Azəri
Saturday 18th of May 2024
0
نفر 0

ŞİRKƏTİN HÖKÜMLƏRİ

163- Sual: Əgər bir malı şirkət üçün alalar və şəriklərdən biri müəyyən vaxtda öz payına düşən səhmi ödəməsə, bu təqdirdə malın mənfəətindən səhmi varmı?

Cavab: Malı şirkət üçün aldıqlarına görə bütün şəriklər onun mənfəətində şərikdilər. Baxmayaraq ki, şəriklərdən biri öz səhmini verməmişdir. Amma şəri üzrü olmadığı təqdirdə günahkardır .

164- Sual: Bir ev bir neçə vərəsənin arasında müştərəkdir və onlardan biri başqa şəriklərin istifadə etməsinə razı olmur. Başqa şəriklər öz səhmlərindən istifadə edə bilərlərmi?

Cavab: Əgər ev müşadırsa,[1] və şəriklərin hər birinin səhmi müəyyən olmayıbsa, başqa şəriklərin icazəsi olmadan istifadə etmək cayiz deyil. Qeyd olunan sual barəsində isə şəriklər edə bilərlər camiuş- şərait müctehidə müraciə etməklə imtina edən şəriki evi satmağa, öz payını ayırmaya və ya şəriklərin istifadə etməsinə icazə verməyə vadar edələr.
RƏHNİN (girovun) HÖKÜMLƏRİ

165- Sual: Rəhnin mənası nədir?

Cavab: Rəhn ya girov qoymaqdan məqsəd budur ki, borclu şəxs öz malının bir miqdarından borc verən şəxsin yanına qoyur ki, əgər borcunu vaxtında qaytarmasa, borc verən o maldan öz haqqını götürə bilsin. götürsün.

166- Sual: Bildiyimiz kimi hal- hazırda yaşayış mənzillərini rəhn adı ilə məşhur olan, amma həqiqəti borc olan müəyyən bir məbləği (mənzil icarə edən şəxsdən) almaqla icarəyə verilir. Yəni, icarə edən şəxs bir neçə milyon ev sahibinə rəhn adı ilə verir və bunun müqabilində ev sahibi aylıq icarə haqqının məbləğini azaldır. Bu icarənin şəri hökmü nədir?

Cavab: Əgər borc aylıq icarə haqqını azaltmaq şərtilə verilirsə, bi riba ilə verilən borc qismindədir və haramdır. Amma əgər ev sahibi öz evini müəyyən bir məbləğin müqabilində icarəyə verərsə, icarə müqaviləsində müəyyən bir məbləğin ona borc verilməsini şərt etsə, bunun işkalı yoxdur.

167- Sual: Əgər bir şəxs borc sahibinin yanında ev ya maşınını girov qoya, borc sahibi edə bilərmi maşından və ya evdən istifadə etsin?

Cavab: Malikin razılığı olmadan borc sahibi o malda təsərrüf edə bilməz.

[1] - Müşa o şərikliyə deyilir ki, şəriklərin səhminin hissəsi müəyyən edilməyibdir. (Baxmayaraq ki, səhmlərin miqdarı müəyyən olsa belə)

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Uxdud səhabələri kim idi?
SALAMUN ALEYKUM AQA. AYAT HAMAZI OLU INSAN UCUN QILDIRMAQ VACIBDIRMI ? EGER VACIBDIRSE ...
O şəxs ki namazı yatmış halda qılır onun üzü qibləyə olmağı necədir ?
SƏCDƏNİN HÖKÜMLƏRİ
İCARƏNİN HÖKÜMLƏRİ
ŞİRKƏTİN HÖKÜMLƏRİ
Nə üçün Allah təala Quranda « إنّ مع العسر يسراً » “İnnə məəl ...
QÜSLÜN HÖKÜMLƏRİ
Sual 75: Dirayətlə rəvayət arasındaki fərq nədən ibarətdir? Hədislər neçə ...
Namazda Bismillahın deyiliş tonu

 
user comment