Azəri
Friday 6th of December 2024
0
نفر 0

Gecələr ibadət etmək.



Müstəhəb əməllərin əsaslarından üçüncüsü olan və insanının imanının artmasında böyük rol oynayan əməllərdən biri də gecələr Allaha ibadət etməkdən ibarətdir.

İnsan gərək gecələr az da olsa belə Allahla xəlvətlikdə münacat etməli və Ona ibadət etməlidir ki, imanı artsın. Bu müstəhəb əməl insanda çox böyük və dərin təsir qoyur. Çünkin insan gündüzlər gəzib dolanır, cürbəcür günahlarla qarşılaşır və insanda olan heyvani xüsusiyyətlər, şəhvət onun ruhunu çirkləndirir. Lakin gecə yarısı sübh azanından əvvəl insana xüsusi bir hal-əhval və xoş ruhiyyə gəlir. Həmin anlar insanın sakitlikdə və xəlvətlikdə hüzuri-qəlblə riyasız olaraq Allah qarşısında durub ibadət etməsi insanı təkamülə çatmağa böyük köməklik göstərir. Böyük şair, həm də böyük alimlərdən biri olan Moləvi deyir. “Yağışın suyu göydən pak və təmiz bir halda yerə tökülərək yeri dirildir, lakin özü çirklənir. Onun yenidən təmizlənib pak olması üçün buxara dönüb göyə qalxması lazım gəlir. Əgər yağışın suyu yenidən buxar olub göyə qalxaraq bulud şəklinə düşərsə, təmizlənib pak olar. O su paklanıb təmiz olduqdan sonra yenidən yerə enərək bütün canlılara həyat bəxş edir.”

Bu böyük alim bu ibarə ilə demək istəyir ki, insana beş vaxt vacib olan namaz da insanı ruhi çirkinliklərdən təmizləyir. Çünki insanda ruh tez-tez çirklənir. Ruhun təmizliyi üçün də insana beş vaxt namaz təyin olunmuşdur. Əgər insan ruhunu tez-tez təmizləməzsə onun ruhu çirkinlik nəticəsində məhv olar. Məsələn, bir nəfər aşbazlıq sənətinə adət edir və onun peşəsi mətbəxdə müxtəlif yeməklər bişirməkdir. O yemək hazırlamaq üçün müxtəlif ərzaqlardan istifadə edir və hər ərzaqı doğrayıb hazırladıqdan sonra əllərini tez-tez sabunla yuyur ki, əllərindən iy gəlməsin. Əgər əllərini tez-tez yumasa doğradığı soğan, ət və s. ərzaqların iyi əlindən getməyəcək. İnsanın ruhu da tez-tez çirklənir və onun təmizlənməsi üçün də Allah-təala gündə beş dəfə namaz qılmağı əmr etmişdir. insan hər dəfə namaz qıldıqca göylərə qalxaraq təmizlənib yerə qayıdır. Bu barədə Həzrət Peyğəmbər buyurmuşdur: “Namaz möminin meracıdır”

Buna əsasən də insanın ruhunun təmizliyi üçün namaz ən gözəl amildir. Xüsusilə gecələr yuxudan durub namaz qılmaq insanın ruhunun təmizlənməsində daha böyük rol oynayır. Allah-təala gecələr ibatət etməyin barəsində İsra surəsinin 79-cu ayəsində buyurur:

وَمِنَ اللَّيْلِ فَتَهَجَّدْ بِهِ نَافِلَةً لَّكَ عَسَى أَن يَبْعَثَكَ رَبُّكَ مَقَامًا مَّحْمُودًا

“(Ya Məhəmməd!) Gecənin bir vaxtı durub ancaq sənə xas olan əlavə namaz qıl. Ola bilsin ki, Rəbbin səni (qiyamət günü hamı tərəfindən) bəyənilib təriflənən bir məqama (axirətdəki ən böyük şəfaət məqamına) göndərsin!”

