Azəri
Saturday 18th of May 2024
0
نفر 0

NӘSXİN MӘNASI

 

Bir çox tәfsir vә Quran elmlәrinә dair tәlif olunmuş kitablarda Qurandakı bәzi ayәlәr haqda «nәsx olunmuş ayәlәr» adı altında ayrıca fәsl ayrılmışdır. Әbu Bәkr Nuhas özünün «Әn-nasix vәl Mәnsux» adlı kitabında nәsx olunmuş ayәlәrin sayını 138 olduğunu qeyd etmişdir.

Kitabın bu fәslindә nәsxin nә olduğunu vә ayәlәrdәn bәzilәrinin nәsx olunuduğuna dair irәli sürülmüş müxtәlif nәzәriyyәlәri araşdıracağıq vә belәliklә dә Quran ayәlәrindә nәsxә yol verilmәdiyini aşkara çıxaracağıq.

Nәsx nәzәriyyәsi irәli sürülmәklә qanunvericilik xarakteri daşıyan bir çox ayәlәr getdikcә öz әhәmiyyәtini itirmiş, amma sonra tükәnmәz elm mәnbәyi olan bu ilahi nemәt, öz әzәmәt vә şan-şöhrәtini özünә qaytara bilmişdir. Ümid edirik, haqqında söhbәt açdığımız mәtlәb müsbәt nәticәlәr verәrәk azacıq da olsa әhәmiyyәt kәsb etmiş olsun.

Biz burada nәsx olunan ayәlәrin yalnız otuz altısı haqda söhbәt açacağıq. Әgәr bu ayәlәrdә nәsxә yol verilmәdiyini isbat edә bilsәk, digәr ayәlәrindә nәsx olunmadığını asanlıqla sübuta yetirә bilәrik.

NӘSXİN LÜĞӘVİ MӘNASI

Nәsxin lüğәvi mәnası yazılı mәtnin üzәrindәn köçürmәk, olduğu kimi yazmaqdır. «İntisax» vә «istinsax» kәlmәlәri dә mәhz bu kökdәn götürülmüşdür. Nәsx lüğәtdә «dәyişmәk», «nәql etmәk» mәnalarında da işlәnmişdir. Belә ki, el arasında işlәnәn atalar sözündә deyilir: «Tәnasәxәl mәvarisu vәdduhuru». Yәni zaman vә var-dövlәt dәyişilmişdir. Bütün bunlarla yanaşı biz nәsxin lüğәtdә «mәhv olub aradan getmәk» mәnasında işlәndiyinin dә şahidi oluruq. Başqa bir atalar mәsәlindә deyilir:

«Nәsәxtişşәmsuz-zillә» – yәni gün kölgәni aradan apardı. Nәsx, Peyğәmbәrin (s) sәhabәlәrin zamanında vә sonrakı dövrlәrdә dә mәhz bu mәnada işlәnmişdir. Onlar adәtәn külliyat vә ümumi bir mәfhumdan ayrılan vә ya istisna olan hәr bir şeyә «nasix» (aradan aparan) deyәrdilәr. Çünki, sonradan yaranmış әlavә vә istisnalar әvvәlki hökmlәri ya әvәz etmiş vә ya aradan aparmışdır.

