Azəri
Thursday 18th of July 2024
0
نفر 0

Sual: 5. Dini plüralizm nəzəriyyəsi və dinin müxtəlif təfsirlərini izah edin və fərqlərini açıqlayın


Cavab: 1; Plüralizm müxtəlif sahalərdə, o cümlədən, din və əxlaq fəlsəfəsində, hüquq və siyasi və sair ... sahələrdə çoxluğa tərəf meyl mənasında olub, müxtəlif istifadələri var və ümumi mənada olaraq tək meyllilik və ya münhəsirliyin qarşısında çox meylliliyin rəsmi tanınması deməkdir. Dini plüralizmin mənası, insanın hidayət olunması və səadət yolunun yalnız bir dinə münhəsir olmaması, bütün dinlərin insanları xoşbəxt edə bilməsi mənasındadır.
2; Çoxluğa meyillilik ola bilər, müxtəlif dinlər və ya bir dində firqələr arasında mövcud olsun.
3; Biz müsəlman arasında dini plüralizmin qəbul olunmamasının dəlili budur ki, aşkar şəkildə İslam dininin yeganə haqq və son din olması haqqında aydın dəlillərimiz var. Belə ki, digər dinlərin İslam dini ilə eyni olması düzgün ola bilməz. Bundan əlavə səmavi kitabın (Quranın) təhrif olmaması və İslam dininin sonuncu dinlərin tamamlayıcısı olması keçmişdəki dinlərin vaxtının tamam olmasına dəlalət edir.
4; Dinin müxtəlif təriflərindən biri də hermenevtikada nisbiliyə meyllik nəzəriyyəsidir ki, o da dini təhqiqat edən qollardan biridir. Bu nəzəriyyənin təfərdarlarının fikrincə bir mətni anlamaq üçün bütün əvvəlki fərziyyələr və biliklər nəzərə alınmalıdır. Din haqqında müxtəlif təriflər var ki, onlardan ən çox nəzəri cəlb edən Şlayer Maxer, Dilitay, Haydger və Kadamerin nəzəriyyələridir.
5; Hermonevtika nəzəriyyəsi müasir dini fəlsəfi bəhslərdən olub, qərbdən götürülməsinə baxmayaraq, hər hansı mətnin anlamı, təfsiri və yozulması İslam elmləri aləmində qədimdən üsul elmi kimi istifadə olunmuşdur.
6; Yuxarıda qeyd olunmuş nəzəriyyələrdə müxtəlif tərifləri müqayisə etməkdən ötrü lazım olan qanun və məntiqi meyarlara yer verilməmişdir. Əslində mövzunun dərkində nisbiyyətdən istifadə olunmuşdur.
7; Plüralizm və hermenevtika bəhsləri ayrı-ayrı mövzulardır, amma plüralizmin qollarından biri də hermenevtika bəhsidir. Bu də iki bəhsin arasındakı əlaqə halqası ola bilər. Yəni, müxtəlif təriflərin yalnız bir mənşədən alınması ehtimalını nəzərə alaraq müxtəlif dinlərin də tərifində bu cəhətə diqqət yetirmək olar.
8; Bu nəzəriyyəyə irad budur ki, hər hansı bir tərifin düzgünlüyünə birbaşa hökm vermək olmaz. Şübhəsiz ki, insanların hər hansı bir mənanı dərk etməsi hansı bir qanun və məntiqə əsaslanır. Belə köklü bəhslərdə də mövzunun tərifini verdikdə danışanın və müəllifin vəziyyəti, istifadə etdiyi sözlər və dili çox mühümdür. (təmsil, tənqid, ciddi, məst haləti və sair..) Həmçinin, bilmək lazımdır ki, bu sözü deyən şəxs söylədiyi sözdən hansı məqsədi güdür və hansı məfhumu nəzərdə tutur.