Qeyd etmək lazımdır ki, müstəhəb olan nafilə namazları Həzrət Peyğəmbərə(s) vacib olunmuşdur. Qeyd olunan ayədə Allah-təala Öz peyğəmbərinə gecə yarsı əlavə namaz qılmağı sifariş etmişdir. Çünki bu əməllə Həzrət Peyğəmbər(s) bəyənilmiş (məhmud) bir məqama çatmışdır.

Ümumiyyətlə gecə yarısı durub namaz qılmaq insanı təkamülə çatdırar və insanın qəlbini ağardar.

قَالَ رَسُولُ اللهِ(ص): من اطاب لكلام و اطعام الطعام و صلى باليل و الناس نيام

Həzrət Peyğəmbər(s) buyurur: “Sizlərin ən yaxşısı öz dilinə sahib olan (dilini günahlardan qoruyan), ac insanlara yemək verən və camaat yuxuda olan zaman namaz qılan şəxsdir.”

قَالَ الصَّادِقُ(ع): لا تدع قيام الليل فإن المغبون من حرم قيام الليل

İmam Sadiq(ə) buyurur: Gecə namazı qılmağı unutma. Həqiqətən gecə namazından məhrum olan kəs məğbundur (ziyan çəkənlərdəndir). 

قَالَ رَسُولُ اللهِ(ص): من صلى بااليل حسن وجهه بالنهار

Həzrət Peyğəmbər(s) buyurur: “Gecələr namaz qılan şəxsin siması gündüzlər nurani olar.”

Burada qeyd etmək lazımdır ki, gecə namazının bir xüsusiyyəti vardır. Gündüzlər günah edən insan gecə namazı qılmağa müvəffəq olmur. Çünki günahlar onu gecə namazı qılmağa maneəçilik törədir.

Bir nəfər Həzrət Əlinin(ə) hüzuruna gəlib dedi: Ya Əmirəl-möminin, mən gecə namazı qılmaqdan məhrum olmuşam.

İmam buyurdu: “Sən elə bir insansan ki, günahlar sənin əllərini qandallayıb (və səni gecə namazı qılmaqdan məhrum edib).

Həzrət Peyğəmbər(s) imam Əlinin(ə) etdiyi vəsiyyətlərin birində belə buyurur:

أصيك و نفسى بخصال فاحفظها... و عليك بصلوة الليل و عليك بصلوة الليل و عليك بصلوة الليل

“Ya Əli! Sənə bir neçə xisləti tövsiyə edirəm ki, onları həmişə qoru.” Həzrət Peyğəmbər(s) bir neçə vəsiyyət etdikdən sonra buyurdu: “Sənə gecə namazı qılmağı tövsiyə edirəm! Sənə gecə namazı qılmağı tövsiyə edirəm! Sənə gecə namazı qılmağı tövsiyə edirəm!”

Buna əsasən də insan gecələr Allaha ibadət etməyi və gecələr durub namaz qılmağı öz həyati proqramlarına salması daha mühüm işlərdən sayılır.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

KƏLAM MƏKTƏBLƏRİ
AXIRӘT ӘZABI
İBTİDAİ DİNLƏR (2)
DÜNYAYA BAĞLILIQ ƏQLƏN VƏ ŞƏRƏN MƏZƏMMƏT OLUNMUŞ, PİSLƏNMİŞDİR
Şükür - ürəkdə təvazökarlıq, dildə təsbih və əməldə itaət
İslаm pеyğәmbәri (s) buyurur:
HÜRRÜN TƏRAVƏTLİ CƏSƏDİ VƏ BAŞINDAKI DƏSMAL
YOL VӘ ÜSLUBLAR
SUİ-ZƏNN VƏ BƏDBİNLİYİN İCTİMAİ ZƏRƏRLƏRİ
HİNDUİZM (5)

 
user comment