NӘSXİN İSTİLAHİ MӘNALARI

Din alimlәri vә Quran elmlәri mütәxәssislәri bu ifadәdәn lüğәvi mәnada istifadә etmişlәr. Nәsxin tәrifindә deyilir: Nәsx hәr hansı sabit bir şәri hökmün dövr vә zamanı dәyişilmәklә yeni hökmlә әvәz olunmasına deyilir. Tәrifdә «sabit» ifadәsindәn istifadә etmәkdәn mәqsәd budur ki, әgәr sadir olunan hökm sabit olmazsa, mövzu dәyişilmәklә әvәz olunarsa artıq nәsx adlandırılmayır. Mәsәlәn, Ramazan ayı başa çatdıqdan sonra әgәr bu ayda oruc tutulmasının vacibliyi aradan götürülәrsә, artıq biz bunu nәsx adlandıra bilmәrik. Çünki, orucun vacibliyi hәmişәlik deyil, yalnız Ramazan ayına aiddir. Belә ki, Ramazan ayı sona çatdıqdan sonra orucun vacibliyinә dair sadir olunmuş hökmün vacibliyi dә әvәz olunur. Hәmçinin vaxtı keçdikdәn sonra var-dövlәtә aid olan malikiyyәti dә nәsx adlandırılmır. Çünki bütün hallarda әvәz olunan hökmün özü deyil, mövzu vә şәraitidir vә mövzu dәyişilmәklә hökmün aradan götürülmәsi nә nәsx adlanır, nә dә şәriәt alimlәri arasında fikir ayrılığına vә ixtilafa sәbәb olur.

İzah: Nәsxin mahiyyәtinin nәdәn ibarәt olduğunu daha da aydınlaşdırmaq üçün oxucunun nәzәrini verdiyimiz izahata cәlb edirik.

Şәriәt vә islam qanunları tәrәfindәn uydurulan hәr bir hökm vә hәr hansı bir hәqiqi qanunvericilik orqanı tәrәfindәn qüvvәyә minәn hәr bir qanun sübut vә isbat baxımından iki mәrhәlәdәn ibarәtdir:

1. Hökmün reallaşmasında olan sübut mәrhәlәsi;

Buradan hәmәn qanunvericilik mәrhәlәsi nәzәrdә tutulur. Bu mәrhәlәdә hökm vә qanun ümumi şәkildә hәr hansı bir mәtlәb nәzәrdә tutulmadan qüvvәyә minir. Mәsәlәn, şәrabın haram olduğuna dair hökm verilir. Belә bir qanunvericiliyin mәnası bundan ibarәtdir ki, hәr zaman vә hәr yerdә şәrab olsa ondan istifadә (alıb-satmaq, içmәk, hәdiyyә etmәk vә s.) haram vә yol verilmәzdir.

Nәsx olunmadan belә bir hökmün aradan götürlmәsi qeyri-mümkündür. Çünki, bu qanunvericilikdә nә zahiri, nә dә batini mәtlәb nәzәrdә tutulur.

2. Hökmün zahiri isbat mәrhәlsi:

Bu mәrhәlәdә ilk növbәdә sadir olunmuş hökmün xaricdә qüvvәyә minmәsi nәzәrdә tutulur. Vә hökm bu mәrhәlәyә yalnız o zaman çata bilәr ki, başqa sözlә desәk, yalnız elә bir şәraitdә qüvvәyә minә bilәr ki, nәzәrdә tutulan mәtlәb xaricdә hәyata keçmiş olsun. Mәsәlәn, şәrab meydana gәldiyi gündәn onun haramlığına dair qәti hökm sadir olundu. Yәni nә qәdәr ki, şәrab mövcuddur, onun haramlığına dair sadir olunmuş hökm dә qüvvәdә olacaqdır. Lakin mövzu aradan götürüldükdә (yәni xaricdә mövcud olmadıqda) hәtta әgәr şәrab sirkәyә çevrilsә belә haramlığına dair sadir olunmuş hökm dә qüvvәdәn düşәcәkdir. Amma diqqәt yetirmәk lazımdır ki, belә bir hökmün qüvvәdәn düşmәsinin nәsxlә heç bir әlaqәsi yoxdur. Artıq bizә nәsxin vә mövzunun әvәz olunmasının nә olduğu bәlli oldu. Haqqında söhbәt açmaq istәdiyimiz mövzu Quran mütәxәssislәri arasında ixtilafa sәbәb olmuş nәsx mәsәlәsidir. Belә ki, qüvvәdә olan sabit hökm, xaricdә mövzunun olmasına baxmayaraq (zәmanәnin tәlabatını ödәmәdiyi üçün) ya aradan götürülür vә ya tam ayrı bir hökm ilә әvәz olunur.

