Azəri
Thursday 18th of July 2024
0
نفر 0

BEYTÜL MALDA TƏSƏRRÜF ETMƏYİN ZƏMANƏTİ

208- Sual: Əgər bir malı idarədən qeyri qanuni şəkildə götürsək, idarənin rəisindən halallıq istəmək kifayətdir?

Cavab: İdarənin rəisindən halallıq istəmək kifayət deyil. Əgər malın özü qalıbsa onun özünü və əgər aradan gedibsə, onun mislini və ya qimətini idarəyə ödəməlidir.

209- Sual: Universitetin əşyalarından istifadə etməyin və yatağxananın otağında yemək yeməyin şəri işkalı varmı?

Cavab: Universitetin mallarından və əşyalarından istifadə etmək, universitetin qanunlarına ziddinədi, cayiz deyil. İstifadə edənlərin zaminliyinə səbəb olur.

210- Sual: İdarə saatında şəxsi iş görməyin hökmü nədir?

Cavab: Qanuna tabe olmalı və aidiyyatlı məsul şəxsin qanuni icazəsi olmalıdır.

211- Sual: İdarə müdürünün məzuniyyətə icazə verməsi, artıq iş üçün icazə verib əmək haqqı yazmağı  və s kimi işlər, qanundan kənar olarsa caizdir yoxsa xeyir?

Cavab: İdarənin müdürü qanun çərçivədə icazə vermək haqqı var. Onun qanunun əksinə olan işlərdə icazə verməsi, ləğv, yersiz və şəri zəmanətin götürülməsinə səbəb deyil.

212- Sual: Mədəni fəaliyyətlər büdcəsindən bir miqdar pul mənim yanımda qalıbdır. Onu başqasına borc verə bilərəm? Yaxut özüm sonradan yerinə qoymaq şərti ilə borc kimi götürə bilərəm?

Cavab: Qnunun əksinə olaraq, ümumi maldan istifadə etmək cayiz deyil və zəmanətə səbəb olur.

213- Sual: Etibarı tamam olan yemək talonunu mötəbər talon kimi göstərib yemək yeməyin hökmü nədir?

Cavab: Etibaı tükənmiş talonlardan yemək alıb yemək üçün istifadə etmək cayiz deyil. Onun qiymətinin zəmanətinə səbəb olur.

214- Sual: İş yerində vacibi qüsl edə bilərikmi? Qeyd etməliyəm ki, iş vaxtının sonunadək, iş yerindən xaricdə qüsl etməyə vaxt yoxdur?

Cavab: Əgər iş yerində qüsl etmək qanunların əksinədirsə, qüsl etmək cayiz deyil. Vaxtın sonunadək qüsl əvəzi təyəmmüm ilə namaz qıla bilərsiniz.
YEMƏLİLƏRİN HÖKÜMLƏRİ

215- Sual: Serçənin başını üzməklə zibh əmliyyatı yerinə gətirilir ya xeyr?

Cavab: Serçənin başı, başqa heyvanlar kimi məxsus şərtlər ilə kəsməlidirlər. Əgər onun başını qopardsalar, zibh yerinə gətirilmir və onun ətini yemək haramdır.

216- Sual: Əgər xurma və kişmiş yeməkdə qaynasa, onu yeməyin hökmü nədir?

Cavab: İşkalı yoxdur.

217- Sual: Dovşanın əti halaldır ya haram?

Cavab: Doşanın əti haramdır və haram olmaqda onun növlərinin arasında fərq yoxdur.

218- Sual: Bu gün bazarda paylanan toyuğun əti şəri cəhətdən halaldır?

Cavab: Müsəlmanın zibh etdiyi halal və paklığa məhkumdur. Bu barədə axtarış etmək də lazım deyil. Əgər məxsus bir yerdə yəqininiz olsa ki, bu toyuq və qoyun şəri zibh olunmayıb, onun ətini yemək haramdır.

219- Sual: Asanıqla zibh etmək üçün heyvana şok verməyin işkalı varmı?

Cavab: Əgər şok verdikdən sonra heyvan diri qalsa və zibhdən sonra da normal miqdarda qan ondan çıxsa, işkal yoxudur. 
ƏZADARLIĞIN HÖKÜMLƏRİ

220- Sual: Qədim adət- ənənələrdən sayılan şəbih mərasimlərini təşkil etmək bəzən cəmiyyətin ürəyində müsbət təsir qoyur. Bu cür mərasimlərin təşkil etməyin hökmü nədir?