Sualın daha geniş izahı
Plüralizim (pluralism) çoxluğa meyllilik mənasındadır. (plural- cəm) Bu mövzu müxtəlif sahələrdə o cümlədən, din və əxlaq fəlsəfəsində, hüquq və siyasi və sair ... sahələrdə çoxluğa tərəf meyl mənasında olub, müxtəlif istifadələri var və bütün bu mənalar arasında müştərək məna, təkliyə meyllilik və ya münhəsirliyin (Exclusivism) qarşısında çoxluğa meylliliyin rəsmi tanınması mənasıdır.
Amma dini plüralizm (Religious pluralism) bu mənadadır ki, həqiqət və xoşbəxtlik tək bir dində cəm olmayıb, bəlkə də bütün ilahi dinlərdə bu həqiqət var. Nəticədə, ilahi dinlərin hansı biri ilə tərəfdaşlıq olunsa, insan əsl həqiqət və xoşbəxtliyə çata bilər. Bu əsasa görə dinlər arasında haqq və batil meyarı aradan götürülür və dini düşmənçilik və çəkişmələr öz yerini həmkarlıq və dostluğa verir.  Plüralizmin qısa tarixindən;
Dini plüralizm son onillikdə xristian aləmində Can Hik (1922-ci ildə anadan olub) tərəfindən irəli sürülüb və dünyada yayılıb. O yazır: “Təbiətşünaslıq baxımından, dinlərin çoxluğu, sadə dildə desək, din tarixində mədəniyyət və adətlərin çoxluğunun nəticəsidir. Fəlsəfi baxımdan bu nəzəriyyə müxtəlif və bir-biri ilə rəqabət aparan adətlər arasında olan əlaqələrin xüsusi formasıdır. Bu termin, o nəzəriyyəyə əsaslanır ki, dünyanın böyük dinləri böyük bir həqiqət və ilahi işarələrdən bəhrələnmiş müxtəlif anlamlardır.”  Başqa yerdə yazır: “Dinlərin müxtəlifliyi müxtəlif təcrübi dinlərin nəticəsidir. Onların hər biri tarixin müəyyən dövründə başlayıb, elmin və mədəniyyətin inkişafı və insanın özünü dərk etməsi ilə sona yetib.”
Dinlər arasında çoxluğa meyillilik bu mənada nəzərdə tutula bilər ki, bütün dinləri öz-özlüyündə haqq bilək və ya hər bir dinin özlüyündə haqdan bəhrəsi var. Yaxud, ola bilər hansısa bir dinin özünün daxilində firqələr olsun və hər birisi özünü haqq hesab eləsin. Məsələn, İslamda şiə və sünnü məzhəbləri və hər iki məzhəb İslamı qəbul edərək özlərini haqq bilirlər. Təbbi ki, onlardan biri haqq ola bilər. Amma plüralizm nəzəriyyəsinə əsasən, hər halda hər iki məzhəb haqq kimi tanıtdırılır. Yaxud, hər iki məzhəbin haqq olmağa ixtiyarı və bəhrəsi var. Başqa sözlə desək, dini plüralizmdə çoxluğa meyllik dinlər arasında və ya bir dinin özünün içərisində olan bölmələrə aid etmək olar.
Dini plüralizmin əsasları və nəzəriyyələri;
Dini plüralizmin özünəməxsus müxtəlif əsasları var ki, onlardan bəzilərinə işarə edirik:
Birinci nəzəriyyə; “Dinin gövhər”i ilə “dinin sədəf”i arasında ayralıq salmaq, dinin necə deyərlər onurğa sütunu və gövhərinə əsas verməklə, dinin sədəflərinə diqqət etməmək. Bu nəzəryyiədə adətən, dini təlimlər, ədəblər, zahiri ibadətlər və sair dinin sədəfi və dinə bağlı məsələlər kimi göstərilir.
İkinci nəzəriyyə; Bu nəzəriyyə təcrübi vəhyə və dini təcrübəyə təkid edir və əslində dini, təcrübə dini qədər aşağı həddə salır. Təcrübə dini həmişə müxtəlif formalarda dəyişməklə açıqlana bilər. Təcrübə dini müxtəlif işlərin, fərziyyələrin, mədəniyyət və mərifətlərin təsirindən müxtəlif şəkildə ola bilər. Dinlərin müxtəlifliyi əslində, vahid təcrübi dinin müxtəlif mədəniyyətlərin aynasında aşkar olmasıdır.
