Sual 78:Allah-Təala həzrəti Musa (ə) möcüzələrinin vasitəsilə Öz hüccət və dəlilini İsrail övladlarına tamamladıqdan sonra yəhudilərdən Samiri adlı bir şəxs toplanılan qızıllardan buzov düzəldərək ondan səs çıxarmağa nail olur. Müsa (ə) məöcüzələr göstərdiyi kimi Samirinin də düzəltdiyi buzov adı camaat tərəfindən heyrətlə qarşılanır və bir çoxları onun gördüyü işə oxşar işlər görə bilmədikləri üçün bunun möcüzə və ya sehr olduğunu anlaya bilmir. Belə olduğu bir halda nə üçün Allah-Təala Həzrəti Cəbrail (ə)-mın atının ayaqları altındaki torpaqda elə bir təsiredici xüsusiyyət qərar verdi ki , bu da bir çoxlarının təkallahlıqdan uzaq düşməsinə səbəb olu? Ümumiyyətlə Samiri atın ayağının altındaki torpağın belə bir təsiredici xüsusiyyətə malik olduğunu haradan və necə başa bilmişdi?
Cavab: Samirinin gördüyü iş xariqüladə iş deyil, adı sənətkarlıq olmuşdur. Belə ki , qızılı əridib və ondan buzov heykəli düzəltdikdən sonra havanın bir tərəfindən girib o biri tərəfindən çixmaqla buzov səsinə oxşar səs çıxarmaq heçdə qeyri mümkün olan iş deyil. Necə ki, indinin özündə də adi divar və ya mizüstü saatlarda da saat tamam olduqda xoruz , sərçə səsələri çıxarır və ya azan sədası verilir. Bu kimi işlər adi insanlar tərəfindən görünür və başqalarının da buna oxşar işlər görməsi mümkündür. Lakin Musa (ə)-mın Allahın izni ilə adı əsadan canlı ilan yaratması xariqüladə bir iş olmuş və kimsə buna oxşar hər hansı bir iş görə bilməmişdir. Başqa sözlə desək elm və sənət nəqədər inkişaf edirsə etsin insan övladı buna oxşar hər hansı bir görmək iqtidarında deildir.
Amman o ki qaldı camaatın Samirinin gördüyü işin sehr olub-olmamasını müəyyən edə bilmələrinə bunu müəyyən etmək bi o qədərdə çətin məsələ olmamışdır. Çünki, Samiri əli ilə düzəltdiyi qızıl buzovu İlahiləşdirmiş və camaatı ona pərəstiş etməyə dəvət etmişdir. Elə bir varlığa ki , onun onlara nə bir xeyiri olmuşdur nədə bir zərəri.
وَلَا يَمْلِكُونَ لِأَنفُسِهِمْ ضَرّاً وَلَا نَفْعاً
(Özlərinə nə bir zərər vardır , nə də bir xeyiri)(Furqan/3)
Amma o ki qaldı həzrəti Cəbrailin Firnun dənizdə batdığı gün insan surətində atın üzərində görsənməsinə və atının ayaqları altındaki torpağın cana gəlməsinə bu mümkün olan hallardandır. Belə ki , nəql olunan rəvayətlərdən belə məlum olur ki , Həzrəti Musa (ə) hələ hadisə baş verməzdən əvvəl bu barədə xəbər vermiş və Firon dənizdə batdığı gün Samiri Cəbrailin atının ayaqları altındaki torpağın hərəkətə gəldiyini görmüş və bir miqdar ondan götürərək özü ilə saxlamış və buzovu düzəltiyi gün həmin torpaqdan əridilmış qızılın içinə tökmüş və bundan sonra heykəli qurtardıqdan sonra onadan buzov səsini çıxara bilmişdir.
Samirinin Cəbrailin atının ayaqları altındaki torpaqdan götürüb sonradan ondan istifadə etməsinə və Allahın bunu qarşısını almamasına gəldikdə isə bunu deyə bilərik ki , bundan məqsəd Allah-Təalanın İsrail övladlarını layiq olduqları cəzaya məhkum etmək daha dəqiq desək Öz köməyini onlardan əsirgəməsi olmuşdur. Belə ki, İsrail övladlarının azqınlıqları o həddə gəlib çatmışdı ki, Musa (ə) mın təkallahlıq təlimlərinə heç bir məhəl qoymadan ondan bütpərəstlər tək pərəstiş etmələri üçün onlara tanrı seçməsini tələb etmiş və bu işdə son dərəcə israrlı olmuşlar. Bir sözlə İsrail övladları Musa (ə)-mın saysız-hesabsız möcüzələrini görmələrinə baxmayaraq yenədə itaətsizlik etmiş və bütpərəstliyə üz tutaraq İlahi imtahanla qarşı-qarşıya qalmışlar.
************