Azəri
Thursday 26th of December 2024
0
نفر 0

AXIRӘT ӘZABI

Axirət dünyasının cəzalarının günahlarla daha sıx təkvini əlaqəsi vardır. Axirətdə əməllə cəza arasındakı əlaqə, nə birinci növ cəzalar kimi şərti və nə də ikinci növ cəzalar kimi səbəb-nəticə əlaqəsidir, əksinə bu əlaqə onlardan da bir dərəcə artıqdır. Burada «eynilik» və «birlik» əlaqəsi hakimdir. Belə ki, axirətdə yaxşı və ya pis iş görənlərə mükafat və ya cəza şəklində verilən əvəzlər, əməlin özünün cilvəsi və təzahürüdür.

Qur`ani-kərim belə buyurur:

يَوْمَ تَجِدُ كُلُّ نَفْسٍ مَّا عَمِلَتْ مِنْ خَيْرٍ مُّحْضَرًا وَمَا عَمِلَتْ مِن سُوَءٍ تَوَدُّ لَوْ أَنَّ بَيْنَهَا وَبَيْنَهُ أَمَدًا بَعِيدًا وَيُحَذِّرُكُمُ اللّهُ نَفْسَهُ وَاللّهُ رَؤُوفُ بِالْعِبَادِ

«O gün (qiyamət günü) hər kəs etdiyi yaxşı və pis əməlləri, qarşısında hazır görəcək və günahları ilə özü arasında çox uzaq məsafə olmasını arzulayacaqdır...» (Ali Imran-30).

Digər bir yerdə isə belə buyurur:

وَيَقُولُونَ يَا وَيْلَتَنَا مَالِ هَذَا الْكِتَابِ لَا يُغَادِرُ صَغِيرَةً وَلَا كَبِيرَةً إِلَّا أَحْصَاهَا وَوَجَدُوا مَا عَمِلُوا حَاضِرًا وَلَا يَظْلِمُ رَبُّكَ أَحَدًا

«...Onlar (dünyada) etdikləri bütün əməllərin (öz qarşılarında) hazır durduğunu görəcəklər. Rəbbin heç kəsə haqsızlıq etməz... «(Kəhf-49).

Zilzal surəsinin 6-8-ci ayələrində isə belə buyurur:

يَوْمَئِذٍ يَصْدُرُ النَّاسُ أَشْتَاتًا لِّيُرَوْا أَعْمَالَهُمْ فَمَن يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ خَيْرًا يَرَهُ وَمَن يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ شَرًّا يَرَهُ

«O gün insanlar əməllərinin özlərinə göstərilməsi üçün (qəbrlərindən məhşərə) dəstə-dəstə çıxacaqlar!... Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onun xeyrini görəcəkdir. Kim zərrə qədər pis iş görmüşdürsə, onun zərərini görəcəkdir.»

Bə`zi təfsirçilərin son nazil olmuş ayə saydıqları aşağıdakı ayədə isə belə buyurur:

وَاتَّقُواْ يَوْمًا تُرْجَعُونَ فِيهِ إِلَى اللّهِ ثُمَّ تُوَفَّى كُلُّ نَفْسٍ مَّا كَسَبَتْ وَهُمْ لاَ يُظْلَمُونَ

«Allaha tərəf qayıdacağınız gündən qorxun! (O gün) hər kəsə gördüyü əməlin əvəzi veriləcək və (haqsız yerə) zülm olunmayacaqdır.» (Bəqərə-281).

Qur`anın yetim malı yemək barəsindəki tə`biri isə belədir:

إِنَّ الَّذِينَ يَأْكُلُونَ أَمْوَالَ الْيَتَامَى ظُلْمًا إِنَّمَا يَأْكُلُونَ فِي بُطُونِهِمْ نَارًا وَسَيَصْلَوْنَ سَعِيرًا

«Həqiqətən yetimlərin mallarını haqsızlıqla yeyənlərin yedikləri qarınlarında oda çevriləcək və onlar (qiyamətdə) alovlu Cəhənnəmə girəcəklər.» (Nisa-10).

