Sual 69: Yasin surəsinin 60-ci ayəsində ardıcıl gələn üç hulqum hərfli أَعْهَدْ (ə’həd) kəlməsindən istifadə olunmuşdur. Bu isə ərəb dilinin fəsahət qanunları ilə ziddir. Bu barədə nə deyə bilərsiniz?
Cavab: Kəlmənin fəsahətinə səbəb olan amilərdən biridə kəlmədə istifadə olunan hərflərin tələffüzü ardıcıl olaraq çətin olmasın və onları tələffüz edən şəxsin bunda heç bir şətinlik çəkməməsidir. Kəlmələrin fəsahətini müəyyən olunmasına gəldikdə isə ən gözəl tərzdə bunun öhdəsindən sağlam zövq gəlir. Belə ki, əzi hallarda hərflərin məxrəci (tələffüz olunduğu yer) biri-birindən fərqli olsada kəlmələrin tələffüzü olduqca çətin olur və əksinə olaraq bəzi hallarda onların məxrəci biri-birlərinə yaxın olmalarına baxmayaraq qeyd olunan kəlmədə olduğu kimi tələffüz etmək olduqca asan olur və bu da nə kəlmənin və nədəki cümlənin fəsahətinə heç bir xələl gətirmir.
************