Azəri
Thursday 18th of July 2024
0
نفر 0

Sual 75: Dirayətlə rəvayət arasındaki fərq nədən ibarətdir? Hədislər neçə hissəyə bölünürlər?

 

 

Cavab:Rəvayət hədisin nəql olunmasına , dirayət isə nəql olunan hədisin məna və məfhumunun başa düşülməsinə, onun mötəbər və sənəd baxımından mötəbər və məqbul oluba-olmamasını üzə çıxarılmasına deyilir.

Hədislər isə aşağıdaki hissələrə bölünürlər.

Mütəvatir xəbər- o həsilərə deyilir ki, onların nəql edən şəxslərin yalan danışmaqlarına və hədis saxtalaşdırmalarına ehtimal verilməsin. Onların verdikləri hər bir xəbər dinləyicinin yalnız doğru  məlumat əldə etmələrinə səbəb olur.

Vahid xəbər- İstər bir nəfər tərəfindən olsun , istərsə də bir neçə nəfər tərəfindən nəql olunmuş , lakin mütəvatirlik həddinə çatmayan hədislərə deyilir. Və onun özü də bir neçə hissəyə bölünür ki, onlardan biri də mustəfiz hədislərdir.Yəni, o hədislər ki, onu nəql edən şəxslərin sayı hər məntəqədə çoxluq təşkil edir. Lakin bir çoxlarının dediklərinə görə mustəfiz hədislər o hədislərə deyilir ki, onu nəql edən ravilərin sayı hər məntəqədə üç nəfərdən artıq olmasın. Deməli, üç və ya daha çox şəxs tərəfindən nəql olunan hədis mustəfiz hədis adlanır. Vahid hədislərdən biridə səhih hədislərdir.

Səhih hədislər isə- o hədislərə deilir ki, hədisin sənədi məsum imamlara çatmış olsun  və onların nəql edən ravilərin hamısı adil  olmalı və on iki imamı qəbul etməlidir.

Həsən  hədislər-o hədislərə deyilir ki, onların sənədi məsum imamlara çatsın və onların ədaləti sübuta yetməsədə insanlar arasında tərif olunsunlar.

Müvəssəq hədis- o hədislərə deyilir ki, onların sənədi məsum imamlara çatsın və və onların nəql edən ravilərin arasında məsum imamları qəbul etməyən şəxslər olmasada  hamılıqla etibarlı şəxslər olsunlar.

Zəif hədis- o hədislərə deyilir ki, həsən , səhih və müvəsssəq  hədislərin xüsusiyyətlərinə malik olmasın. Zəif  hədislərin özləri də bir neçə hissəyə bölünür ki,onlardan biri də moquf hədislərdir. Bu dəstəyə aid olan hədisləri nəql edən şəxslər məsum imamlara deyil, onlarala ünsiyyətdə olan şəxslərdir.

Hədis məqtu’-  o hədislərə deyilir ki , onları nəql edən şəxslər tabeinləri görmüş olsunlar. Tabeinlər isə məsum imamları yox,  onlarla ünsiyyətdə olan şəxsləri görənlərə deyirlər.

Muzmir hədis- o hədislərə deyilir ki, onları nəql edən şəxslərın adı məsum imamların adları ilə sona çatmır.

Mu’zəl hədis- o hədislərə deyilir ki , onları nəql edən şəxslərin ikisinin və ya daha çoxunun adı bəlli olmasın.

Mursəl hədis- o hədislərə deyilir ki, onları nəql edən şəxslərın bir neçəsinun və ya bütünlüklə hamısının kimliyi bəlli olmasın. Mursəl hədislərin özünün də bir neçə növləri vardır ki , bu barədə dirayət elmində ətrafl məlumat verilmişdir.

                                     ************

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Sual:45. Elm, əql və dini necə tərif edirsiz? Onların arasında hansı təzad və ...
Ər- rəhman surəsinin 33 cü ayəsində fövqəladə güc və sultandan məqsəd ...
Sual 45: Qeyd olunan ayədən belə bir məna da əldə etmək olur ki,peyğəmbərləri ...
Cənabət qüsulu nədir və necə alınmalıdır?
Ayətullah Məkarim Şirazinin Hicab məhbusları haqda suala cavabı
Sual: 12. Həqiqətin qəbuluna tələsməyənlərlə necə rəftar edək?
Müalicədən ötrü xanımlar olan baseyndə çimmək olarmı?
Sual 72: Qulaq asmaqla eşitmək arasında nə kimi fərq vardır?
Sual 41: Bərzəx aləmində min il əvvəl dünyasını dəyişmiş şəxslərlə bu ...
Sual: 19. Kilsə hakimiyyəti ilə İslam hakimiyyəti arasında hansı fərqlər var?

 
user comment