Üçüncü nəzəriyyə; Bu nəzəriyyə əslində, insanpərvərlərin təfsiridir. Onlar etiqad bəsləyirlər ki, dinlər insanı ilahi əməllərə tərəf çəkməkdənsə insanları dünya müştərəkliyinə dəvət etməli və dünya həyatında yaşayışa lazım olan şeyləri nəzərdə tutmalıdır. Öz ilahi məsələlərini sonraya saxlamalıdır.
Dördüncü nəzəriyyə; Bütün dinlərin tək bir xəbəri və məqsədi var və azca araşdırma aparmaqla dinlər arasında olan ixtilafı aradan götürmək olar. Əslində, dindəki ixtilaflar dinin müxəlif təfsirləri, dillərin müxtəlifliyindən olub qeyri-həqiqidir.
Beşinci nəzəriyyə; Bu nəzəriyyənin əsası “özündə gizlənmiş” həqiqəti ilə bizim yanımızdakı həqiqətinin arasında fərq qoymaqlıqdır. Əsl həqiqətin əslində elə dərki var ki, heç kəsin onu kamil dərk etməyə qüdrəti yoxdur və bizim təfəkkürümüzün o aləmə əli qısadır. Amma, bizim yanımızda elə həqiqət var ki, əslində xaricdə vücudu var. Dinlər, insanların müqəddəs işlərlə qarşılaşması və hər əsrin özünəməxsus mədəniyyəti nəticəsində çoxalıb. Bundan əlavə, Allah-taala əlaqə icad etmək üçün öz xəbərlərini hər millətin mədəniyyətinə əsasən köklənmiş və hər əsrin tələbinə münasib yollamışdır.
Yaddan çıxmasın ki, bu nəzəriyyələr barəsində onu da qeyd etmək lazımdır ki, birinci nəzəriyyəni istisna etməklə yerdə qalan bütün bu nəzəriyyələrin hamısına ciddi irad tutmaq olar. Daha çox mütaliə üçün digər məxsus kitablara müraciət etmək lazımdır.
Altıncı nəzəriyyə; Bu nəzəriyyə hermenevtik (Hermeneuein- yunan sözü olub, şəxsin hər hansı bir mühüm mətni öz nəzərinə əsasən, açıqlamasına deyilir) bir nəzəriyyə olub, əslində dini mətni təfsir edənin özünün şəxsi məlumatları və dini anlayışı açıqlayarkən əvvəldən və sonradan zehnində olan bütün şəxsi biliklərindən istifadə etməklə yaranıb. Bu cəhətdən müəllif və danışan təfsirçinin özü olduğuna görə təzə nəzəriyyəsini irəli sürdükdən sonra əslində özünün müəllif olmasını əldən verir. Bu nəzəriyyəyə əsasən mətn və ifadə öz-özlüyündə bir mühüm deyil, amma təfsirçi öz zehnində olan məlumat və fərziyyələr və mərifətlərə əsasən, mənanın ruhunu başqa bir formada bəyan edir. Başqa sözlə desək, bir ifadənin batinində olan məna bir muma bənzəyir ki, təfsirçinin zehni öz mərifəti əsasında o mənanı müxtəlif şəkillərə salır. Beləliklə, ifadələr və əsl mətn mənalarla dolu deyil, bəlkə də müfəssir və eşidənlər ifadələri dərk etməlidirlər.  Bu nəzəriyyənin iradı; Altıncı nəzəriyyə plüralizimlə hermenevtika arasında müştərək nəzəriyyə sayılır ki, bir sıra iradları var. Onlardan bəzlilərinə işarə edirik;
