Cavab: Gözün görmə qabiliyyətini təmin etmək üçün hər zaman göz qapaqlarının altında lazımı qədər göz yaşı adlandırdığımız maye olmalıdır. Göz yaşının bayıra çıxmasına səbəb olan isə həm daxili, həmdə xarici amillərdir ki, onlardan biridə məcazi mənada adlandırdığımız ürək acısı və ya ürək ağrısıdır. Bu isə insanın arzu etmədiyi həm fiziki , həmdə mənəvi sarsıntı və ağrılar nəticəsində meydana gəlir. Bunuda qeyd etmək lazımdır ki, işə salınan hər hansı bir qüvvə get-gedə güclənməyə başlayır və eyni qaydada olaraq insan hər hansı bir xoşagəlməz hadisəni xatırladığı zaman istər-istəməz kövrəlir və göz yaşları axıtmağa başlayır. Bu kimi hallarda insan daha çox göz yaşları axıdır. Lakin əgər insan Allahın qorxusundan və ya Onun rəhmət və mərhəmətini qazanmaq ümidi ilə göz yaşları axıdarsa bunu yüksək qiymətləndirmək lazımdır. Ümumiyyətlə hər bir insanın vaxt aşırı belə bir hiss keçirməsi çox yaxşı haldır. Allah belə bir hissi bizlərə də nəsib etsin .Amin.
************