Sual 65: Bildiyimiz kimi Aşura günü İmam Hüseyn (ə) öz əshabı ilə birlikdə düşmən mühasirəsində olmuşlar. Belə olduğu bir halda Həbib İbn Məzahir və Müslim İbn Əusəcə düşmənin güclü nəzarəti alltında olduqları bir halda onlara necə qoşula bilmişlər? Həzrəti Səkinə (s-ə)-dan nəql olunan rəvayətdə də qeyd olunur ki , İmam Hüsey (ə) Aşura gününün axşamı xütbə oxumuş və onları səhəri gün şəhid olacaqlarından agah etmişdir. Və bundan sonra onlardan bəziləri onunla vidalaşaraq döyüş meydanını tərk etmişlər. Bunun özü də onların mühasirədə olması barədə deyilənlərlə ziddiyətlik təşkil edir. Sual doğuran başqa bir məqam da vardır. O da bundan ibarətdir ki , əgər İmam Hüseyn (ə) səhabələri döyüş meydanını tərk etməkdə azad olmuşlarsa onda bəs nə üçün səhəri gün özünün şəhid olacağını və onların da əsir götürüləcəyini bildiyi bir halda öz əhli-beytini onlarla birlikdə Mədinəyə göndərməmişdir?
Cavab: Tarixi mənbələrdən belə məlum olur ki,Həbib İbn Məzahir və Müslim İbn Əusəcə çox böyük çətinliklə Kufədən qaçmış və gündüzlər gizlənib axşamlar yol getməklə Məhərrəm ayının 7-ci və ya 8-ci günü Kərbəla çölünə çatmışlar.
O ki qaldı İmam Hüseyn (ə)-mın əshabını azad buraxmasına və onların döyüş meydanını tərk edib getmələrinə bunun onların mühasirədə olması ilə heç bir əlaqəsi yoxdur. Belə ki, ucu-bucağı görünməyən səhrada gecənin qaranlığında düşərgənin tərk edib qacması bir o qədər də çətin məsələ deyildir. Bəlkədə onlar düşərgəni tərk etdikdən sonra düşmən ordusuna qoşulmuş və sonra onlardan ayrılaraq qaça bilmişlər.
İmam Hüseyn (ə)-mın öz əhli-beytini Mədinəyə göndərməməsinə gəldikdə isə onların Kərbəla çölünə gətirilməsinin dərin hikməti olmuş və onlar da bu məmuriyyəti ən gözəl tərzdə yerinə yetirmişlər. Bütün bunlarla yanaşı İmam Hüseyn (ə) kimi İlahi qeyrətə sahib olan şəxsə öz əhli-beytini bağladığı əhd –peymana sadiq qalmayan bir camaata tapşırıb Mədinəyə göndərmək əsla yaraşmazdı.
Tarixdən məlum olduğu kimi Aşura gününün axşamı İmam Hüseyn(ə)-mı Kərbəla çölündə tək qoyub gedən şəxslər dünyapərəst , iman və əqidəsi zəif olan şəxslər omuşlar. Həzrəti Səkinə (s-ə) bu barədə buyurur: Aşura gününün axşamı atamın əshabı dəstə-dəstə onu Kərbəla çölündə tək qoyub getdikdə məni ağlamaq tutdu və üzümü onlara tutaraq dedim: Allahım onları bizi tək və köməksiz qoydular, Səndə onları tək və köməksiz qoy. Allahım onların dualarını qəbul etmə , yoxsulluğu onlara hakim et və qiyamət günü cəddim Həzrəti Məhəmmədin şəfaətini onlara nəsib etmə.
************