İLAHİ HÖKMLӘRİN NӘSXİ

Ötәn fәsillәrdә nәsxin lüğәvi vә istilahi mәnaları ilә tanış olduq. Görәsәn nәsx özünün hәmәn bu mәnasında ilahi hökmlәrә yol tapa bilәrmi? Yәni hәr hansı bir hökm başqa bir hökmü nәsx edәrәk aradan apara bilәrmi?

İslam dünyasının görkәmli alim vә mütәxәssislәri hamılıqla nәsxin mümkünlüyünә (yәni ilahi hökmlәrdәn bәzilәrinin, digәr hökmlәrlә әvәz olunmasına) dair öz fikir vә mülahizәlәrini irәli sürmüşlәr. Lakin mәsihi vә yәhudi alimlәri bu nәzәriyyә ilә müxalifәt edәrәk ilahi hökmlәrin nәsx olunmasını vә qeyri-mümkün hesab edirlәr. Bu barәdә onlar heç bir әsası olmayan yalnız bir dәlilә istinad etmişlәr.

NӘSXİN QEYRİ-MÜMKÜNLÜYÜ

Nәsx nәzәriyyәsi ilә müxalif olanlar nәsxin qeyri-mümkünlüyü haqda deyirlәr: Hökmlәrin nәsx olunması bu iki haldan xaric deyildir. Ya qüvvәyә minmiş qanuna lazımınca riayәt olunmamış vә ya qanunverici qüvvә bunun nә ilә nәticәlәnәcәyini bilmәdiyi üçün bir sıra çәtinliklәrlә qarşılaşmış vә mәcburiyyәt qarşısında onu digәr hökmlәrlә nәsx etmәli olmuşdur. Lakin verilәn hәr iki ehtimal hәqiqi qanunvericiliyә, yәni Allaha aid olduğu üçün qәbul edilmәsi qeyri-mümkündür.

İzah: Qanunvericilik mәsәlәsi elmi, hәr şeyi әhatә edәn adil vә hәkim olan Allaha aiddir. Onun bütün hökmlәri zәmanәnin tәlabatına uyğun vә eyni zamanda dәrin hikmәtә әsaslanır. Çünki, qeyri-mәntiqi vә zәmanәnin tәlabatına uyğun olmayan qanunlar ilahi hikmәt vә әdalәt prinsiplәri ilә tamamilә ziddiyyәt tәşkil edir. Demәk, verilmiş birinci hökm zәmanәnin tәlabatı ilә tamamilә uyğun vә dәrin hikmәtә әsaslanmışdır. Vә әgәr qanunverici mәlumatsızlıq vә ya zәmanәnin tәlabatını nәzәrә almadan sәhvә yol verәrәk zәmanә vә şәraitә tamamilә ziddiyyәtli hökmlәr verәrsә vә nәticәdә bunun necә pis nәticәlәr verdiyi aşkara çıxarsa, әvvәlki hökm nәsx olmuş olur. Vә belә olduqda başqa bir irad nәzәrә çarpır. O da nәsxin Allahın cәhl vә mәlumatsızılığından irәli gәldiyindәn ibarәtdir. Nәticәdә belә bir qәnaәtә gәlәcәyik ki, nәsx ya qanunvericinin zәmanәnin tәlabatına zidd hökm vermәsindәn vә ya zaman vә şәraitә olan mәlumatsızlığından irәli gәlir. Bir halda ki, Allah bütün eyb vә nöqsanlardan uzaq vә bu kimi xüsusiyyәtlәrdәn pak vә münәzzәhdir.

Cavab: Qanunverici (Allah) tәrәfindәn verilәn bәzi hökmlәr heç dә hәmişә icra xarakteri daşımır. Yәni bu kimi hökmlәr bәzәn insanları imtahan vә ya üzәrlәrinә düşәn vәzifәlәri tam şәkildә bәyan etmәk mәqsәdi ilә verilir. Belә olan bir halda nәsx heç bir mәnfi mәfhum kәsb edә bilmir. Çünki, hәr iki hökm (yәni hökmün qanunverici tәrfindәn verilmәsi vә sonradan onun digәr hökmlә nәsx olunması) zәmanәnin tәlabatına uyğun vә sәbәbsiz olaraq verilmәmişdir.

