Azəri
Friday 10th of January 2025
0
نفر 0

TƏQLİDİN HÖKÜMLƏRİ



1- Sual: Ailənin böyüyü, ailə üzüvlərini öz seçmiş müctehidinə təqlid etməyə məcbur edə bilərmi?

Cavab: Hər şəxs təqlid məsələsində gərək öz şəri təklifinin əsasında əməl etsin və başqalarının məxsus bir şəxsə təqlid etməyə məcbur etməsi düzgün deyil.

2- Sual: Bir şəxs ailəsinin mərcəyi təqlidinə axtarışsız təqlid edib, belə bir şəxsin hökmü nədir?

Cavab: Əgər ailəsinin bu barədəaxtarışının düzgün olmasına inanaraq ələm mərcəyi təqlidi müəyyən edibdirsə, eybi yoxdur; amma əgər belə deyilsə, axtarışdan sonra ələm mərcəyə təqlid etməlidir.

3- Sual: Risalədə gələn "əqva", "uzaq deyil" və "zahir budur" kimi ifadələrin fərqi varmı?

Cavab: Baxmayaraq ki, yuxarıdakı ibarələrin fiqhi baxımdan bir- biri ilə fərqləri var, amma təqlid edən üçün hamısı fətva hökmündədir. Onların hamısına əməl etməlidir.
TƏHARƏT[1] VƏ NƏCASƏTİN HÖKÜMLƏRİ

4- Sual: Xalça nəcis olub, amma unutmuşuq onun hansı tərəfi nəcis olub, rutubətli ayaq ilə onun üzərində yol getdikdə, ayağımız nəcis olur?

Cavab: Əgər sizin rütubətli ayağınızın xalçanın nəcis olan yerinə dəyməsinə, yəqininiz yoxdursa, pak hökmündədir.

5- Sual: Sənətli alkol və ağ spirt pakdır?

Cavab: Əsli maye olan məstedicidın hazırlanmayıbsa, və ya bunda şəkkiniz varsa, pakdır.

6- Sual: Milçək ya başqa həşəratlar bir nəcis şeyin üstündən qalxıb başqa bir yerdə oturduqda, oturduğu yerin nəcis olmağına səbəb olurmu?

Cavab: Əgər nəcasətin eyninin– özünün o heyvanla birlikdə pak yerə köçməsinə yəqininiz yoxdursa, pak hökmündədir.

7- Sual: Əliallahıların hökmü nədir?

Cavab: Hər bir şəxs həzrəti Əlini (ə), Allah və ya Allahın şəriki bilsə, yaxut dinin zərurətlərini inkar etsə, kafir və nəcisdir.

8- Sual: Üz tükü öz kökü ilə qopduqda, pakdır ya nəcis?

Cavab: Pakdır.

9- Sual: Toyuq yumurtasının içindəki qanin hökmü nədir?

Cavab: Əgər qan yumurtanın sarısında olarsa, onun ağı pakdır, amma əgər qan ağında olsa, vacib ehtiyata əsasən yumurtadan qorunmaq lazımdır.
DƏSTƏMAZIN HÖKÜMLƏRİ

10- Sual: Azandan qabaq dəstəmaz alıb, sonra həmin dəstəmaz ilə namaz qılmaq olarmı?

Cavab: Təharət qəsdi ilə dəstəmaz almaq müstəhəbdir. Bu qəsd ilə namazın vaxtından qabaq dəstəmaz almaq və namazın vaxtı daxil olandan sonra, həmin dəstəmaz ilə namz qılmaq olar.

11- Sual: Dəstəmazdan qabaq dəstəmaz üzüvlərinin quru olmağı zəruridirmi?

Cavab: Dəstəmaz alandan qabaq əllərin və üzün quru olmağı lazım deyil, amma məsh yerləri quru olmalıdır və əgər yaş olarsa, yaşlığı o qədər az olmalıdır ki, məshin rutubətliyi ona qələbə etsin.

12- Sual: Quran oxunması üçün alınmış dəstəmaz ilə namaz qılmaq olarmı?

Cavab: Bəli, alınan dəstəmaz batil olmayıbsa, namaz və təharətə ehtiyacı olan hər bir əməli yerinə gətirmək olar.

13- Sual: Dəstəmaz aldıqda protez əli yumaq, və süni ayağa məsh etmək lazımdır?

Cavab: Dəstəmazda protez əli yumaq, və süni ayağa məsh etmək lazım deyil.

14- Sual: Bəzi vaxtlarda dəstəmazdan sonra dəstəmazın batil olmasında şəkk edirəm, mənim vəzifəm nədir?

Cavab: Şəkkə etina etməyin. Dəstəmazın batil olmasına yəqin tapmayıbsızsa təharət hökmü varınızdır. Həmçinin dəstəmaza ehtiyacı olan əməlləri yerinə gətirə bilərsiniz.

[1] - Dini baxımdan paklığa deyilir.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Sual 56:Vəlimə ilə vəkirə arasındaki fərq nədən ibarətdir? Hubvə nə deməkdir?
Təqlid hökümləri
MÜSAFİR NAMAZININ HÖKÜMLƏRİ
QURANİ-KƏRİMİN «NÜMUNƏ» TƏFSİRİ ƏSASINDA -2
Sual 80:Dini rəhbərlik və onun əhəmiyyəti barədə nə deyə bilərsiniz?
QÜSLÜN HÖKÜMLƏRİ
Sual: 2. Deyin görək din insan üçündür yoxsa insan din üçün
ŞİRKƏTİN HÖKÜMLƏRİ
Salam! Men namazları birlesdirib qılmaq isteyirem. Esitmisem ki, zohr namazini ...
İnterntdə kibersport oynayıb pul udmaq olarmı?

 
user comment