Cavab: Nafilə,əməl olunması vacib olmayan və tərk olunmasına icazə verilən,başqa sözlə desək tərk olunması günaha səbəb olmayan ibadətlərə deyilir. Nafilə lüğətdə müstəhəb mənasını ifadə edir, lakin fiqhi termin olaraq nafilə əməllərin yalnız bir hissəsinə deyilir. Və bu da vacib olmayan namazlardan ibarətdir . Deməli, nafilə, vacib olmayan bütün müstəhəb namazlara deyilir. Bu namazların arasında isə ən fəzilətlisi gündəlik nafilə namazalarıdır ki, onlardan bəziləri vacib gündəlik namazlardan əvvəl, bəziləri isə onlardan sonra qilınır. Nafilə namzaları ümumilikdə 34 rükətdir. Zöhr namazinın nafiləsi səkkiz , əsr namazının nafiləsi səkkiz , məğrib namazının nafiləsi dörd, işa namazının nafiləsi oturaq halda iki, sübh namazının nafiləsi iki , gecə namazının nafiləsi isə on bir rükətdir.
Nafilə namazlarının vaxtları:
Zöhr namazının nafiləsi özündən əvvəl qılınır və onun qılınma vaxtı zöhrün əvvəlindən zöhrdən sonra hər hansı bir şeyin kölgəsinin özünün yeddidə biri qədər görünənə qədərdir. Məsələn, əgər hər hansı bir şeyin uzunluğu yeddi qarış olarsa və günortadan sonra həmin şeyin gölgəsinin uzunluğu iki qarışa çatarsa zöhr namazının nafiləsinin son vaxtı müəyyən olunmalıdırr. Əsr namazının nafiləsi də özündən əvvəl qılınır. Və onun vaxtı zöhr namazından sonra görünən kölgənin uzunluğunun yedidə dördünə çatana qədərdir. Qeyd olunan vaxtlar keçdikdən sonra əgər zöhr və əsr namazların nafilə və özlərini qılmaq istəsək zöhr namazının nafiləsi zöhr namazından sonra, əsr namazının nafiləsidə əsr namazından sonra qılmalıyıq və heç bir halda qəza və əda niyyəti etməməliyik. Və ehtiyata görə əgər zöhr və əsr namazlarının nafilələri şam namazına qədər qılınmazsa gün batdıqdan sonra qılındıqda qəza niyyəti ilə qılınmalıdır. Məğrib (şam) namazının nafiləsi məğrib namazından sonra qılınır. Onun vaxtı isə məğrib namazından sonra günbatanda günün qızartısı aradan gedənə qədərdir. Qızartı aradan getdikdə isə məğrib namazının nafiləsi qəza niyyəti ilə qılınır. İşa (xiftən) namazının nafiləsi də işa namazından sonra oturaq halda gecə yarısına qədər qılınır. Sübh namazının nafiləsi isə birinci fəcrdən şərqdə qızartı yaranana qədər qılınır. Sübh namazının nafiləsi fasiləsiz olaraq gecə namazının nafiləsindən sonrada qılına bilər. Gecə namazlarının nafiləsi isə gecə yarısından sübh azanına qədər qılına bilər. Sübh namazına yatıb qalacağından qorxan şəxslər isə gecə namazlarını gecə yarısından əvvəl də qıla bilərlər.
************