Demәk, belә bir nәsxin hәyata keçmәsi heç dә nә ilahi hikmәti ilә müxalif, nә dә Onun cәhlindәn irәli gәlir vә belә olduqda belә xüsusiyyәtlәrin Allah üçün qeyri-mümkün olması da heç bir mәfhum kәsb etmәyәcәkdir.

Bәzәn dә tәlabatı nәzәrә alaraq müәyyәn işlәr üçün qanun qәbul edir vә bir müddәt keçdikdәn sonra onlar hәmәn qanunverici tәrәfindәn nәsx olunur. Lakin bu heç dә o demәk deyildir ki, qüvvәdә olan ilk qanun hәmişәlik olaraq qәbul olunmuş, amma sonralar ehtiyac vә tәlabatı nәzәrә alaraq qanunverici tәrәfindәn daha mükәmmәl bәndlәrlә әvәz olunmuşdur. Belә bir şeyi qәbul etmәklә böyük bir sәhvә yol vermiş olardıq. Allah hökmü verdiyi ilk gündәn onun qısa müddәtli (müvәqqәti) olduğunu bilmiş vә müddәt başa çatdıqdan sonra onu yeni hökmlә әvәz etmişdir. Vә belә bir şәraitdә nәsx heç bir mәnfi xarakter daşımır vә belә bir cәrәyan Allahın elm vә hikmәti ilә ziddiyyәtlik tәşkil etmir. Belә bir nәticәyә gәlirik ki, «şәri nәsx» deyildikdә, qısa müddәtli qüvvәdә olacaq vә bu müddәt başa çatdıqdan sonra nәsx olunan hökmlәri nәzәrdә tutmalıyıq. Nәsxin belә bir şәraitdә hәyata keçmәsi tamamilә normal bir haldır. Çünki, zaman vә şәraitin ilahi hikmәt vә qanunlara tәsir göstәrmәsi inkarolunmaz bir hәqiqәtdir. Belә ki, bәzәn zaman vә şәrait dәyişildikdә qanunlar yenidәn әvәz olunur vә yeni qanun vә hökmlәr qüvvәyә minir. Mәsәlәn bir zamanlar «bazar ertәsi» Allah-taala tәrәfindәn hәzrәt Musa (ә)-ın davamçıları (yәhudilәr) üçün bayram (istirahәt) günü tәyin olunur. Әsrlәr, illәr keçir vә islam dini zühur edir. Şәrait vә zaman nәzәrә alınaraq cümә günü müsәlmanlar üçün bayram vә istirahәt günü kimi tәyin olunur. Vә sonralar zaman vә şәrait nәzәrә alınaraq namaz, oruc, hәcc vә dinin digәr zәruri hökmlәrindә dә müәyyәn dәyişikliklәr aparılır. Demәk, dövrün (zamanın) әvәz olunması şәri qanunların tәyin vә ya әvәz olunmasında әn başlıca meyar hesab olunur. Zaman müәyyәn dövr baxımından müәyyәn xüsusiyyәtlәrә malik olduğu kimi, çәkәcәyi müddәt baxımından da özünәmәxsus xüsusiyyәtlәrә malik ola bilәr. Belә ki, müәyyәn dövrdә adi hala çevrilmiş hәr hansı bir iş vә ya qüvvәdә olan qanun zaman vә şәrait dәyişilmәklә yeni-yeni qanun vә adәt-әnәnәlәrlә әvәz olunur.

