Cavab: İlahi pəhriz-insanın bütün əməl və hərəkətlərinin İlahi qanunlar çərçivəsində yerinə yetirməsinə və bundan qeyrisindən uzaq olmağa çalışmasına deyilir. Belə olduqda insan nəfsani istəklərinə tabe olmamalı və İlahi göstərişləri nəfsani istəklərindən üstün tutmalıdır. Başqa sözlə desək İlahi pəhriz, insanın mümkün qədər təqvalı olmağa çalışmasına və bu yolda bir çox çətinliklərə sinə gələ bilməsinə deyilir. Bir qədər əvvə ixlas barədə qeyd etdiyimiz kimi təqvanın da insanın dünyəvi fitnə-fəsadlardan yaxa qurtarıb axirət dünyasının səadətinə qovuşması üçün bir neçə mərhələsi vardlır.
İmam Əli (ə) Osman İbn Hənifə göndərdiyi məktubda bu mətləbə toxunaraq buyurur: Bil ki , mənim bütün səy və məqsədim nəfsimə qalib gəlib günahdan çəkinməkdən ibarətdir. Və mən bunu qarşıdaki böyük qiyamət gününün dəhşətindən amanda qalmağım üçün edirəm. O günün əzabı olduqca şiddətli və dözülməzdir.
Lakin o ki qaldı İlahi pəhrizə onun özünün bir neçə mərhələsi vardır.
1-ci mərhələ: Bütün vacib əməllərin yerinə yetirilmək və bütün haram əməlləri tərk etmək. Yəni, bütün vacib əmllərin yerinə yetirilməsinə son dərəcə böyük diqqət yetirib birinin də olsun hədərə getməsinə imkan verməmək lazımdır. Və eyni zamanda Allahın haram etdiyi bütün əməllərdən uzaq olmalı və nəyin bahasına olursa olsun onlara yaxın düşməməli. Kimsədən gizli deyildir ki təqvanın bu mərhələsi olduqca ağır və ona əməl etmək çox çətindir. Məsələn, vacib ibadətlərin doğruluğu üçün lazım olan şəraitlərdən biridə niyyətin səmimi yəni ixlasla olmasıdır. Belə ki, ibadətdə riyakarlığa yol vermək batil olmaqla yanaşı inasnın böyük günaha düçar olmasına səbəb olur. Və bu iş haram olmaqla yanaşı insanı şirkə belə yaxınlaşdırır. Elə bu səbəbdən də ibadətdə ixlaslı olmaq yəni bütün əməlləri tam səmimiyyyətlə yerinə yetrimək olduqca çətindir.
Əllamə Məclisi Üsuli-Kafiyə verdiyi şərhdə yazır: Madam ki, birinin qəlbində tərifə məhəbbət və tənqidə nifrət var onun riyakarlıqdan amanda qalmasına heç bir zəmanət yoxdur. Vacibi əməllərin yerinə yetirilməsi isə olduqca cətin və pəhrizkarlıq tələb edən bir məsədir. Üsuli-Kafidə Peyğəmbər (s) nəql olunan hədisdə buyurulur.( Allah-Taəal buyurur: Bəndəm Mənə yalnız vacib etdiyim və Mənə sevinli olan əməllərlə yaxınlaşa bilər).Yəni , heç bir əməl vacibi əməllər kimi insanı Allaha yaxınlaşdırmır. Vacibi əməllərin icrası olduqca çətin olduğu kimi haram əməllərində tərk olunması insan üçün olduqca çətindir. Belə ki , vərdiş halını aldıqdan sonra yalan danışmağı , qeybət etməyi və bu kimi haram əməlləri tərk etmək insan üçün olduqca çətindir. Lakin nəyin bahasına olursa olsun insan bütün haram əməlləri tərk etməlidir.
2-ci mərhələ: Nəfsin təqva üçün etdiyi pəhrizkarlıq.
Bu mərhələdə insan müstəhəb əməlləri yerinə yetriməyə və məkruh əməllərdən uzaq olmağa çalışır. Bütün həyatı boyu hər hansı bir məkruh əməli tərk etməyə çalışmaqla yanaşı imkan daxilində bütün müstəhəb əməlləri də yerinə yetriməyə çalışır. Peyğəmbər (s) və məsum imamların yerinə yetirilməsinə təkid etdikləri müstəhəb əməllərə daha çox diqqət yetirər və onların tərk olunmasına yol verməzlər. Camaat namazalrında iştirak etməyi , gecə namazlarını , gündəlik nafilə namazlarını özlərinə vacib bilər və heç vaxt onların təxirə düşməsinə imkan verməzlər. Və bütün bunlarla yanaşı namazlarını qəlbi hüzur və tam ixlasla qılarlar. Hədisin ardında deyildiyi kimi:
Bəndəm Mənə yalnız nafilə namazlarını qılmaqla yaxınlaşar ta o vaxta qədər ki, Mən onu sevməyə başlayaram. Sevməyə başladıqdan sonra isə onun eşidən qulağı , görən gözü , danışan dili , iş görən əli olaram. Məni çağırdığı zaman Mən onu daha çox sevərəm və Məndən bir şey istədiyi zaman ona bəxş edərəm.
