Sual 70: Nəql olunan rəvayətlərdən bəzilərində qeyd olunur ki, filan duanı oxumaq və ya filan namazı qılmaq Allah yolunda bir şəxsi azad etməyin və ya Allah yolunda cihad edib bu yolda şəhid olan şəxsin savabını qazanmağa səbəb olur. Necə ola bilər ki, evinin içində tam rahatlıqla dua oxuyan və ya namaz qılan şəxsin savabı ağır zəhmətə qatlaşan və qanını Allah yolunda tökən şəxsin savabı ilə bərabər olsun?
Cavab: İstər ümumi kütlə tərəfindən olsun, istərsədə müəyyən şəxslər tərəfindən nəql olunan bir çox rəvayətlərdə qeyd olunur ki, Peyğəmbər (s) və ondan sonra məsum imamlar müsəlmanları bir çox müstəhəb işlərə sövq etmiş və onları bu işlərin savab və mükafatlarından agah etmişlər. Sözsüz ki, müsəlmanlar da bu tövsiyələrin müqabilində əllərini əllərinin üzərinə qoymamış və günü-gündən savaba səbəb olacaq işləri yerinə yetirməyə cəhd göstərmişlər. Lakin bu barədə kifayət qədər hədis və rəvayət nəql olunmasına baxmayaraq bəziləri özlərində cürət taparaq onları inkar etməyə və müsəlmanlar arasında şübhə yaratmağa çalışmışlar. Hətta bir çox hallarda həmin hədislərin mahiyətindən agah olmadan onlara əməl edən şəxsləri istehza etmışlər. Amma bur bir həqiqətdir ki, Peyğəmbər (s) və məsum imamlardan bizlərə bu mövzuda gəlib çatan rəvayətlər hələdə öz əhəmiyyətini qoruyub saxlamış və qiyamətə qdər saxlayacaqdır.
Bu mövzuda nəql olunan rəvayətlərdən belə məlum olur ki, insannın əldə etdiyi savab işlər iki hissəyə bölünür.
1- Layiq savab : O savab və mükafatlara deyilir ki, insanın yerinə yetirdiyi vacib və müstəhəb işlərin müqabilində Allah-Təalanın hikməti əsasında verilmiş olsun. Və kim həmin işləri yerinə yetirmiş olarsa eynilə həmin savaba layiq görülər və Allah tərəfindən mükafatlandırılar.
2- Fəzilətli savab : O savab və mükafatlara deyilir ki, kiçik işlərin müqabilində bəndəni xeyirxah işlərə sövq etmək məqsədilə Allahın fəzl və mərhəmətində nəzərdən tutulduğundan daha çox verilmiş olsun. (Çünki Allah böyük fəzilət və ehsan sahibidir). Və o ki qaldı veridyiniz sualda birinin filan namazın və ya filan duanın müqabilində şəhid savabı qazanmasına dair dediklərinizə ola bilər ki , Allah-Təala həmin şəxsə şəhidlərə bəxş etdiyi layiqli savabı deyil , fəzilətli savab olaraq bəxş edəcəkdir. Layiqli savabı isə həqiqətən döyüş meydanında şəhid olan şəxslərə bəxş edər. Və əlbətdəki Allahın Öz fəzl və mərhəməti ilə şəhidə bəxş etdiyi savab onun layiq olduğu savabdan və ümumiyyətlə insan düşüncəsindən daha artıqdır. Başqa sözlə desək insan qıldığı namazların vasitəsi ilə Allahın şəhidlərə Öz fəzl və mərhəməti ilə bəxş etdiyi savab deyil , yalnız onların layiq olduqları savaba nail ola bilərlər.Belə ki, rəvayətlərdən bəzilərində hətta bu da qeyd olunur ki , filan əməli yerinə yetirən şəxslər yüz peyğəmbərin, onların yüz canişininin , yüz mələyin savabını qazanamış olar.Bu o deməkdir ki , əgər yüz peyğəmbər , onların yüz canişininin, və yüz mələk həmin işi yerinə yetirib nəqədər layiq olan savaba nail olarlarsa həmin şəxsə də eyni miqdarda fəzilət savabı verilər. Məslən, əgər rəvaəyətlərdən birində kim filan gecə iki rükət namaz qılarsa yüz peyğəmbərin savabını qazanmış olar deyilirsə bu o deməkdir ki, əgər yüz peyğəmbər həmin gecədə həmin iki rükətlik namazı qılmışsa ona da yüz peyğəmbərin savabı bəxş olunar və bu heç də o demək deyildir ki, həmin şəxsə Allaha bəndəlik edən yüz peyğəmbərin ömürü boyu qazandığı saavab verilmiş olunacaq.