Cavab: Əgər şəbih mərasimləri yalan və batil məsələləri ehtiva etmirsə, haqq məzhəbin ləkələnməyinə səbəb olmursa, işkalı yoxdur; lakin yaxşıdır ki nəsihət, moizə, mərsiyə oxumaq məclisləri və s bərpa olunsun.

221- Sual: Əzadarlıq vaxtında soyunmağın hökmü nədir?

Cavab: Əgər naməhrəmin gözünün önündə olmasa, işkalı yoxdur.

222- Sual: Məhərrəm ayında nigah, nişan, toy, və qadınların bəzənməyi və tüklərinə rəng qoymaqlarının işkalı varmı?

Cavab: Əgər günaha səbəb və İmam Hüseyn (ə) əzadarlığına hörmətsizlik olmasa, işkalı yoxdur. Lakin yaxşıdır qeyrətli müsəlmanlar bu cür işləri məhərrəm ayından sonra və başqa münasibətlərdə əncam versinlər.

223- Sual: Əzadarlıq məclisdərində iştiak edəndə vaciblərdən bəzisi aradan gedir məsən (sübh namazı qəza olur) belə bir məclislədə iştirak etmək necədir?

Cavab: Aydındır ki vacibi namazı yerinə yetirmək əhli beytin əza məclisində iştirak etməkdən qabaqdır. Əzadarlıqda iştirak etmək bəhanəsi ilə namaz qəza olarsa, icazə verilmir. Xatırladaq ki, əzadarlıqda iştirak etmək namazın qəzasına səbəb olmasa çox təkid olunmuş müstəhəblərdəndir.

224- Sual: Bəzi yerlərdə qadın mərasimlərində qadınların mərsiyə və məddahlığı kişilərin qulaqına çatır, bu əməl cayizdirmi?

Cavab: Əgər onların səsi kişilərin ləzzət aparmaq və yaxud şəhvətlərinə səbəb olarsa, cayiz deyil.

225- Sual: Camaat namazını əvvəl vaxtında qılmaq mühümdür ya imam Hüsüyn (ə) ın əzadarlığını davam etdirmək?

Cavab: Camaat namazı müqəddəmdir; necəki İmam Hüseyn (ə) aşura günündə zöhr namazını bərpa etdi, əhli beyti sevənlər bütün hallarda namazı camaat ilə qılmağa çalışmalıdırlar.

226- Sual: Əzadarlıq məclisində ləhv musiqi alətlərindən istifadə etməyin hökmü nədir?

Cavab: Qeyd olunmuş alətlərdən istifadə etmək cayiz deyil və bu hökümdə əzadarlıq ilə bayram mərasimləri arasında fərq yoxdur.

227- Sual: Üzərində kəsici alət olan zəncirlərdən istifadə etməyin hökmü nədir?

Cavab: Yuxarıda qeyd olunmuş zəncirlərin istifadəsinin bədənə zərəri olarsa, cayiz deyil.

228- Sual: Əgər əsassız və sənədsiz rövzə oxunarsa, ona qarşı bizim vəzifəmiz nədir?

Cavab: Hər vaxt rövzə oxuyanlardan sənədsiz və yalan rövzə eşıtsəniz, şəri vəzifəniz budur ki, nəhy əz münkər ünvanında, rövzə oxuyana xatırladasız.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Sual:45. Elm, əql və dini necə tərif edirsiz? Onların arasında hansı təzad və ...
Ər- rəhman surəsinin 33 cü ayəsində fövqəladə güc və sultandan məqsəd ...
Sual 45: Qeyd olunan ayədən belə bir məna da əldə etmək olur ki,peyğəmbərləri ...
Cənabət qüsulu nədir və necə alınmalıdır?
Ayətullah Məkarim Şirazinin Hicab məhbusları haqda suala cavabı
Sual: 12. Həqiqətin qəbuluna tələsməyənlərlə necə rəftar edək?
Müalicədən ötrü xanımlar olan baseyndə çimmək olarmı?
Sual 72: Qulaq asmaqla eşitmək arasında nə kimi fərq vardır?
Sual 41: Bərzəx aləmində min il əvvəl dünyasını dəyişmiş şəxslərlə bu ...
Sual: 19. Kilsə hakimiyyəti ilə İslam hakimiyyəti arasında hansı fərqlər var?

 
user comment