Yə`ni yetim malı yemək eynilə od və atəş yeməkdir. Amma onlar bu dünyada olduqları üçün, bunu başa düşmürlər, bədən pərdəsi aradan götürüldükdən və bu dünyadan çıxan kimi od tutub yanacaqlar.

Qur`ani-kərim iman əhlinə belə xəbərdarlıq edir:

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اتَّقُوا اللَّهَ وَلْتَنظُرْ نَفْسٌ مَّا قَدَّمَتْ لِغَدٍ وَاتَّقُوا اللَّهَ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

«Ey iman gətirənlər! Allahdan qorxun! Hər kəs sabah üçün nə etdiyinə (axirət üçün özünə nə hazırladığına) nəzər salsın. Allahdan qorxun...!» (Həşr-18).

Bu, çox maraqlı qətiyyət və aydın tonla deyilmiş hökmdür. Ayə əmr formasında, hamının sabah üçün nə göndərdiyinə baxmasının zəruriliyini bildirir. Burada əvvəlcədən bir şey göndərməkdən söz gedir. Yə`ni siz orada eynilə indi göndərdiklərinizə malik olacaqsınız. Buna görə də nə göndərdiyinizə yaxşı baxın.

Bu, səfərdən bir şey alaraq özündən qabaq vətənə göndərməyə bənzəyir. Həmin şəxs çox diqqətli olmalıdır. Çünki, səfərdən qayıdıb vətənə çatdıqdan sonra göndərdiyi poçt bağlamalarında özü göndərdiyi şeyləri görəcək. Onun oradan bir şey göndərməsi, vətənə qayıtdıqdan sonra isə başqa bir şeylə rastlaşması mümkün deyil.

Bu ayədə «Allahdan qorxun» ifadəsi iki dəfə təkrarlanıb və onların arasında yalnız kiçik bir cümlə vardır və o, «hər kəs sabah üçün nə etdiyinə (axirət üçün özünə nə hazırladığına) nəzər salsın» sözləridir. Bəlkə də Qur`anda bunun bənzəri və belə qısa fasilə ilə iki dəfə təqvaya əmr edən ikinci bir ayə yoxdur.

Qur`anda yenə belə buyurulur:

إِذَا الشَّمْسُ كُوِّرَتْ وَإِذَا النُّجُومُ انكَدَرَتْ وَإِذَا الْجِبَالُ سُيِّرَتْ وَإِذَا الْعِشَارُ عُطِّلَتْ وَإِذَا الْوُحُوشُ حُشِرَتْ وَإِذَا الْبِحَارُ سُجِّرَتْ وَإِذَا النُّفُوسُ زُوِّجَتْ وَإِذَا الْمَوْؤُودَةُ سُئِلَتْ بِأَيِّ ذَنبٍ قُتِلَتْ وَإِذَا الصُّحُفُ نُشِرَتْ وَإِذَا السَّمَاء كُشِطَتْ وَإِذَا الْجَحِيمُ سُعِّرَتْ وَإِذَا الْجَنَّةُ أُزْلِفَتْ عَلِمَتْ نَفْسٌ مَّا أَحْضَرَتْ

«Günəş (əmmamə kimi sarınıb) sönəcəyi zaman; Ulduzlar (göydən qopub yağış dənələri kimi yerə) səpələnəcəyi zaman;Dağlar yerindən qopardılacağı (toz kimi havada uçacağı) zaman; (Bədəvi ərəblərin çox əziz tutduğu) boğaz dəvələr başlı-başına buraxılacağı zaman; Vəhşi heyvanlar (bir-birindən qisas almaq üçün) bir yerə toplanacağı zaman; Dənizlər od tutub yanacağı (və ya dolub daşacağı) zaman; Ruhlar (bədənlərə) qovuşacağı zaman; Diri-diri torpağa gömülən qız barəsində soruşulacağı zaman: O, hansı günaha görə öldürüldü – deyə; Әməl dəftərləri açılacağı zaman; Göy (yerindən) qopardılacağı (və ya büküləcəyi) zaman; Cəhənnəm alovlandırılacağı zaman; Və Cənnət (mö`minlərə) yaxınlaşacağı zaman; Hər kəs (dünyada bu günkü günə özü üçün yaxşı, pis) nə hazır etdiyini biləcəkdir!» (Təkvir 1-14).

