Cavab: Paxıl –o kəslərə deyilir ki, ıxtiyarında olan maldan yalnız özü istifadə edib başqalarına verməz.
Ləim- o kəslərə deyilir ki, ixtiyarında olan maldan nə özü istifadə edir nədə başqalarına verər. Belə bir mənfi xüsusiyyət o həddə çatır ki,hətta başqasının belə hər hansı bir şeyi başqa birisinə verməsini istəməməz.
Biharul-ənvar da nəql olunan rəvayətlərədən birində deyilir: Günlərin biri Əli (ə) bir şəxsə doqquzyüz kiloya yaxın xurma verir. Orada olan başqa birisi ona deyir: Bu qədər xurma onun üçün olduqca çoxdur. İmam Əli (ə) cavabında buyurur: Allah-Təala sənin kimi şəxslərə camaat arasında çox etməsin. Bir halına bax , verən mən paxıllıq edən isə sən.
Səxi (səxavətli)- o kəslərə deyilir ki, ixtiyarında olan maldan həm özü istifadə edər , həmdə başqalarına verər.
Kərim- o kəslərə deyilir ki, özü yemir əvəzində başqalarına yedizdirir.
************