TÖVRAT VӘ İNCİLDӘ NӘSX

Yәhudi vә mәsihilәrin ilahi qanunlarda nәsxә yol verilmәdiyinә dair gәtirdiklәri dәlillәr artıq bizә mәlum oldu. Lakin bir qәdәr әvvәl qeyd etdik ki, ilahi qanunların nәsx olunması mümkün vә adi bir haldır. Çünki, nәsx hәr hansı bir hökmün müәyyәn dövrdә qüvvәdә olmasından vә ehtiyacı ödәmәdikdә isә digәr qanunlarla әvәz olunmasından savayı bir şey deyildir. Lakin daha tәәccüb doğuran yәhudi vә mәsihilәrin nәxsin ilahi qanunlarda qeyri-mümkünlüyünü iddia etmәlәridir. Bir halda ki, biz Tövrat vә İncilin fәsillәrinin bir çoxunun nәsx olunduğunun şahidi oluruq. Sizlәri onlardan bir neçәsi ilә tanış edirik:

1. «Allah-taala Musa vә Haruna xitab edәrәk buyurur: Bәni-qәhatın sayı qәdәr, Bәni-lavi qәbilәlәrindәn vә onların ata-babaları ilә qohumluq әlaqәsi olan qәbilәlәrdәn yaşı otuzdan-әlliyә qәdәr olan şәxslәr orduya daxil olub orada hamılıqla lazımı işlәr görsünlәr»  Lakin 8-ci fәslin 23 vә 24-cü bәndlәrindә hökmün nәsx olunduğu vә orduya 25 yaşlı cavanların daxil olunması göstәrilir. Orada deyilir: Allah-taala Musaya xitab edәrәk buyurur: Bәni-lavinin qanununa әsasәn, 25 yaşlı cavanlar daxil olmalı vә orada xidmәt etmәlidirlәr. 2332-ci bәndlәrdә, hökmün ikinci dәfә nәsx olunduğu vә orduya daxil olan şәxslәrin iyirmi yaşdan ibarәt olması göstәrilir.

Bәni-lavinin iyirmi beş yaşına çatmış hәr bir cavanı orduya üzv olub Allahın evinә xidmәt etdi...

2. Әgәr sizlәrdәn biriniz Allah yolunda nәzir edә vә ya and içәrsә, ona әmәl etmәli vә әhdinә xilaf çıxmamalıdır. 

Lakin Matveyin İncildә (5-ci fәsl, 33-cü bәndlәr) and hökmünün nәsx olunduğu göstәrilir. Orada deyilir: «And içmәyiniz haqda verilәn hökmü eşitmisiniz. Allah içdiyiniz andlara hökmәn әmәl edin! Lakin mәn sizә deyirәm: Heç vaxt and içmәyin!»

3. Tövratda (21-ci fәsil 23 vә 24-cü bәndlәrdә) qisas hökmü haqda deyilir: «Әgәr başqasına zәrәr yetirәrsәnsә onun әvәzini ödәmәlisәn» Gözә-göz, dişә-diş, buruna-burun, әlә-әl, yaraya-yara vә basılmış dağ әvәzinә dağ basılmalıdır.»

Yenә dә Matveyin İncilindә (5-ci fәsil 28-29-cu bәnd) qisas hökmünün nәsx olunduğu göstәrilir. Orada deyilir: Tövratda, gözә-göz, dişә-diş qisas olaraq alılndığını eşitmisiniz. Lakin mәn sizә zülm edәnlәrә qarşı müqavimәt etmәmәyinizi әmr edirәm. Sağ üzünüzә sillә vurarlarsa, sol üzünüzü çevirin. Sizinlә dava edәrkәn әbanızın yaxasından yapışarlarsa әbanızı ona verin.

4. Sizinlә bağlayacağım әhd-peymana әmәl etmәli vә özünüzdәn sonra onu öz övladlarınıza irs qoymalısınız. «Bağlayacağım әhd-peyman kişilәrinizin xәtnә olunmasıdır.»   

Bu hökm hәzrәt Musa (ә)-ın şәriәtindә dә tәsdiq olunmuşdur.  ]

Yenә dә 12-ci fәsildә (2 vә 3-cü bәndlәr) deyilir:

«Bәni-israilә de ki: Oğlan uşağı doğan qadın yeddi gün heyz olduğu üçün nәcis hesab olunur vә sәkkizinci gün uşaq xәtnә olunmalıdır».