Bizə gəlib çatan xəbərlərədən belə məlum olur ki, böyük alimlərdən bir çoxu bütün haram və məkruh əməlləri tərk etmiş və ömürü boyu yerinə yetridikləri əməllər yalnız vaciblərə əməl etmək və haramlardan uzaq olmaq olmuşdur. Seyyid İbn Tavusu , Mövla Abdulla Şuştərini , Şəhid Sanini, Müqəddəs Ərdəbilini və başqalarını buna misal çəkmək olar. Hətta deyilənlərə görə Müqəddəs Ərdəbili qirx il yattığı zaman ayaqlarını uzatmaz və bunu ədəb qaydalarından çixmaq kimi izah edərdi. Bu kimi dahi şəxsiyyətlərin həyatlarından agah olmaq istəyənlər ,,Muntəxəbut-təvarix”-adlı kitaba müraciət edə bilərlər.
3-cü mərhələ: Qəflətə yol verməməli və daim Allahı zikr etmək lazımdır. Peyğəmbər (s)-dan nəql olunan hədislərə və istər onun,istər də məsum imamların həyat tərzinə nəzər saldıqda onun bir anlığada olsun Alla-Təalanı unutmadıqlarını , istər sağlamlığında olsun, istərsədə xəstəliyində daim Onu ən yüksək dərəcədə zikr etdiyinin şahidi oluruq.
الَّذِينَ يَذْكُرُونَ اللَّهَ قِيَامًا وَقُعُودًا وَعَلَى جُنُوبِهِمْ
(O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar.)(Ali-İmran/191).
Hər bir mərhələ barədə ətaraflı açıqlama versək söhbətimiz çox uzun çəkər. Bunun üçündə burada dediklərimizlə kifayətlənib əsas mətləbə keçmək istəyiirk. Və belə bir yüksək məqama çatmaq istəyən şəxslərə demək istəyirik ki, hər bir mərhələnin özünəməxsus pəhrizkarlığı vardır ki, onlara arxadan qoymadan növbəti mərhələyə qədəm qoymaq sadəcə olaraq qeyri mümkündür. Və bu insanınson dərəcə böyük diqqət yetirməli olduğu yemək və inçiməyi,yəni qidalanması ilə əlaqədardır.. Elə bu məqsədlə İmam Sadiq (s) səhabələrindən olan Unvan Bəsriyə tövsiyə edərək buyurur: Meyl etmədiyin bir şeyi yemə. Bu bir həqiqətdir ki, inasının meyl etmədiyin bir şeyi yeməsi onun səfehliyinə və axmağlığına səbəb olur. Acımayınca bir şey yemə. Və hər hansı bir şey yemək istədiyin zaman halalından ye. Haram tikədən uzaq ol və bir şey yediyin zaman Allahın adını çək. Peyğəmbər (s)-dan nəql olunan hədisdə buyurulur: İnsanın doldurduğu ən pis qab qarnıdır. Yəni , insanın qarını nəqədər boş olarsa bir o qədər yaxşı olar.Bir şey yemək istərkən onun ucdə birini yemək , ücdə birini su, qalan üçdə birini isə tənəffüs üçün saxlamalıdır.
Əli (ə) Nəhcül-Bəlağədə buyurur: And içirəm o Allaha ki , kimsənin istək və iradəsi Ona (Allaha) təsir göstərmir. Mən pəhrizkarlıq edib nəfsimi özümə ram edərəm və mənim nəfsim arpa unundan hazırlanmış çörəkdən ləzzət alıb onunla qüvvətlənərəm. Bir parça arpa çörəyinə və yemək əvəz olan duza qane olub güzaranımı beləcə keçirirəm. Boğazımdan keçən hər bir tikə bədənimdə öz təsirini qoyur. Bunun üçün də çalışmaq lazımdır ki istifadə olunan yemək içməklər yalnız ehtiyaçı ödəyə biləcək qədər olsun və onların halal olmasına şübhə etməmək lazımdır.
Şeytani pəhrizkarlığa gəldikdə isə bunu deyə bilərik ki , bu kimi əməllərə bəzi fürsəttələb insanların bir çox hallarda dünyəvi məqsədlərə çatmaq üçün öyrəndikləri şeytani elmlər ,ovsun və sehrlərə , qeyri adi işlər görmək üçün zehnlərindəki artıq fikir və düşüncələri silməyə , habelə cinləri özlərinə ram etmələri və sair əməllərə aiddir. Nəql olunan rəvayətlərdən belə məlum olur ki, cin və şeytanları özlərinə ram etmək istəyən bu kimi şəxslər davamlı olaraq gühan etməli və qirx gün ərzində heç bir xeyirli əməl yerinə yetirməmlidirlər. Bütün bu mərhələləri kecdikdən sonra müqəddəs kitablara qarşı hörmətsizlik edərək onları ayaqyollarından asar və bundan zövq alarlar. Lakin onların keçməli olduqları mərhələlər bununla bitmir. Belə ki, onların yerinə yetirməli olduqları ən çırkin əməllərdən biridə iffətli və namuslu qadınla ərinin gözləri qarşısında zina etmək haqsız yerə məzlumun qanını tökmək və qanlarını xüsusi qablarda saxlayıb bir müddət yeməklərinin bir hissəsi qərar vermək və onlara qoşulan şəxslərə bu qandan içirtməkdir.
************