Azəri
Saturday 18th of May 2024
0
نفر 0

Qur᾽an, Tövratda və İncildə həzrət Məhəmmədin (s) zühur edəcəyi haqda xəbər verildiyinə dəfələrlə işarə etmişdir.

İNCİL VƏ TÖVRATDA HƏZRƏT MƏHƏMMƏDİN (S) PEYĞƏMBƏRLİYİ HAQDA

Qur᾽an, Tövratda və İncildə həzrət Məhəmmədin (s) zühur edəcəyi haqda xəbər verildiyinə dəfələrlə işarə etmişdir.

الَّذِينَ يَتَّبِعُونَ الرَّسُولَ النَّبِيَّ الأُمِّيَّ الَّذِي يَجِدُونَهُ مَكْتُوبًا عِندَهُمْ فِي التَّوْرَاةِ وَالإِنْجِيلِ يَأْمُرُهُم بِالْمَعْرُوفِ وَيَنْهَاهُمْ عَنِ الْمُنكَرِ

«O kəslər ki, əllərindəki Tövratda və İncildə [adını, vəsfini və əlamətlərini] yazılmış gördükləri rəsula-ümmi [heç kəsin yanında oxuyub elm öyrənməmiş və ya Məkkəli] peyğəmbərə tabe olurlar. [O peyğəmbər] onlara yaxşı işlər görməyi buyurar, pis işləri qadağan edər.» (Ə᾽raf-157).

وَإِذْ قَالَ عِيسَى ابْنُ مَرْيَمَ يَا بَنِي إِسْرَائِيلَ إِنِّي رَسُولُ اللَّهِ إِلَيْكُم مُّصَدِّقًا لِّمَا بَيْنَ يَدَيَّ مِنَ التَّوْرَاةِ وَمُبَشِّرًا بِرَسُولٍ يَأْتِي مِن بَعْدِي اسْمُهُ أَحْمَدُ

«Onu da xatırla ki, bir vaxt Məryəm oğlu İsa belə demişdi: Ey İsrail oğulları! Həqiqətən mən, özümdən əvvəl nazil olmuş Tövratı təsdiq edən və məndən sonra gələcək Əhməd adlı bir peyğəmbərlə [sizə] müjdə verən Allah elçisiyəm!» (Səf-6).

Bununla yanaşı, tarixə nəzər saldıqda Peyğəmbərin (s) dövründə kitab əhlindən, yə᾽ni məsihi və yəhudilərdən bir çoxunun Peyğəmbərə (s) iman gətirərək İslamı qəbul etdiklərinin şahidi oluruq.

Kitab əhlinin kütləvi şəkildə İslamı qəbul etməsi, Tövrat və İncildə həzrət Məhəmmədin (s) zühuru haqda xəbər verilməsini bir daha sübuta yetirir.

Çünki əgər bu kitablarda Məhəmmədin (s) zühur edəcəyi haqda xəbər verilməsəydi, yəhudi və məsihilər çox asanlıqla onu təkzib edər və ona iman gətirmək fikrinə düşməzdilər. Qəlblərində kin-küdurət olmayan, həzrət Musa və İsaya (ə) iman gətirmiş şəxslər təbii ki, peyğəmbərlərin sonuncusu və ən şərəflisi olan Məhəmmədə (s) də iman gətirməli idilər.

Onlara iman gətirməyənlər isə, Məhəmmədin (s) peyğəmbərliyini qəbul edib ona iman gətirmələri üçün mö᾽cüzə görməli idilər. O ki, qaldı Məhəmmədin (s) mö᾽cüzələrinə, Qur᾽andan başqa onun bir çox digər mö᾽cüzələri də olmuş və bəşəriyyətin haqqa hidayət olması üçün digər peyğəmbərlərin mö᾽cüzələrindən daha böyük tə᾽sir göstərmişdir. Çünki onun mö᾽cüzələri haqda nəql olunmuş hədis və rəvayətlər zaman və e᾽tibar baxımından digər peyğəmbərlərin mö᾽cüzələri haqda nəql olunmuş hədis və rəvayətlərdən daha yaxın və daha mö᾽təbərdir.
MƏTLƏBLƏRİN XÜLASƏSİ

1. Qur᾽an ayələri nəinki mö᾽cüzəni inkar etmir, hətta onları sübuta belə yetirir;

2. Mö᾽cüzə, peyğəmbərin ixtiyarından xaric bir işdir. Belə ki, o yalnız Allahın istək və iradəsilə mö᾽cüzə göstərə bilər;

3. Peyğəmbərlik iddiası edən şəxs iddiasını sübuta yetirmək üçün mö᾽cüzə göstərməlidir. Lakin, Allah-taala bundan artıq nə ona mö᾽cüzə izni verməli, nə də özü mö᾽cüzə göstərməlidir. İnsanların bütün istəklərinə, o cümlədən onların hər dəfə mö᾽cüzə istəyinə müsbət cavab vermək düzgün təvəqqö deyildir.

4. Mö᾽cüzə inkar və təkzib olunduğu zaman insanların əzab və fəlakəti ilə nəticələnir. Lakin müşriklər bu qəbildən olan mö᾽cüzələri istədilərsə də, müsəlman ümməti belə bir fəlakətə düçar olmadı;

5. Əbədi olan yeganə mö᾽cüzə, Allah tərəfindən peyğəmbərlərin sonuncusu olan həzrət Məhəmmədə (s) nazil olmuş Qur᾽ani-Kərimdir. Məhəmməd (s), qiyamət gününədək qalacaq bu ilahi mö᾽cüzə ilə müşrikləri mübarizə meydanına, ona iman gətirmiş şəxsləri isə haqq-ədalətə də᾽vət edirdi;

6. Məhəmmədin (s) mö᾽cüzələri mütəvatir olaraq sübuta yetməklə yanaşı, Tövrat və İncildə də o həzrətin zühur edəcəyi haqda əvvəlcədən xəbər verilmişdir;

7. Məhmmədin (s) mö᾽cüzələri çox olsa da, Qur᾽andan başqa onların hamısı yaşadığı zaman və məkana aid olmuşdur. Bu mö᾽cüzələrin heç biri keçmiş peyğəmbərlərin mö᾽cüzələri kimi əbədi olmamışdır.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İslam dinində Qədir Xum bayramının həqiqəti
9-cu imamımızın şəhadəti münasibəti ilə başsağlığı veririk
Allahın saleh bəndələri namazı belə qılırdılar
Quranda şirk (Allaha şərik qoşmaq)
NӘSXİN MӘ᾽NASI
Məb`əs bayramınız mübarək ABNA bu bayramı münasibəti ilə sizə təbrik deyir
Həzrət Əbülfəzl-Abbasın (ə) şəhadəti!
Düşmənlərin İslama qarşı ədavəti
Həzrət Məsumənin (ə.s) fəzilətləri
Peyğəmbərin (s) möcüzəsi

 
user comment