Bu hökmün dә kitabın 15-ci fәslindә (24-30-cu bәndlәr) [Peyğәmbәrlәrin gördüklәri işlәr, Polisin yazdığı mәktublar] nәsx olunduğunun şahidi oluruq.

«Oğlan uşaqlarının xәtnә olunması yәhudi vә mәsihi dininin davamçılarının üzәrindәn götürülür...»

5. Tövratda qadınlara tәlaq verilmәsi haqda deyilir:

Evlәndiyiniz qadınlarda xoşagәlmәz rәftar vә ya xüsusiyyәt gördükdә onlara tәlaq verib evinizdәn çıxarın. Qadın ikinci dәfә әrә gedib ondan da boşanarsa üçüncü dәfә әrә gedә bilәr. Vә әgәr onun üçün әri ölәrsә yenidәn birinci әri ilә ailә qura bilmәz.[5] Lakin İncil bu hökmü nәsx edәrәk tәlaq verilmәsini haram edir.

«Deyilir ki, zövcәsi ilә razılığa gәlә bilmәyәnlәr onlara tәlaq verә bilәrlәr. Lakin mәn sizә bu hökmü verirәm: Zinadan başqa kim öz zövcәsinә tәlaq verәrsә, onun zina etmәsinә sәbәb olur. Vә özü başqa bir tәlaq verilmiş qadınla evlәnәrsә yenә dә zina etmiş olur.»

Tәlağın haramlığına Markosun İncilindә dә (16-cı fәsil, 17-ci bәnd vә 10-cu fәsil 11-12-ci bәnd) rast gәlmәk olur.

Bu barәdә әtraflı mәlumat әldә etmәk istәyәnlәr «İzharul-hәqq» vә «Әlhuda ila dinil Mustәfa» adlı kitablara da müraciәt edә bilәrlәr.

İSLAMDA NӘSX

Müsәlmanlar arasında nәsx barәsindә heç bir ixtilaf nәzәrә çarpmır. Çünki keçmiş din vә ehkamlar mәhz islam dini tәrәfindәn nәsx olub aradan getmişdir. Hәtta onun özündә belә bәzi hökmlәr nәsx olaraq yeni qanunlarla əvəz olunmuşdur.

Məsələn: Quran, müsəlmanların üzlərini ona tərəf tutub namaz qıldıqları ilk qiblənin nəsx olunduğunu bəyan edir. Və bu hökm hər bir müsəlman tərəfindən arada heç bir ixtilaf olmadan qəbul olunur və sual doğuran məsələlərdən biri də budur ki, görəsən Quranda nəsx olunan bəzi ayələr (hökm və qanunlar) Quranın öz ayələri ilə, ya Peyğəmbər (s) buyurduqları, ya müsəlman icması tərəfindən və ya əql və təfəkkür yolu ilə nəsx olunmuşdur. Bu olduqca geniş və çox şaxəli məsələ olduğu üçün müqəddimə olaraq nəsxin neçə hissədən ibarət oluduğu haqda müxtəsər məlumat vermək yerinə düşərdi.

1. Tilavətlərdəki nəsx:

Deyilir: Ayələrdən bəziləri hal-hazırki Quran nüsxələrində mövcud olmasa və oxunmasa da şəri hökm olaraq müsəlmanlar tərəfindən icra olunur. Onlardan biri də «Rəcm» (daşqalaq) ayəsidir.

Cavab: Nəsxin bu növünə «Tilavətdəki nəsx deyilir». Burada hökmün özü deyil, ayənin oxunuşu nəsx olunmuşdur. Lakin təhrif haqda söhbət açarkən bu mətləbə işarə etdik ki, tilavətlərin (oxunuşun) nəsx olunduğunu qəbul etmək, onun təhrif olunduğunu qəbul etmək deməkdir. və bunu isə sübuta yetirəcək heç bir dəlil yoxdur. Bu barədə nəql olunmuş rəvayətlərə gəldikdə isə, onlar «vahid xəbər» formasında nəql olunmuşdur. Bu kimi mühüm mətləblər isə «vahid xəbər» formasında nəql olunmuş rəvayətlərlə isbat olunmayır. Çünki, müsəlman icması bu barədə eyni nəzər və əqidəyə malikdirlər. Quranın özü vahid xəbərlə sabit olmadığı kimi, onun nəsx olunmasını da vahid xəbərlə sübuta yetirmək qeyri-mümkündür.