Yə`ni, o dünyada insana cənnət ne`mətləri və ya cəhənnəm əzabından çatacaq hər bir şey, onun özünün hazırladığı şeydir, yalnız bu fərqlə ki, o, burda onları tanımır, orada isə tanıyacaqdır. Qur`anın bir çox ayələrinin belə bir məzmunu var: Allah qiyamət günü, sizə nə etdiklərinizi xəbər verəcəkdir. Yə`ni siz indi nə etdiyinizi bilmirsiniz, qiyamət günü öz işlərinizdən xəbərdar olacaq və öz əməllərinizi tanıyacaqsınız.

قُلْ إِنَّ الْمَوْتَ الَّذِي تَفِرُّونَ مِنْهُ فَإِنَّهُ مُلَاقِيكُمْ ثُمَّ تُرَدُّونَ إِلَى عَالِمِ الْغَيْبِ وَالشَّهَادَةِ فَيُنَبِّئُكُم بِمَا كُنتُمْ تَعْمَلُونَ

«(Ya Peyğəmbər!) De ki: (Qorxub) qaçdığınız ölüm sizi mütləq yaxalayacaqdır. Sonra siz gizlini də, aşkarı da bilən Allahın hüzuruna qaytarılacaqsınız. O da sizə (dünyada) nələr etdiyinizi (bir-bir) xəbər verəcəkdir.» (Cümə-8).

Axirətin cəzaları əməlin təzahürüdür. Oranın ne`mət və əzabları həmin yaxşı və pis əməllərdir ki, pərdə kənara çəkiləndən sonra, həmin formalarda cilvələnirlər. Qur`an oxumaq gözəl bir səs olacaq və insanın kənarında dayanacaqdır. Qeybət və başqalarını incitmək cəhənnəm itlərinin yeməyi formasında olacaqdır.

Başqa sözlə desək, bizim əməllərimizin bir müvəqqəti və fani olan və bu dünyada söz və ya əməl şəklində zahir olan mülki surəti, bir də bizdən baş verdikdən sonra heç vaxt fani olmayan, bizim ayrılmaz, ardıcıl, davamçı və övladlarımızdan sayılan mələkuti (məlaikə və ruh aləminə mənsub) forması vardır. Bizim əməllərimizin mələkuti forması həmişə qalır. Biz bir gün onlara çatacaq və onları həmin formada müşahidə edəcəyik. Gözəl və ürəkaçan olsalar bizim ne`mətlərimiz, çirkin və iyrənc olsalar isə, bizim cəhənnəm odumuz olacaqlar.

Hədisdə nəql edilib ki, bir qadın Peyğəmbərdən məsələ soruşmaq üçün o həzrətin yanına gəlibmiş. Həmin qadının boyu qısa imiş. O, gedəndən sonra Ayişə əli ilə onun qısa boyluğunu yamsılayır. Peyğəmbər (s) ona belə buyurur: Dişlərini təmizlə! Ayişə deyir: Ey Allahın Peyğəmbəri, mən ki, bir şey yeməmişəm?! Həzrət bir də onun dişlərini təmizləməsini istəyir. Ayişə dişlərini təmizləyir və ağzından bir parça ət düşür.

Peyğəmbər (s), ilahi qüdrətlə qeybətin həmin dünyadakı mələkuti və qeybi mahiyyətini Ayişəyə göstərir.

Qur`ani-kərim qeybət barəsində belə buyurur:

وَلَا يَغْتَب بَّعْضُكُم بَعْضًا أَيُحِبُّ أَحَدُكُمْ أَن يَأْكُلَ لَحْمَ أَخِيهِ مَيْتًا فَكَرِهْتُمُوهُ

«...Bir-birinizin qeybətini etməyin! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu sizdə ikrah hissi oyadar (qeybət də belədir)...» (Hucurat-12).

Peyğəmbərin (s) səhabələrindən olmuş Qeys ibni Asim nəql edib ki, bir gün Bəni-təmim qəbiləsindən olan bir dəstə adamla Peğəmbərin (s) yanına getmişdik. Mən o həzrətə dedim: Ey Allahın peyğəmbəri, biz səhrada yaşayırıq və sənin hüzurundan az bəhrələnirik, bizi moizə və nəsihət et.

