Azəri
Sunday 19th of May 2024
0
نفر 0

Allahın saleh bəndələri namazı belə qılırdılar

Həmmad ibn Isa bir gün İmam Cəfər Sadiqin (ə) hüzurunda əyləşmişdi. İmam ondan soruşdu: “Həmmad, qalxıb gözəl bir şəkildə namaz qıla bilərsənmi?”
Həmmad cavab verdi: “Əlbəttə, qıla bilərəm. Mən namaz qaydaları haqqında yazılmış kitabı əzbərləmişəm, orda yazılanları da yaxşı bilirəm”. İmam buyurdu: “Onda qalx, iki rükət namaz qıl. Mən də baxıb görüm ki, düzgün qılırsan ya yox?”
Həmmad dəstəmaz alıb üzü qibləyə sarı namaza durdu, namaz qaydalarını özü bildiyi tərzdə yerinə yetirdi. Bu zaman elə güman edirdi ki, rükunu da, səcdələri də, namazın sair əməllərini də kamil şəkildə icra edib. Amma İmam onun qıldığı namazı bəyənməyib buyurdu: “Namazı yaxşı qılmadın. Doğrusu, çox təəssüf edirəm ki, bir adam altmış-yetmiş yaşına çatsın, amma bircə dəfə kamil şəkildə namaz qılmamış olsun”. Həmmad İmamın tənqidindən utanıb özünü itirdi. Sonra özünü toplayıb xahiş etdi: “Sizə fəda olum, nə olar, mənə namaz qılmağın qaydasını öyrədin”.
İmam Sadiq (ə) Həmmadı öyrətmək üçün namaz qılmağa başladı. Həmmad da kənarda durub diqqətlə Onu izləyirdi. İmam üzü qibləyə durdu. O həzrətin əllərinin barmaqları bir-birinə bitişik, ayaqlarının barmaqları qibləyə sarı idi, ayaqları arasındakı məsafə üç barmaq enindən artıq olmazdı. Imam namazın axırına kimi bu şəkildə qiblə istiqamətində durdu, kənara dönmədi. Namazın əvvəlində özünü Allahın hüzurunda hiss edirmiş kimi ürəkdən “Allahü əkbər” söylədi. Həmd (Fatihə) və Tövhid (İxlas) surələrini tərtillə (qiraət qaydalarına uyğun şəkildə) oxudu, bundan sonra nəfəs alacaq qədər gözləyib əllərini yuxarı qaldırdı, əlləri sifəti bərabərinə çatanda ayaq üstə “Allahü əkbər” dedi. Sonra ovuclarını dizlərinə qoyub rükuya getdi. O həzrətin barmaqları aralı idi, ayaqları geriyə gərilmişdi. Belini üfüqi vəziyyətdə elə əymişdi ki, əgər kürəyinə bir damcı su düşsəydi axıb getməz və yerində qalardı. Həzrət boynunu irəli uzatmışdı, başını aşağı əyməmişdi, gözlərini yummuşdu. Bu halda aram tutub üç dəfə “Sübhanə rəbbiyəl-əzimi və bihəmdih” söylədi. Qalxıb tam dikələndən sonra “Səmiəllahü limən həmidəh” buyurdu, ayaq üstə əllərini sifəti bərabərinə qaldırıb “Allahü əkbər” söylədi. Sonra səcdəyə getdi. Həzrət dizlərini qoyduğu yerdən bir qədər qabağa doğru, sifəti müqabilində ovuclarını yerə qoydu, barmaqları bitişik halda idi. Üç dəfə “Sübhanə rəbbiyəl-əla və bihəmdih” zikrini söylədi. Bədən üzvlərini bir-birinə bitişdirməmiş, aralı tutmuşdu. O həzrət bədəninin 8 üzvünü – iki ovcunu, iki dizini, iki ayağının baş barmaqlarını, alnını və burnunun ucunu – yerə qoyaraq səcdə etdi. (Hədisin mətnində deyilir ki, İmam namazı qılıb qurtarandan sonra səcdə zamanı yalnız 7 üzvün yerə dəyməsinin vacibliyini buyurmuş, burnun ucunu yerə qoymağı isə müstəhəb saymışdı). Bundan sonra İmam başını səcdədən qaldırdı, diz üstə oturub “Allahü əkbər” dedi. Bu zaman sol budunun üzərinə ağırlığını salmış, sağ ayağını sol ayağının üzərinə qoymuşdu. Bu vəziyyətdə “Əstəğfirullahə rəbbi və ətubu ileyh” zikrini söylədi, sonra oturmuş halda yenə “Allahü əkbər” deyib ikinci səcdəyə getdi. Bunu da birinci səcdə kimi yerinə yetirdi. O həzrət rüku və səcdədə heç bir bədən üzvünü o birinin üzərinə qoymadı. Səcdə halında dirsəklərini bədənindən aralı saxladı, yer səthinə bitişdirmədi. Təşəhhüd üçün oturanda o həzrətin barmaqları bir-birindən aralı idi. İmam bu şəkildə iki rükət namaz qıldı, təşəhhüd və salamı yerinə yetirəndən sonra Həmmada üzünü tutub buyurdu: “Ey Həmmad, namazı belə qıl”.


source : http://az.islam.az
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

On ikinci İmamın (əc) məqamı ilə tanışlıq
Ümrənin növləri
İmam Həsən Əskəridən (ə) hədislər
"Məvəddət" ayəsi
QEYBDƏ OLAN İMAMIN FAYDALARI
İslam dinində Qədir Xum bayramının həqiqəti
9-cu imamımızın şəhadəti münasibəti ilə başsağlığı veririk
Allahın saleh bəndələri namazı belə qılırdılar
Quranda şirk (Allaha şərik qoşmaq)
NӘSXİN MӘ᾽NASI

 
user comment