Onu da qeyd edək ki, böyük əhəmiyyət kəsb edən hər bir mətləb tez bir zamanda cəmiyyətdə yayılıb bir çoxlarını özünə cəlb edir. Belə bir xəbər bir çoxları tərəfindən nəql olunur və zaman keçdikcə mütəvatirlik mərhələsinə çatır. Demək, mühüm bir hadisənin vahid xəbər formasında nəql olunması onun əsla baş vermədiyinə dəlalət edir. Və bu barədə məlumat verən şəxs nəql etdiyi rəvayətdə ya səhvə və ya yalan və iftiraya yol vermiş olur. Çünki, əgər həqiqətən əhəmiyyət kəsb etmiş olsaydı, bir çoxları tərəfindən nəql olunar və mütəvatirlik mərhələsinə çatardı.

Belə bir halda vahid xəbər halında nəql olunmuş rəcm ayəsini Quran ayələrindən biri kimi qəbul edib tilavətinin nəsx, lakin icra olunduğunu necə iddia etmək olar?

Bəli, bir qədər əvvəl qeyd etdik ki, Ömər yazılı nüsxə gətirib onun Quranın rəcm ayələrindən biri olduğunu iddia etmiş, lakin özündən başqa heç bir şahidi olmadığı üçün onu yığılmaqda olan Quranın orжinal nüsxəsinə əlavə etməmişlər. Sonralar rəcmi tilavəti nəsx, lakin hökmü icra olunan ayə kimi qələmə verilmişdir.

2. Hökm və tilavətlərin nəsxi:

Bəziləri belə bir iddia irəli sürürlər ki, Quran ayələrindən bir neçəsi müxtəlif səbəblər üzündən bəzi ayələrlə nəsx olunmuş və hal-hazırda nə onların oxunuşu, nə də digər şəri hökmlər kimi icrasına əməl olunur. Yəni onların həm tilavəti, həm də icrası nəsx olunmuşdur.

Bu nəzəriyyənin tərəfdarları «təhrif»ə dair haqqında söhbət açdığımız ayrıca fəsildə Aişədən nəql olunmuş 10-cu rəvayətə istinad edirlər.

Lakin nəsxin birinci fəslinə tutulan irad və nöqsanlar sözsüz ki, belə bir əsassız nəzəriyyəyə də şamil olunur. Belə ki, Aişədən nəql olunmuş rəvayət bizlərə vahid xəbər halında gəlib çatmışdır. Bir halda ki, Quranın mötəbərliyinə və ona dair olan hər hansı bir mətləb vahid xəbər halında nəql olunmuş rəvayətlərlə sübuta yetirilmir.

3. Hökmlərdəki nəsx:

Mübahisə doğuran məsələlərdən biri də ayələrdən bəzilərinin nəsx olunaraq digər şəri hökmlər kimi icra olunmaması (və ya icrasının qadağan olunduğu) lakin tilavət zamanı digər ayələr kimi oxunmasıdır. Alim və müfəssirlərin əksəriyyəti nəsxin bu növünü qəbul etmiş və Əbu Cəfər Nəhas, Hafis Müzəffər Farsi kimi bəzi görkəmli alimlər bu barədə ayrıca kitablar təlif etmişlər. Və eyni zamanda təhqiqatçıların və Quran mütəxəssislərinin bir çoxu bu nəzəriyyəni qətiyyətlə rədd edərək Quran ayələrindən birinin də olsun nəsx olunmadığını isbat etməyə cəhd etmişlər.

