Azəri
Thursday 18th of July 2024
0
نفر 0

Sual 76: Həsədlə qibtə arasındaki fərq nədən inarətdir?

 

 

Cavab: İnsan Allahın başqa birisinə yeni nemət bəxş etdiyini eşitdikdə özündə iki müxtəlif hiss keçirməyə başlayır. Onlardan birinə həsəd , digərinə isə qibtə deyilir.

Həsəd- ona deyilir ki insan başqa birisinin nemət əldə etidiyindən narahat olub onun həmin nemətdən məhrum  olmasını istər. Deməli, həsəd başqa birisinin nemət əldə etməsindən narahat olmaq və həmin şəxsin əldə etdiyi nemətdən məhrum olması deməkdir.

Qibtə- Həsədin əksinə olaraq insan başqa birisinin nemət əldə etdiyinə əsla narahat olmur və onun həmin nemətdən məhrum olmasını da istəmir , sadəsə olaraq başqalarında olduğu kimi o nemətin özündə də olmasını istəyir.

   Peyğəmbər (s)-dan nəql olunan rəvayətlərdən birində deyilir: Mömin qibtə edər münafiq isə həsəd.

Həsədin özü isə dörd hissəyə bölünür.

1- Özünə heç bir zərəri olmasa belə başqalarının əldə etdikləri nemətlərdən məhrum olmalarını istər. Bu həsədin ən pis növlərindəndir.

2-Özünə nəsib olsun deyə başqalarının əldə etdikləri nemətlərdən məhrum olmalarını istər. Məsələn, başaq birinin gözəl evi və ya həyat yoıdaşı olduğunu görüb onlara özünün sahib çixmasını həmin şəxsin isə ondan məhrum olmasını istər. Həsədin bu növünə də ən pis insani xüsusiyyətlərdəndir. Allah-Təala Qurani-Kərimdə bu haqqda buyurur:

وَلَا تَتَمَنَّوْا مَا فَضَّلَ اللَّهُ بِهِ بَعْضَكُمْ عَلَى بَعْضٍ

(Allahın (maddi, yaxud mənəvi cəhətdən) birinizi digərindən ütün tutduğu (birinizə digərinizdən artıq verdiyi) şeyi (özünüzə) arzulamayın.)(Nisa/32)

3- Başqalarının ixtiyarında olanın özünün deyil, onun kimisinə sahib olmasını istər , lakin ona sihib ola bilmədikdə başqalarının da həmin şeydən məhrum olmasını istər ki , onunla bərabər olsun . Bəzi hallarda isə əldə edə bilmədikdə nə yol ilə olursa olsun başqalarının əlindən almaq istər.

4- Üçüncü xüsiyyət kimidir , lakin burada ağıl və imanının hökmünə tabe olaraq əldə edə bilmədiyi təqdirdə başqalarına qarşı zor tətbiq edib onlardan almağa səh etməz. Əksinə öz nəfsinə qəzəblənər və bu işdən uzaq olmağa çalışar. Bu kimi şəxslərin şeytani vəsvəsələrdən nicat tapmalarına ümid etmək olar. Onlar öz nəfslərini danlaq atəşinə tuta bildikləri üçün Allahın rəhmət və mərhəmətinə qovuşa bilərlər. Bu barədə ətraflı məlumat əldə etmək istəyənlər əxlaq kitablarına müraciət edə bilərlər.

    Lakin burada qeyd etməli olduğumuz məsələlərdən biridə əksər hallarda iltifat mövzusu olmayan qibtəyə yalnız o zaman yol verilir ki , həsəd mərhələlərindən heç birinə səbəb olmasın. Əksər hallarda isə istənilməsə də buna yol verilir. Çünki , insan başqa birisində gördüyü nemətə malik olmaq istədikdə əgər istəyinə nail olarsa buna razı olur, nail  olmadıqda isə nəfsani meylinə tabe olaraq paxıllıq və həsəd özündən onun da həmin nemətdən məhrum olmasını arzulayır ki, onun səviyəsində olsun. Çünki, insan nəqədər ki öz nəfsinə hakim olmayıb başqasının ondan önə keçməsini görməyə tab gətirə bilmir. Belə olduqda isə qeyd olunan üçüncü və dördüncü növlərə aid olur. Belə bir  ruhi xəstəlikdən yalnız o kəslər yaxa qurtara bilir ki, Allah paxıllıq və xəbisliyin köklərini onların qəlblərində qoparıb atsın və onları öz razılıq məqamına çatdırsın. Və şübhəsiz ki, bu kimi şəxslə heç vaxt İlahi qəza və qədərə qarşı çıxmazlar.

                                       ************

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Sual:45. Elm, əql və dini necə tərif edirsiz? Onların arasında hansı təzad və ...
Ər- rəhman surəsinin 33 cü ayəsində fövqəladə güc və sultandan məqsəd ...
Sual 45: Qeyd olunan ayədən belə bir məna da əldə etmək olur ki,peyğəmbərləri ...
Cənabət qüsulu nədir və necə alınmalıdır?
Ayətullah Məkarim Şirazinin Hicab məhbusları haqda suala cavabı
Sual: 12. Həqiqətin qəbuluna tələsməyənlərlə necə rəftar edək?
Müalicədən ötrü xanımlar olan baseyndə çimmək olarmı?
Sual 72: Qulaq asmaqla eşitmək arasında nə kimi fərq vardır?
Sual 41: Bərzəx aləmində min il əvvəl dünyasını dəyişmiş şəxslərlə bu ...
Sual: 19. Kilsə hakimiyyəti ilə İslam hakimiyyəti arasında hansı fərqlər var?

 
user comment