Cavab:
Əqli elmlər-O elmlərə deyilir ki, orada qarşıya çixan məsələlər əqli dəlil və sübutlarla həll olunub öz sübutunu tapsın.
Nəqli elmlər- O elmlərə deyilir ki, orada qarşıya çixan məsələlər yalnız Quran və sünnə ilə həll olunub öz sübutunu tapsın. Məsələn , kəlam elmi əqli və düşüncənin vasitəsi ilə fiqh elmi isə Quran və nəql olunmuş əsaslı sənədlər vasitəsilə araşdırılır.
Fiqh elmi- O elmə d€eyilir ki , orada əqli və nəqli dəlillər əsasında şəriətin əhatə etdiyi bütün vacib, haram, müstəhəb, məkruh və mübah kimi əməllər müzakirə olunub öz həllini tapsınş
Kəlam elmi- Burada isə əqli dəlillər gətirilərək dini əqidələrin isbatı və şübhələrin aradan qaldırılması barədə söhbət açılır. Dini əqidələr deyildikdə isə Allahın birliyi , Onun sifət və felləri , imamət , miad (öldükdən sonra dirilməyin necə baş verəcəyi) kimi məsələlər nəzərdə tutulur.
Məntiq- İnsan düşüncəsini səhv və yalnış fikirlərdən qoruyan ümumi qaydalar məcmuəsinə deyilir. Başqa sözlə desək məntiq , bütün dini əqli məsələlərdə doğru və yalnış fikiri biri-birindən ayırd edən elmə deyilir.
Bəyan- Cümlədə istifadə olunan kəlmə və ibarətlərin fəsahət və bəlağətindən söz açan elmə deylilir.
Hikmət- Yaradılış aləmində mövcud olan maadi, mücərrəd , canlı və cansız varlıqların vəziyyəti , necəliyi , mahiyyəti , növ və xüsusiyyətləri barədə söz açan elmə dyilir.