Azəri
Thursday 18th of July 2024
0
نفر 0

Məb`əs bayramınız mübarək ABNA bu bayramı münasibəti ilə sizə təbrik deyir

Həzrəti Peyğənbər ( səlləllahu əleyhi və alih ) 610-cu miladi ilində 40 - yaşında ikən Rəcəb ayının 27-sində Məkkə Şəhərində Həra dağında İnssanlıq zirvəsinə dahada ucalaraq Peyğənbərlik məqamına çatdı . Bu günü müsəlmanlar Məb`əs günü münasibəti ilə bayram keçirdirlər .Məb`əs lüğətdə yəni hərəkət verilən zaman . Bu gün Allah Əziz Peyğənbərimizdən , artıq Allahın tərəfindən insanlara tərəf hərəkət edib onları zülmətdən nura doğru hidayət etməsin istəmişdir . MƏb`əs bayramının özünə xas əməlləri vardır .Fürsətdən istifadə edib onlara əməl edək . Rəcəb ayının 27 - ci gecəsi (yəni bu gecə ki, sabah 27 - ci gün Məb`əs bayramı günüdür . )mübarək gecələrdən sayılır onun bir neçə əməli var . Bir : Həzrəti İmam Cavad - dan ( əleyhis səlam ) nəql olunur ki bu gecə ən dəyərli və qiymətli gecələrdən biridir ona görə ki, həzrəti Peyğənbər bu gecənin sübhündə Allah taala tərəfindən peyğənbərlik məqamına seçildi . Hər kim bizim Şi`ələrdən bu gecəni ibadətlə məşğul olsa Allah taala ona altımış ilin savabın verər . Bu əməlin forması haqda belə gəlmişdir : Xoftən ( İşa )namazından sonra yatağında uzanıb istirahət etdikdən sonra gecənin hər hansı saatında ( Sübh azanından qabaq )istəsən durub on iki rəkət namaz qılırsan yəni altı ədəd iki rəkətli namaz qılırsan ,Hər rəkətdə həmd sürəsin oxuyub ardıyca istədiyin kiçik müfəssəl sürələrindən birin oxuyursan ( Müfəssəl Sürələr Qu`randa Muhəmməd Sürəsindən tutmuş ta ixlas sürəsinəcən olan sürələrə deyilir .) hər iki namazdan sonra təşəhhüd və salamı deyirsən , sonuncu da yəni altıncı iki rəkətli namazdan sonra əyləşən yerdə yeddi dəfə Həmd sürəsin yeddi dəfə Fələq və Nas sürəsin , yeddi dəfə qul hu vəllah sürəsin , yeddi dəfə Kafirun sürəsin , yeddi dəfə Qədr və yeddi dəfə Ayətəl kürsünü oxuyursan . Dualar bitdikdən sonra aşağıdakı duanı oxuyursan : اَلْحَمْدُ لِلّهِ الَّذى لَمْ یَتَّخِذْ وَلَداً وَلَمْ یَکُنْ لَهُ شَریکٌ فى الْمُلْکِ وَ لَمْ یَکُنْ لَهُ وَلِىُّ مِنَ الذُّلِّ وَ کَبِّرْهُ تَکْبیراً اَللّهُمَّ اِنّى اَسئَلُکَ بِمَعاقِدِ عِزِّکَ عَلَى اَرْکانِ عَرْشِکَ و َمُنْتَهَى الرَّحْمَةِ مِنْ کِتابِکَ وَ بِاسْمِکَ الاْعْظَمِ الاْعْظَمِ الاْعْظَمِ وَ ذِکْرِکَ الاْعْلىَ الاْعْلىَ الاْعْلى وَ بِکَلِماتِکَ التّامّاتِ اَن تُصَلِّىَ عَلى مُحَمَّدٍ وَ آلِهِ وَ اَنْ تَفْعَلَ بى ما اَنْتَ اَهْلُهُ... Duanın tərcüməsi : Həmd yalnız Allaha məxsusdur ,nə övladı var və nədə hökmranlıq etməydə şəriki . Heç bir köməkçisi yoxdur onun izzətin artıra , Onu öz böyüklüyü ilə hər bir şeydən üstün və böyük say .İlahi öz ərşivi əhatə edən izzətivə xatir və kitabıvın ( lovhi məhfuzuvun ) haqqına xatir , əzəmətli əzəmətli əzəmətli adıva xatir , böyük böyük böyük olan yadıva xatir və tam kamil olan kəlmələrivə xatir səndən acizanə istəyirəm Muhəmməd və ali Muhəmmədə öz səlam və rəhmətivi nazil edəsən və mənimlə mənə layiqli rəftar yox özüvə layiqli rəftar edəsən . Dua bitdikdə sonra hər nəqədər dua edirsənsə et və Muhəmməd və ali Muhəmmədə səlavat göndər . İki : Qüsul vermək müstəhəbdir . Üçüncü : Həzrəti Əmirəl Möminini bu gecə ziyarət etmək müstəhəbdir . 27 - ci günün Bayram günün əməlləri . Bu gün xeyli əzəmətli gündür bu gün sübh çağı həzrəti Peyğənbərimiz peyğənbərlik məqamına çatdı bu günün əməlləri aşağıdakılardan ibarətdir : Bir : Qüsul vermək . İki : Oruc tutmaq ( Bu günün orucu il ərzində savabı bütün illə bərabər olan dörd orucdan biridir . Onun savabı yetmiş ilin savabına bərbərdir .) Üç : Çoxlu salavat göndərmək . Dörd : Həzrəti Peyğənbər və Əmirəl Möminini ( əleyhimus səlatu vəs səlam və əla alih ) ziyarət etmək . P.S.Hammınızdan iltiması duam var Allah ibadətlərinizi qəul etsin . Amin
Mənbə : Məfatihul Cinan .

 

 


source : www.abna.ir
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

YAŞIL İNTİZAR
Allahı necə çağırmalı?
ŞİӘ MӘZHӘBİNDӘ SӘHABӘLӘRӘ MÜNASİBӘT
İİR kanal 1-in verdiyi bəyanatda Ramazan Ayının hilalı görünüb
MƏRVANIN ƏSIRLIYI
Yerinə yetirməyə əmin olmadığın vəd vermə
QURAN — QURAN VƏ HƏDİS BAXIMINDAN
İslam dini və elm
İnsan niyə ölümdən qorxur
MƏHDİ (Ə)-IN HƏYATININ VİLADƏTDƏN ATASININ ŞƏHADƏTİNƏ QƏDƏRKİ DÖVRÜ

 
user comment