Azəri
Thursday 18th of July 2024
0
نفر 0

9-cu imamımızın şəhadəti münasibəti ilə başsağlığı veririk

9-cu imamımızın şəhadəti münasibəti ilə başsağlığı veririk

İslami İran şiələrin 9-cu imamı Həzrət İmam Məhəmməd Təqinin (ə) şəhadətinin ildönümü axşamında matəmə qərq olub.

Sabah 29 zilqədə 1439-cu hicri qəməri ili Həzrət Məhəmməd Təqinin (ə) şəhadətinin ildönümü gününə təsadüf edir.

İmam Məhəmməd Təqi (ə) 195-ci hicri qəməri ilində dünyaya göz açıb və dünya şiələrinin 8-ci imamı, əziz atası Həzrət İmam Rzanın (ə)  şəhadətindən sonra müsəlmanlara rəhbərliyi üzərinə götürüb.

İmam Cavadın (ə) həyatı və imamlıq dövrü islam sivilizasiyasının çiçəklənmə və islam dünyasında inanc və fəlsəfə düşüncələrinin genişlənməsi dövrü idi.

Müxtəlif məzhəblərin alimləri ilə elmi müzakirələr, insanların təlimi və tərbiyəsi, xüsusilə alimlərin maarifləndirilməsi, həmçinin o dövrün hakimlərinin insanlara qarşı siyasətlərinin ifşa olunması, Həzrət İmam Məhəmməd Təqinin (ə) mədəni və siyasi metodu idi.

İslami İran vətəndaşları Həzrət Məhəmməd Təqinin (ə) şəhadəti günündə məscidlər və təkyələrdə, o cümlədən Məşhəddə Həzrət İmam Rzanın (ə) pak ziyarətgahı və Qumda Həzrət Məsumənin (s.ə) pak hərəmində əzadarlıq edirlər.

Səhər beynəlxalq televiziya kanalı şiələrin 9-cu imamı Həzrət İmam Məhəmməd Təqinin (ə) şəhadətinin ildönümü ilə əlaqədar müsəlmanlara, şiələrə və dünyanın digər azadlıqsevərlərinə başsağlığı verir.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

YAŞIL İNTİZAR
Allahı necə çağırmalı?
ŞİӘ MӘZHӘBİNDӘ SӘHABӘLӘRӘ MÜNASİBӘT
İİR kanal 1-in verdiyi bəyanatda Ramazan Ayının hilalı görünüb
MƏRVANIN ƏSIRLIYI
Yerinə yetirməyə əmin olmadığın vəd vermə
QURAN — QURAN VƏ HƏDİS BAXIMINDAN
İslam dini və elm
İnsan niyə ölümdən qorxur
MƏHDİ (Ə)-IN HƏYATININ VİLADƏTDƏN ATASININ ŞƏHADƏTİNƏ QƏDƏRKİ DÖVRÜ

 
user comment