əgər (onlarla da) ədalətlə dolanmağa əmin deyilsinizsə, o halda təkcə bir nəfər (azad) qadın və ya sahib olduğunuz kənizlə evlənin.)

 Həmin surənin 129-cu ayəsində isə buyurulur:

وَلَن تَسْتَطِيعُواْ أَن تَعْدِلُواْ بَيْنَ النِّسَاء وَلَوْ حَرَصْتُمْ فَلاَ تَمِيلُواْ كُلَّ الْمَيْلِ فَتَذَرُوهَا كَالْمُعَلَّقَةِ

(Siz nə qədər çox istəsəniz də, heç vaxt arvadlar arasında ədalətlə rəftar etməyi bacarmazsınız.)

Sizin nəzərinizcə ayəlrin zahiri mənaları arasında hər hansı bir ziddiyətlik mövcuddurmu?

Zahiri  ədalətlə mənəvi ədalət arasındaki fərqin nədən ibarət olduğunu  və nəfsani təmayülün mövcud olan şəraitlə bağlılığını izah edə bilərsinizmi?

 

Cavab:  Birinci ayədə əmr halında gələn mənəvi ədalət, say ilə əlaqəlidır. Yəni iki, üç və ya dörd qadınla ailə qurmaq istəyən hər bir müsəlman onların hüquqlarını qorumalı və aralarında ədalətlə rəftar etməlidir. Çünki, onlardan birini digərindən üstün tutmaq üstün tutulana qarşı zülm və ədalətsizlik heasab olunur. Məsələn, əgər kişi  zövcələrindən biri ilə bir gecə qalarsa digəri və ya digərləri ilədə bir gecə qalmalı və əgər onlardan biri ilə iki gecə qalarsa digəri və ya digərləri ilədə iki gecə qalmalı və beləcə bütün işlərdə ədalətə riayət etməlidir. Bir sözlə müştərək həyatla əlaqəli olan  bütün işlərdə ədalətə riayət olunmalı və zövcələrdən biri digərindən nə üstün tutulmalıdır  nədəki əskik. Bunun mümkünlüyünü nəzərə alaraq  Allah-Təala ayədəki tövsiyə xarakterli məsələni əmr halında vermişdir.

 Amma o ki qaldı ikinci ayədə haqqında söhbət açılan və icrası bəşər övladı üçün mümkün olmayan ədalətə bu əməl ilə deyil, qəlb və daxili istəklə əlaqəli olan bir məsələdir. Belə ki, insan nəqədər çalışsa belə zövcələrinin hamisını eyni dərəcədə sevə bilməz, çünki onun  onlara olan meyl və istəyi qəlbinin verdiyi hökmdən irəli gəlir və o bütün bunların qarşısında sadəcə olaraq aciz qalır. Məsələn, zövcələrə olan fərqli məhəbbətə  səbəb olan amillərdən biridə onların bir-birlərindən fərqli gözəlliyə və ya rəftar və davranışlara malik olmaları ola bilər. Sözsüz ki, insan əxlaqi və cismani baxımdan   daha gözəlini  və daha itaətkarını seçəməlidir. Çünki bunu onun qəlbi daha dəqiq desək nəfsani meyl və istəkləri tələb edir. ,,Üsuli-Kafi’’-də  nəql olunan hədislərdən birində deyilir: İbn Əbil Əuca qeyd olunan iki ayəni tilavət etdikdən sonra Hişam ibn Həkəmə etiraz edərək deyir: Bunların arasında ziddiyətlik nəzərə çarpır. Hişam İmam Cəfər Sadiq (ə)-mın yanına gələrək bu haqda ondan soruşur: İmam Cəfər Sadiq (ə) cavabında buyurur: Birinci ayə kişilərin qadınlarını maaddi baxımdan ədalətlə təmin etmələri,  ikinci ayə  isə onlara  qarşı olan ədalətli mehr və məhbət barədədir. Çünki bu mənada mehr məhəbbətdə ədalətli olmaq və bərabərliyə riayət etmək qeyri-mümkündür. Nisa surəsinin 129-cu ayəsində buyurulur:

وَلَوْ حَرَصْتُمْ فَلاَ تَمِيلُواْ كُلَّ الْمَيْلِ فَتَذَرُوهَا كَالْمُعَلَّقَةِ

(Barı, (birisinə) tamamilə meyl göstərib, digərini asılı vəziyyətdə (nə ərli kimi ərli, nə də boşanmış kimi boşanmış) qoymayın.)

  Nəql olmunan rəvayətlərdən birində deyilir: Həzrəti Məhəmməd (s) qadınları arasında son dərəcə ədalətli rəftar edər və onların arasında hər hansı bir şeyi böldüyü zaman buyurardı: İlahi! Ədalətə riayət etməkdə bunlar sahib olduğum şeylərdə mənim payımdır. Elə isə məni malik olduğun  və mənim malik olmadığım şeylərdə müqəssir bilmə.(Yəni,birini digərindən çox sevmək mənim ixtiyarımdan xaric  olduğundan bu işdə məni müqəssir bilmə).

                                  ************

           

                          وَلاَ تَكْتُمُواْ الشَّهَادَةَ

 (Şahidliyi (şahidi olduğunuz şeyi) gizlətməyin!) (Bəqərə/283).

                                  

 

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Sual:45. Elm, əql və dini necə tərif edirsiz? Onların arasında hansı təzad və ...
Ər- rəhman surəsinin 33 cü ayəsində fövqəladə güc və sultandan məqsəd ...
Sual 45: Qeyd olunan ayədən belə bir məna da əldə etmək olur ki,peyğəmbərləri ...
Cənabət qüsulu nədir və necə alınmalıdır?
Ayətullah Məkarim Şirazinin Hicab məhbusları haqda suala cavabı
Sual: 12. Həqiqətin qəbuluna tələsməyənlərlə necə rəftar edək?
Müalicədən ötrü xanımlar olan baseyndə çimmək olarmı?
Sual 72: Qulaq asmaqla eşitmək arasında nə kimi fərq vardır?
Sual 41: Bərzəx aləmində min il əvvəl dünyasını dəyişmiş şəxslərlə bu ...
Sual: 19. Kilsə hakimiyyəti ilə İslam hakimiyyəti arasında hansı fərqlər var?

 
user comment