Sualnızın ikinci hissəsinə gəldikdə isə bunu deməliyəm ki, hər bir əməlin savab və mükafatı həmin əməlin qəbul olunmasında ,vacib və müstəhəb əməlin qəbul olunması isə onun ixalsla yəni, sidq ürəklə yerinə yetirilməsindən asılıdır.
وَمَا أُمِرُوا إِلَّا لِيَعْبُدُوا اللَّهَ مُخْلِصِينَ
(Halbuki onlara əmr edilmişdir ki, Allaha ixlasla ibadət etsinlər.)(Bəyyinə/5).
İxlasın özü isə bir neçə mərhələdən ibarətdir ki ilkin mərhələsi insanın riyakarlıqdan uzaq olmasıdır. İstər vacib olsun , istərsədə müstəhəb əgər yerinə yetirlən hər hansı bir əməl riyakarlıqdan uzaq olmazsa şübhəsiz ki , batil olar . Şəxsin özü isə nəinki savab qazanmaz, bəlkə əksinə riyakarlıq etdiyi üçün günaha düçar olmuş olar. Günahkarlar isə müvafiq qaydada cəzalandırılar və öz layiqli cəzalarını alarlar. Çünki riya böyük günahlardan biri olmaqla yanaşı həmdə şirkin bir növüdür. İxlasın (səmimi ibadətin) mərhələlərindən biridə insanın hər hansı bir əməli yerinə yetirdiyi zaman məqsədi savab qazanmaq deyil , yalnız Allahın razılığını qazanmaq olmalıdır. İmam Əli (ə)-dan nəql olunan hədislərdən birində deyilir: Qorxu üzündən olunan ibadətlər kölə və qulların ibadətlərinə , cənnən və cənnət nemətlərinə nail olmaq məqsədilə olunan ibadətlər tacirlərin ibadətinə bənzər. Allaha Allahlığa layiq olduğuna üçün olunan ibadət isə azad insanların ibadətidir . İxlasın bundan da yüksək mərhələsi vardır ki , əgər bu barədə açıqlama vermək istəsək söhbətimiz çox uzun çəkər. Lakin burada bunu da qeyd etmək istəyirik ki, nəql olunan rəvayətlərdə haqqında söhbət açılan savablar insanın malik olduğu ixlasın mərhələ və dərəcələri baxımdan verilir. Yəni, hər bir insan ibadətdə ixlasın hansı mərhələ və dərəcəsinə nail olursa əməlllərinin müqabilində də eyni dərəcədə savab qazanar. Və hər bir sağlam düşüncəli insan ixlasın yüksək mərhələlərinə çatmağın olduqca çətin və məşəqqətli olduğunu çox yaxşı başa düşür. Bunun üçün insan hər şeydən əvvəl öz nəfsi ilə mübarizə aparmalı və Allahın ona bəxş edəcək fəzilətləri onu qəbul edəcək sağlam qəlbə malik olmalıdır. Lakin belə bir ali məqama çatmaq olduqca çətindir. Bunun üçün də çalışmalıyıq ki, heç olmasa ixlasın birinci mərhələsinə yəni, riyakarlıqdan uzaq olmağa çalışaq hərçənd bunun özü də bir o qədər də asan məsəslə deyil. Çünki, nəqədər ki insan qəlbindən tərifə olan məhəbbəti və tənqidə olan nifrət hissini çıxarmayıb riyakarlıqdan da uzaq olması bir o qədər də asan olmayacaq. Və əgər səy və çalışqanlıq nəticəsində əməllərimizin bizim günaha çevrilməyəcəyinə nail olarıqsa bu halda Allaha sonsuz şükürlər etməliyik. Mərhum Seyyid İbn Tavus əməl sayəsində savab mərhələlərinə çatmağın əsas şərtini ixlasın ikinci mərhələyə hesab etmişdir. Yəni, bu savablar yalnız öz əməllərini savaba xatir görməyən olsunlar. Və əgər nəql olunan hədislərdən birində kim filan əməli yerinə yetirərsə yüz şəhidin sacavbını qazınmış olar kimi ibarətlərə qarşılaşarsa buna əsla təəccüb etməməlidir. Çünki, şübhəsiz ki, buradan məqsəd şəxsin ixlas mərhələlərindən birinə çatmasıdır. Belə ki, bir qədər əvvəl qeyd etdik ki, insan öz nəfsani istəkləri ilə mübarizə aparmadan belə bir yüksək məqama nail ola bilməz. Allah yolunda cihad meydanına atılan və bu yolda şəhid olan şəxsdə belə bir addımı öz nəfsinə və şeytana qalib gəlmək məqsədilə tam ixlasla atmış olur.