Lakin diqqət yetirmək lazımdır ki, alim və təhqiqatçılar arasında ayələrin bəzilərinin nəsx olunub-olunmaması haqda fikir ayrılığı olsa da, keçmiş dinlərin hətta islam dininin zühur etdiyi dövrlərdə qüvvədə olan qanun və hökmlərin nəsx olunduqları haqda bir-birləri ilə əsla müxalif deyillər.

NƏSX

Daha dəqiq nəzəriyyə əldə etmək üçün müəyyən izahatlar verməyi özümüzə zəruri hesab edirik:

Hər-hansı bir hökmün Qurandkı daimi hökmlər aşağıdakı hallarda nəsx oluna bilər.

1. Quranın daimi hökmlər Peyğəmbər (s) və məsum İmamlar (ə) tərəfindən nəql olunmuş mütəvatir hədis və rəvayətlərlə nəsx olunmuş olsun. Belə bir nəsxin əql və nəql olunmuş rəvayətlər baxımından heç bir nöqsanı yoxdur. Və əgər sabit olunarsa təxirə salınmadan icra olunmalıdır, yox əgər sünnə və nəql olunmuş mütəvatir rəvayətlərdə həmçinin icmada öz əksini tapmazsa nəsx hesab olunmayır, çünki nəsx vahid xəbər halında nəql olunmuş rəvaytlərlə sabit olunmur.

2. Mövzu baxımından tamamilə eyni olan ayələr:

3. Zahiri baxımdan deyil, bəlkə daşıdığı məna baxımından nəsx olunmuş ayələrlə ziddiyyət təşkil edən ayələr:

Araşdırmalar göstərir ki, Quranda bu kimi nəsx hallarına rast gəlmək olmur. Ona görə ki, Quran bu kimi ixtilaf və ziddiyyətləri özündən dəf edir. Belə ki, Nisa surəsinin 82-ci ayəsində buyurulur:

«Onlar Quran barəsində [onun Allah kəlamı olması haqqında] düşünməzlərmi? Əgər o Allahdan qeyri tərəfindən olsaydı, əlbəttə onda çoxlu ziddiyyət, ixtilaf, uyğunsuzluq tapılardı.»

Alim və müfəssirlərin bir çoxu ayələrin həqiqi (batini) mənalarına lazımı diqqət yetirmədikləri üçün belə bir qənaətə gəlmişlər ki, Quranın bəzi ayələrində müəyyən ixtilaf və ziddiyyət mövcuddur. Bu qənaətə gəlməklə sonradan nazil olunmuş ayələri ilk dövrlərdə nazil olmuş ayələri nəsx etdiyini təsəvvür etmişlər. Belə bir yanlış qənaətə gəlməklə alimlərin bəziləri, hətta ümumiyyət və xüsusi, məhdud və qeyri-məhdud xarakteri daşıyan və bir-birlərini təfsir edən iki ayə arasında ixtilaf və ziddiyyətin mövcud olduğuna dair müxtəlif fikir və mülahizələr irəli sürmüşlər.

Əlbəttə belə bir qənaətə gəlməyin əsas səbəbi nəsx sözünün lüğəvi mənasını lazımınca araşdırmamaq və səhlənkarlıq üzündən baş verir.

Belə isə nəsx nəzəriyyəsinin tərəfdarlarının irəli sürdükləri fərziyyələrə son qoymaq üçün bu kimi ayələri diqqətlə araşdırmalı və şəriət hökmlərinin sübuta yetirilməsində istifadə olunmalıdır.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İslam dinində Qədir Xum bayramının həqiqəti
9-cu imamımızın şəhadəti münasibəti ilə başsağlığı veririk
Allahın saleh bəndələri namazı belə qılırdılar
Quranda şirk (Allaha şərik qoşmaq)
NӘSXİN MӘ᾽NASI
Məb`əs bayramınız mübarək ABNA bu bayramı münasibəti ilə sizə təbrik deyir
Həzrət Əbülfəzl-Abbasın (ə) şəhadəti!
Düşmənlərin İslama qarşı ədavəti
Həzrət Məsumənin (ə.s) fəzilətləri
Peyğəmbərin (s) möcüzəsi

 
user comment