Azəri
Saturday 11th of January 2025
0
نفر 0

Sual: 1. Din nə üçündür və hansı bölümləri vardır?



Cavab: Din bəşəriyyətə səadət yolunu göstərmək üçün Allah tərəfindən peyğəmbərlər vasitəsi ilə göndərilmiş həyat proqramıdır. Xoşbəxt olmaq istəyən insan bu proqrama əməl etməlidir. Dini əqidə insanın qəlbində yerləşmiş gizli nəzarətçi kimidir. O, insanı çirkin işlərdən çəkindirir, gözəl sifətlərə vadar edir.

Dünya həyatı öz eniş-yoxuşları ilə labirinti xatırladır. Din iki yol ayrıcında dayanmış insana doğru yolu göstərir. Dünya çətinlikləri ilə üzləşmiş insan iman qüvvəsindən güc alaraq Allaha üz tutur və Allahın yardımı ilə keçilməz sədləri aşır.

124 min peyğəmbərin sonuncusu Həzrət Məhəmməd (s), beş ilahi kitabın sonuncusu isə Qurani-kərimdir. Qurani-kərimin “Bəqərə” surəsində buyurulur: “Bu kitab heç bir şübhə olmayan və təqvalılara doğru yol göstərən kitabdır. (Təqvalılar) o kəslərdir ki, qeybə inanır, namaz qılır, və onlara verdiyimiz ruzilərdən ehsan edirlər.” (a - 2 – 3)

İslam təlimləri üç hissədən ibarətdir:

1. Etiqadlar (üsuli-din: tövhid, ədl, nübüvvət, imamət, məad).

2. Əxlaq

3. Əməllər (fürui – din: namaz, oruc, xums, zəkat, həcc, cihad, əmr be məruf, nəhy əz münkər, təvəlla, təbərra)

Bu üç elmi öyrənmək üçün bütün müsəlmanlar üçün fərizə, yəni vacib hesab olunur. Xoşbəxt olmaq istəyən insan dinin əsaslarına inanmalı, düzəldib dini hökmlərə əməl etməlidir.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Əgər insanın boynunda həm cənabət və həmdə başqa qüsullar varsa necə qüsul ...
Sual 56:Vəlimə ilə vəkirə arasındaki fərq nədən ibarətdir? Hubvə nə deməkdir?
Təqlid hökümləri
MÜSAFİR NAMAZININ HÖKÜMLƏRİ
QURANİ-KƏRİMİN «NÜMUNƏ» TƏFSİRİ ƏSASINDA -2
Sual 80:Dini rəhbərlik və onun əhəmiyyəti barədə nə deyə bilərsiniz?
QÜSLÜN HÖKÜMLƏRİ
Sual: 2. Deyin görək din insan üçündür yoxsa insan din üçün
ŞİRKƏTİN HÖKÜMLƏRİ
Salam! Men namazları birlesdirib qılmaq isteyirem. Esitmisem ki, zohr namazini ...

 
user comment