Azəri
Saturday 11th of January 2025
0
نفر 0

Sual 54:Şimal və cənub qütblərin yaşayış üçün yararlı yerlərdə gecə və gündüz 6 ay davam edir,belə olduğu bir halda müsəlman olan bir şəxs gündəlik namazlarını necə qilmalıdır?

 

 

Cavab:Əldə olunan məlumatlara əsasən bu kimi yerlərdə yaşamaq ümumiyyətlə mümkün deyil. Amma o ki qaldı müsəlman olan bir şəxsin namaz kimi gündəlik və orucluq kimi aylıq ibadəti necə yerinə yetirməsinə o dini ayınləri yerinə yetirə bilmədiyi üçün imkan daxilində bu kimi yerlərdən hicrət etməli və yaşayış  üçün daha münasib olan başqa bir yerdə məskunlaşmalıdır. Necə ki, küfr diyarında yaşayan və dini ayınləri sərbəst yerinə yetirə bilməyən hər bir müsəlman oranı  tərk etməli və həm yaşayış, həm də dini ayınlərin icrasına maneə olmayan başqa bir yerə hicrət etməlidir. Hicrət etməyib elə bir yerdə qalmaq  isə bu kimi şəxslər üçün böyük günah hesab olunur. Əllamə Məclisi özünün  ,,Əl-Muntəha’’-adlı kitabında yazır:

 أَلَمْ تَكُنْ أَرْضُ اللّهِ وَاسِعَةً فَتُهَاجِرُواْ فِيهَا-( Allahın torpağı geniş deyildimi ki, siz də hicrət edəydiniz?” – deyəcəklər) ayəsi nazil olduqdan sonra  Allah Peyğəmbəri (s) Məkkədə dini ayinləri yerinə yetirə bilmədiyi üçün  hicrət əmrini aldı.

Yox əgər qeyd olunan yerlərdə qalmağa məcbur olarsa  gündəlik namazlarının və Ramazan ayının vaxtlarını oraya yaxın olan  və namazın vaxtını müəyyən etmək mümkün olduğu yerin vaxtı ilə müəyyən etməlidir. Bunu isə hal-hazırki zamanda telefon, teleqraf  və bu kimi vasitələrlə müəyyən etmək olduqca asandır.

    Bu kimi yerlərdə gecə ilə gündüzü müəyyən etmək olmasada günəşin ən yüksək nöqtədə qərar tutmasını zöhr namazının ən son nəqtədə qərar tutmasını isə gecə yarısı qərar verib beləcə gündəlik namazların və Ramazan ayının vaxtını müəyyən etmək olar.

                                  ************

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Sual 56:Vəlimə ilə vəkirə arasındaki fərq nədən ibarətdir? Hubvə nə deməkdir?
Təqlid hökümləri
MÜSAFİR NAMAZININ HÖKÜMLƏRİ
QURANİ-KƏRİMİN «NÜMUNƏ» TƏFSİRİ ƏSASINDA -2
Sual 80:Dini rəhbərlik və onun əhəmiyyəti barədə nə deyə bilərsiniz?
QÜSLÜN HÖKÜMLƏRİ
Sual: 2. Deyin görək din insan üçündür yoxsa insan din üçün
ŞİRKƏTİN HÖKÜMLƏRİ
Salam! Men namazları birlesdirib qılmaq isteyirem. Esitmisem ki, zohr namazini ...
İnterntdə kibersport oynayıb pul udmaq olarmı?

 
user comment