Peyğəmbər (s) çox faydalı nəsihətlər verdi, o cümlədən belə buyurdu:

«Sənin, səndən heç vaxt ayrılmayacaq bir yoldaşın olacaq və o, səninlə birlikdə dəfn ediləcək, sən ölü, o isə diri olacaq. Әgər sənin yoldaşın şərəfli olsa səni əzizləyəcək, yaramaz olsa isə səni hadisələrin öhdəsinə buraxacaq. Sonra həmin yoldaşın səninlə məhşərə gələcək və qiyamətdə səninlə birgə olacaq və sən onun üçün məs`uliyyət daşıyacaqsan. Bəs seçdiyin yoldaşın yaxşı olmasına diqqət et. Çünki o, yaxşı olsa sənin ünsiyyət vasitən olacaq, belə olmasa (pis olsa isə) sənin vəhşətinə səbəb olacaq. «Həmin yoldaşın sənin rəftarındır».

Qeys ibni Asim, Peyğəmbərə (s) deyir ki, istəyirəm sizin nəsihətləriniz şe`r formasına salınsın və biz onu əzbərləyək və onunla fəxr edək. Peyğəmbər (s) Həssan ibni Sabitin dalınca adam göndərir. Amma Həssan gəlməmiş, o həzrətin sözlərindən vəcdə gəlmiş Qeys, Peğəmbərin sözlərini nəzmə çəkir və o həzrətə təqdim edir.

Məzmunu: «Öz əllərinlə özünə bir dost seç ki, insanın qəbirdə (bərzəxdə) dostu onun əməlləridir; sən qiyamət günü üçün dost seçib hazırlamaq məcburiyyətindəsən; əgər başın bir şeyə qarışsa, diqqətli ol ki, o, Allahın bəyəndiyi şeydən başqa bir şey olmasın; çünki insan ölümdən sonra öz əməlindən başqa heç bir şeylə yoldaş olmur; həqiqətən insan öz ailəsində qonaqdan başqa bir şey deyil, bir az orada qalır və sonra köçüb gedir».

Digər bir hədisdə deyilir: «Bu əzablar sizin özünüzə qaytarılan əməllərinizdir.»

Afərin Sə`di, bu şe`ri çox gözəl deyib:

 

Ömürdən gedir hər keçən nəfəs,

Baxıram ətrafa qalmamış bir kəs.

Ey yatan əlli il qəflətdə bütün,

Qoyma ki, boş keçsin bu qalan beş gün.

Utansın o kəs ki, ömrü puç etdi,

Dünyadan köçəndə xəcalət getdi.

Köç vaxtı səhərin şirin yuxusu,

Qoyar piyadəni yoldan doğrusu.

Hər gələn dünyada bir bina saldı,

O getdi mənzili özgəyə qaldı.

Çoxları dünyaya göstərmiş həvəs,

Tikdiyi mənzildə qalmamış bir kəs.

Indi ki, öləcək pis də, yaxşı da,

Xoş ona ki, çatdı yaxşı bir ada.

Bir yarpaq göndər öz qəbrinə bu gün,

Ki, sonra göndərmək deyildir mümkün.

Sütülkən kim yesə əkinin hər il,

Başşaq toplayacaq xərmən üstü bil.

Ey pulsuz bazara gedən sərsəri,

Qorxuram əli boş dönəsən geri.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

DÜNYA INSANLIQ MӘKTӘBIDIR!
Qadının ailə qurması və atanın icazəsi
HÖKUMƏTIN DAVAM ETMƏ MÜDDƏTI
HӘQIQI REGIONAL ISLAM
İGIRMI BIR YAŞLI CAVAN MƏKKƏNIN BAŞÇISI
“HƏBT” (İNSANIN ƏMƏLLƏRİNİN MƏHV OLMASI, TƏSİRDƏN DÜŞMƏSİ) VƏ ...
Cəhənnəmdə əbədi qalacaq 8 dəstə
ŞӘRLӘR - ӘDALӘT PRINSIPI BAXIMINDAN
Savabını bilsəydilər onu yerinə yetirmək üçün püşk atardılar..."
SABEİ DİNİ

 
user comment