Azəri
Saturday 11th of January 2025
0
نفر 0

Sual 48:

Sual 48: Allah-Təala Qurani-Kərimdə şəhadət verməyi gizlətməyə icazə vermir və yalnız iki nəfərin şahidliyini əsaslı olduğunu bildirir. Lakin  zina məsələsinə gəldikdə  iki nəfərin deyil, dörd nəfərin şahidliyini tələb edir. Buda bizə məlumdur ki, əgər zina barədə dörd nəfər əvəzinə  üç nəfər şəhadət verərsə onları şəhadəti nəinki qəbul olunmur, bəlkə  əleyhilərinə cəza hökmü belə  çıxarılır.  Məgər belə bir hökmün verilməsi ayənin zahiri mənası ilə ziddiyətlik təşkil etmirmi? Yəni,  əgər şahidlərin sayı dörd deyil,üç  nəfər olarsa və onlar da cəzalandırılacaqlarını bildikləri təqdirdə şahidi olduqları  zinakarlığı gizlətdikləri təqdirdə  qeyd olunan ayənin  zahiri mənası ilə müxalifət etmiş olmurlarmı?

 

Cavab: İslam dinində zina və ləvat  əməlləri istisna   olmaqla yerdə qalan bütün əməllər üçün iki nəfər şahid tələb olunur. Bu Allahın Öz bəndələrinə  verdiyi qəti hökmlərdəndir ki, onlara itaət etmək hər bir müsəlmanın ən başlıca vəzifəsidir. Sözsüz ki bu hökmlərin hər birinin özünəməxsus hikmət və səbəbləri  vardır. Lakin onlar hələdə bizə  məlum deyil. Bəlkədə dörd nəfər şahidin tələb olunmasının hikmətlərindən biri zina ilə ləvatın camaat arasında yayılmasının qarşısını almaq, başqalarının buna cürət etməsinə imkan verməmək və belə bir çirkin əməlin yayılmasının qarşısını almaqdır . Bütün bunlarla yanaşı hər iki  çirkin əməl insan qeyrətini məhv etməsinə səbəb olduğu və Allah-Təala məsələnin daha çox əhəmiyyət kəsb etdiyini bildirmək üçün digər işlərdən fərqli olaraq zina və ləvat üçün   iki deyil, dörd nəfər şahidin gətirilməsini tələb edir. Şahidliyin gizlədilməsinin haramlığına və şahidlik verilməsinin vacibliyinə  gəldikdə isə bunu deyə bilərik ki, bütün bunlar yalnız o zaman  vacib ola bilər ki, haqq öz  yerini tapsın, batil isə məhv olub aradan getsin. Yəni, verilən şahidlik yalnız haqqın öz yerini tapmasına səbəb olsun və möminlərdən kimsə zərər çəkməsin.

    Deməli, hakimin qarşısında başqa birisinin zina etməsinə dair şahidlik vermək istəyən şəxs hər şeydən əvvəl özündən başqa üç nəfərin şahidlik verə biləcəyini müəyyən etməli və artıq bundan sonra şahidlik etməlidir. Əks təqdirdə,yəni şahidlərin sayı dörd nəfərdən az olduqa  şahidlik etməkdən imtina etməməlidir. Verildikdə belə  onların şahidliyi  şəri nöqteyi nəzərdən kifayət etmədiyi üçün qəbul olunmur və onların özlərinə qarşı müvafiq cəza tətbiq olunmalıdır. O ki qaldı  bunun zinakarlığın rəvac tapa biləcəyinə səbəb olacağına dair dediklərinizə, bilməlisiniz ki, bu iş nəinki zinakarlığın rəvac tapmasına səbəbə olmur, bəlkə əksinə olaraq insanlarda qorxu hissi oyadır, bu isə zinakarlığın qarşısını alınmasına səbəb olur. Və bütün bunlarla yanaşı insan zinanın böyük günah olduğunu başa düşür.

                                     ************


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Əgər insanın boynunda həm cənabət və həmdə başqa qüsullar varsa necə qüsul ...
Sual 56:Vəlimə ilə vəkirə arasındaki fərq nədən ibarətdir? Hubvə nə deməkdir?
Təqlid hökümləri
MÜSAFİR NAMAZININ HÖKÜMLƏRİ
QURANİ-KƏRİMİN «NÜMUNƏ» TƏFSİRİ ƏSASINDA -2
Sual 80:Dini rəhbərlik və onun əhəmiyyəti barədə nə deyə bilərsiniz?
QÜSLÜN HÖKÜMLƏRİ
Sual: 2. Deyin görək din insan üçündür yoxsa insan din üçün
ŞİRKƏTİN HÖKÜMLƏRİ
Salam! Men namazları birlesdirib qılmaq isteyirem. Esitmisem ki, zohr namazini ...

 
user comment