Sual 68: Camaat arasında geniş yayılmış tək və cüt səbir barədə nə deyə bilərsiniz? Belə ki, insanların bir çoxu hansı bir işi görmək istərkən başqa birisinin tək və ya çüt asqırmasını ya müvəffəqiyyət kimi yozur ya da tam əksinə işin uğursuz alınacağı kimi. Nəql olunan rəvayətlərdə bu barədə hər hansı bir məlumat verilirmi?
Cavab: Nəq olunan rəvayətlərdə birinin hər hansı bir işi görmək istərkən başqa birisinin tək və ya cüt asqırması və bunun uğur və ya uğursuzluqla nəticələnəcəyi barədə hər hansı bir məlumat verilməmişdir. Lakin, rəvayətlərdən bəzilərində birinin hər hansı bir mühüm məsələ barədə fikir irəli sürdüyü və ya xəbər verdiyi zaman başqa birisinin asqırmasının onun dediklərinin doğruluğunu təsdiq etməsinə dair xəbərlərə gəlib çatmışdır. Belə ki, əgər iki dəfə asqırılarsa bu həmin şəxsin dediklərinin doğruluğunu iki dəfə təsdiqləndiyindən xəbər verir. Asqırıq barədə nəql olunan rəvayətlərədən bu da məlum olur ki, xəstənin asqırması onun sağaldığından, adi insanın asqırması isə üç gündən yeddi günə qədər sağlam qalacağından xəbər verir. Peyğımbər (s)-dan nəql olunan rəvayətdə deyilir: Asqırmaq bütün bədən üçün xeyirlidir. Bir şərtlə ki , üç dəfədən artıq olmasın. Belə ki üç dəfədən artıq asqıran şəxslərdə xəsətəlik əlamətinin olduğuna ehtimal vermək olar.
Amma o ki qaldı nəyinsə uğur və ya uğursuzluğa yozulmasına buna belə bir açıqlama verilir. İnsan,bəzən adının mənası Nəsrullah (Allahın köməyi),Salim (sağlam) və bu kimi uğurgətirən şəxsləri görüb işinin uğurlu olacağına inanır və bunu müsbət tərəfə yozmağa başlayır. Bəzən də tam əksinə olaraq evinin damına və ya həyətinə bayquş qonduqda bunu nəs , daha dəqiq desək uğursuzluq və bədbəxtçilik kimi yozmağa başlayır. Və belə bir yozumu tək bəzi quşların evinin damına qonması ilə deyil, yol gedərkən xoşlamadığı şəxslərlə qarşılaşdıqda da edir. Lakin necə olursa olsun sağlam düşüncəli bir müsəlman daim bütün işlərdə Allahın kömək və qayğısına sığınmalı və bütün işlərində yalnız Ondan kömək diləməlidir. Və elə bu səbəbdən də Peyğəmbər (s) bu məsələyə toxunaraq buyurur: (Əməllərin ən fəzilətlisi Allahın xeyir və fəzlinin intizarında olmaqdır). Yəni, insan istər xeyirə yozulan hallarla qarşılaşsın istərsədə şərə, bir an da olsun ümidini Allahdan kəsməməlidir.
Lakin müsbət və mənfi mənalı yozumların özlərinin də bir sıra təsiredi amilləri vardır. Belə ki, insan hər hansı bir işi xeyirə yozduqda ona nail olacağına inanır , ən əsası isə Allahın lütfünə daha çox ümid bəsləməyə başlayır. Allah-Təala bu barədə buyurur: (Mən hər zaman iman sahibi olan bəndəmin gümanı yanında olaram),mənfi mənaya yozduqda da yenədə ümidini kəsməyib Allaha daha çox təvəkkül etməyə başlayır. Və Peyğəmbər (s) bu barədə buyur: Mənfi yozumun kəffarsəsi Allaha təvəkküldür. Üsuli-Kafidə İmam Sadiq (ə)-dan nəql olunan rəvayətdə deyilir: Mənfi yozumlar insana öz təsiriini göstərə bilər. Lakin ona etina etməyib əvəzində Allaha təvəkkül edərsə heç bir ziyan çəkməz. Yox əgər bütün diqqətini ona yönəldib həddindən artıq diqqət yetirərsə tez bir zamanda bəlaya düçar olar.
************