Cavab: Şeyx Ənsari təqiyyənin tərif edərək deyir: Təqiyyə- birinin başqa birisinin haqla müxalif olan söz və əməlindən gələn zərərdən qorunmasına deyilir. Birinci Şəhid özünün ,,Təqiyyənin qaydaları’’-adlı kitabında təqiyyəni beş yerə (vacib , haram , müstəhəb , məkruh və mubah) bölərək onlar barədə ətraflı açıqlama verir.
1-Vacib təqiyyə-Zərər və təhlükəsi mütləq dəf olunası təqiyyəyə deyilir. İnsanın özünün və ya başqa birisinin can və həyat əhəmiyyətli malına toxunacaq zərərrin dəf olunması istiqamətində olunan təqiyyəni buna misal çəkmək olar. Deməli , vacib təqiyyə insanın təqiyyəni tərk edəcəyi təqdirdə özünə və ya başqa birisinə zərərin toxuna biləcəyini yəqin bildiyi və ya güman etdiyi təqdirdə olunur.
2-Müstəhəb təqiyyə-Hal-hazırda zərər və təhlükəsi mövcud olmayan , lakin gələcəkdə hər-hansı bir zərər və təhlükə yarada biləcəyi təqdirdə olunur. İnsanın yaşadığı cəmiyyətdə bəyənilməyən bəzi əməllərin tərk olunmasını buna misal çəkmək olar. Məsələn, insan öz yaşadığı yerdə hörmət və ehtiram əlaməti olaraq qəbir və ya türbət üzərinə səcdə etsədə bunu bidət hesab edən başqa bir yerdə etməkdən çəkinməli və müstəhəb təqiyyə etməlidir.
3-Məkruh təqiyyə-Düşmən tərəfindən hal-hazırda və ya gələcəkdə qarşıya çıxa biləcək zərər və təhlükəyə ehtimal vermədən yerinə yetirilir.Və bu əsasən müstəhəb əməllərdən çəkinərkən olunur. Yəni , insan belə bir addımı camaatın həmən işi müstəhəb olduğunu güman etmələrindən qorxduğu zaman atır. Məsələn, əgər cəmiyyətdə nüfuza malik olan şəxsi küfr etməyə və ya əhli-beyti təhqir etməyi məcbur edərlərsə canını qorumaq məqsədilə təqiyyə etməsi düzgun olsada bu iş özü-özlüyündə məkruh hesab olunur.Əmmar Yasirni bu kimi hallarda təqiyyə etməsini buna misal çəkmək olar. Və əgər Meysəm Təmmar tək təqıyyə etməyib haqq sözünü deyərsə sözsüz ki bu daha yaxşı olar . Əgər insan bunun nəticəsində qətlə yetirilərə şəhidlik məqamına nail olar. Yox əgər insan yaşadığı cəmiyyətdə nüfuza malik olmazsa bu kimi hallarla qarşılaşdıqda qətlə yetirilmə təhlükəsi ilə üzləşərsə təqiyyə edə də bilər etməyədə.
4-Haram təqiyyə- Özünü və başqa birisinin qorumaq məqsədilə başqa bir müsəlmanı qətlə yetirməklə olunan təqiyyəyə deyilir. İmam Səccad (ə)-dan nəql olunan hədisdə deyilir: Təqiyyəyə birini qanının tökülməsini qarşısını almaq məqsədilə əməl olunur. Və əgər hər hansı bir məzlumun qanı tökülərsə bu halda hər ümumiyyətlə təqiyyədən söz gedə bilməz.
O ki qaldı Peyğəmbər (s) və məsum imamların təqiyyə etmələrinə özlərini və ya ümməti qorumaq məqsədilə təqiyyə edərək haqqı ört-basdır etmələri əqli baxımdan onlar üçün düzgün olmamışdır. Çünki, Peyğəmbər (s) və məsum imamlar insanlara doğru yolu gostərib onları haqqa hidayət etmişlər. Təqiyyə etdikdə isə haqqı ört-basdır etmiş olardılar. Lakin düşmən tərəfindən gözlənilən təhlükə kifayət qədər ciddi olsaydı onlar da təqiyyə edərdilər. Bir şərtlə ki,ya təqiyyə etməzdən əvvəl ya təhlükə aradan qalxdıqdan sonra və ya eyni zamanda həqiqətə bəyan etmiş olsunlar. Bir sözlə nəyin bahasına olursa olsun camaatı haqqı dərk etməyə kömək etməli və onları cəhalət girdabında qərq olmaqdan nicat verməlidir. Və əgər məsum imamların təqiyyədən istifadə etdikləri hallara diqqət yetirəriksə bunu onların ya həqiqəti əvvəlcədən ya sonra ya da eyni zamanda bəyan etməklə yerinə yetirdiklərinin şahidi olarıq.
************
لَيْلَةُ الْقَدْرِ خَيْرٌ مِّنْ أَلْفِ شَهْرٍ