Üsuli-Kafidə nəql olunan rəvayətlərdən birində deyilir: Peyğəmbər (s) öz səhabələri ilə birlikdə cihadlardan birindən qayıtdıqdan sonra buyurur: Sizlər kiçik cihaddan qayıdırsınız. Əshab soruşur: Əgər bu kiçik cihaddırsa onda bəs böyük cihad hansıdır? Peyğəmbər (s) buyurur: Böyük cihad nəfsinizə qalib gəlmənizdir.
Lakin bəziləri bu məsəsləyə təəccüblə yanaşaraq deyirlər: Qeyd olunan savablara səbəb olan namaz,dua və əməlləri bir necə saat,hətta bir neçə dəqiqə ərzində yerinə yetirmək olar. Bir haldaki cihad və həcc kimi çətin və təhlükəli əməllər bir neçə gün ərzində yerinə yetirilir və bir çox hallarda insanın canı bahasına başa gəlir. Şübhəyə cavab olaraq deyirik: Bu kimi şübhə və tərzi-təfəkkürlər insanın dua , namaz və sair əmllərin əhəmiyyət və mahiyyətindən xəbərsiz olduqları üçün tamamilə batil və əsassızdır. Çünki, onlar belə düşünürlər ki, dua və ya namaz deyildikdə yalnız onların zahiri icrası nəzərdə tutulur. Bir haldaki hər bir ibadət və əməlin dəyər və əhəmiyyəti onun insan mənəviyyatına qoyduğu təsirdən və ruhiyyəsindən ibarətdir. Ruh olmadan bədənin heç bir əhəmiyyəti olmadığı kimi ibadətində ruhu olmadan özü-özlüyündə heç bir dəyər və əhəmiyyəti ola bilməz. Məsələn , əgər insan namaza başladığı andan salamlara qədər qiyamda (yəni ayaq üstə durarkən) özünü Allahın hüzurunda dayandığını , ruku və səcdələrə gedərkən Allahın qarşısında kiçildiyini , təkbir (Allahu əkbər) dediyi zaman Allahın birliyini iqrar etdiyini , təsbih edərkən (Subhanəllah deyərkən) Allahın bütün eyb və nöqsanlardan uzaq olduğunu dərk etməzsə yerinə yetirdiyi əməl adi hərəkətlərdən və dediyi zikrlər adi sözlərdən savayı bir şey olmayacaqdır. Bu kimi ibadətlərin insana heç bir zərəri olmasada heç bir xeyiri də olmaz. Başqa sözlə desək bütün bunlara insanı Allahdan uzaq salmasada Ona yaxınlaşdırmayacaq. Və əgər hər hansı bir rəvayətdə hansısa duanı oxunmasının şəhidlik savabı qədərdir deyilirsə bu o deməkdir ki , insan həmin duanın ruhuna yol tapmalı və onu özündə yaşatmalıdır. Duanın ruhunun yaşanması deyildikdə isə insanın özünü Allahın qarşısında tam mənada aciz görməsi, hər şeyi Ondan və Onun heçnədən asılı olmadığına , hər şeyin Allahın izn və iradəsindən asılı olduğuna əmin olması , bütün hallarda diqqətini Ona tərəf yönəltməsi, Ondan başqasını görməməsi və bütün işlərində Ona arxalanması nəzərdə tutulur. Əgər rəvayətlərdə qeyd olunan surə və ya ayə oxunduğu zaman insan bütün bunları özündə yaşada və sonradan özündə saxlaya bilərsə nəinki Allah yolunda şəhid olan şəxslərin, bəlkə onlardan da artıq savaba nail olarlar. Və əgər dua oxuyan şəxs duanı oxuduğu zaman şəhidin döyüş metdanında keçirdiyi hissi yaşayarsa əldə etdiyi savab heçdə şəhidlərin savabından az olmaz.
Deyə də bilərlər ki , həm dua oxuyan şəxs , həm də Allah yolunda şəhid olan şəxs ilə eyni hissləri keçirə və yaşaya bilərlər , lakin şəhidin döyüş meydanında çəkdiyi ağrı-açılar hərtərəfli rahat şəraitdə dua oxuyan cismani durumu ilə eyni ola bilməz. Cavabında deyirik. Bir qədər əvvəl qeyd etdiyimiz kimi belə bir hal insanda ani olaraq yaranmir , lakin bunun üçün uzun sürən nəfsani mübarizələr lazımdır. Yəni, həm öz nəfsi, həmdə şeytanla dəfələrlə mübarizə aparmayan və onlara qalib gələ bilməyən şəxs belə bir hissləri yaşaya bilməsi sadəcə olaraq qeyri mümkündür.
Mərhum Şeyx Cəfər Şuşytəri özünün ,,Xəsaisul-Husəyniyyə”-aldlı kitabında Peyğəmbər (s)-mın İmam Hüseyn (ə)-mın ziyarətinin fəziləti barədə buyurduğu hədisə açiqlama verərərk deyir: Hədisdə buyurulur: Hüseynin ziyarəti mənim yerinə yetirdiyim doxsan Həcc və doxsan Ümrə ziyarətinə bərabərdir. Bəlkədə hədisdən məqsəd İmam Hüseyn (ə)-mın ziyarətçisinin mənən ucalaraq ixlasın ica məqamlarına çata bilməsi və Peyğəmbər (s)-mın əziz nəvəsini adi qəlblə deyil, Peyğəmbər (s)-mın qəlbi ilə ziyarət etmək nəzərdə tutulur. Elə bir qəlb ki, İlahi eşq ilə çırpınaraq daim Allahın zikri ilə məşqul olar və hər zaman Allahın razılığını qazanmağa can atar. Belə bir qəlbin sahibi olan Peyğəmbər (s) əziz balalarını kimsənin sevə bilmədiyi kimi sevmiş və onlara qarşı olduqca mərhəmətli olmuşdur. Belə ki, Peyğəmbər (s) namaz qıldığı zaman İmam Hüseyn (ə) onun boynuna oturar o isə səcdəsini , əziz nəvəsi özü öz xoşu ilə boynundan düşənə qədər uzadardı. Bəli, Peyğəmbər (s) məhz belə bir qəlbə malik olduğundan İmam Hüseyn(ə)- mın ziyarətinin onun yerinə yetirdiyi doxsan Həcc və doxsan Ümrə ziyarətindən üstün olduğunu bildirmişdir. Yəni, Peyğəmbər (s) Həcc və Ümrəni hansı ixlasla ziyarət etmişsə əgər İmam Hüseyn (ə)-mı da həmin ixlasla ziyarət edərsə Peyğəmbər (s)-mın müjdə verdiyi savaba nail ola bilər.
************