İnsanın anlama sistemi bir sıra münazirə qanunlarına tabedir və dünyanın bütün aqilləri o əsas və üsul əsasında danışıqlar aparırlar. Mənaların dərki və digərinə ötürülmə üsulu, o cümlədən, danışanın və müəllifin özünə, istifadə etdiyi sözlərə və açıqlama yolu sayılan dilinə diqqət aqillərin nəzərini cəlb edən əsas amillərdəndir. Simvol, tənz və sair kimi üsullarla hər hansı bir ifadəni çatdırmaq istəyən şəxs şübhəsiz ki öz şəxsi anlamlarından bəhrələnir. Bunlar də əqli üsullardan sayılır ki, heç bir müfəssir onlarsız öz fikrini açıqlaya bilməz. Əlbəttə, əgər hər hansı bir mətn hansısa bir işdən xəbər verirsə, ona aid olan digər şahid və təsdiqləyici nişanələri də araşdırmaq üçün çalışmaq lazımdır. Dini mətnlərdə bir hökmü ləğv edəni (nasix) və ləğv olunmuş mövzu (mənsux), ümumi və xüsusi, mütləq və qeydli və s... bu cür mövzuları olduğuna görə hər hansı bir məsələnin açıqlanması üçün onun əvvəlini və sonunu çox diqqətlə araşdırmaq lazımdır. Deməli, hər hansı bir dini mətnin dərkində təbii ki, müəllifin halətini, fərziyyələrini və digər sözlərini də nəzərə almaq lazımdır. Amma bəzi fərziyyələr də var ki, qarşı tərəfi mətni düzgün dərk etməkdən uzaqlaşdırır və belə məsələlərdən dini mətnin anlamında istifadəsindən çəkinmək lazımdır.
Plüralizm nəzəriyyəsinə diqqət;
Dini plüralizmə tutulan bütün nəqdlər və iradlarla yanaşı biz müsəlmanların əqidəsinə görə bizim əlimizdə tuturlı dəlillər var ki, bütün dinlərin bu cür birləşməsi iddiası düzgün deyildir. O cümlədən, İslam dininin xüsusi əqli maarifləri, qanunları və göstərişləri var ki, onların həmahəng olması və İslamın mətninin dəqiq şəkildə inhirafdan uzaq olması və müsəlmanların müqəddəs kitablarının hər bir dəyişiklikdən uzaq olması, həmçinin, Quranın ecazkarlığı və mübarizəyə dəvət etməsi, İslam hökmlərinin hərtərəfli və möhkəm olması bu sözə dəlildir.
Bundan əlavə, ən mühüm məsələlərdən biri də İslam dini dinlərin sonuncusu olması və keçmiş dinlərdən sonra gəlməsidir. Bu da keçmişdəki bütün dinlərin və şəriətlərin aradan getməsinə (nəsx olunması) dəlalət edir.
Dinin müxtəlif tərifləri;
Müxtəlif təriflər və ya hermenvtik bəhslər din təhqiqində olan tərəfdarlarının zehnində təsir qoyub, öz şəxsi məlumatları əsasında dini mətnin müxtəlif təriflərinə səbəb olub. Hermenevtika nəzəriyyələrinin də müxtəlifliyi var ki, onlardan bəzilərinə işarə edirik;
1. Şilayer Maxerin nəzəriyyəsi; Hermenevtika, mətnləri təfsir etmək və anlaşılmazlığın qarşısını almaqdan ötrü bir açıqlama yoludur. Bu da mətnlə müfəssirin arasında yaranmış zaman fasiləsindən yaranmış bir qanundur.
2. Dilitayinin nəzəriyyəsi; Hermenevtika təbii elmlərin müqabilində hümanitar elmələrdən ötrü bir əsasdır. O, müfəssirin təfsirində (açıqlamasında) tarixin təsirinin olduğunu qəbul edir.
3. Heydgerin nəzəriyyəsi; Hermenevtika anlayışın mahiyyətinin açıqlanması və ondan yaranmış şəraitin hasilidir. O, hermenevtik qaydanı fəlsəfi qanuna tərəf çəkir (varlıqşünaslıq) və varlıq tanımaq əslinə əsasən, varlıqların tanınması və necəliyini və bu qanunun şəraitini açıqlayır.
4. Qadamerin nəzəriyyəsi; Hermenevtika üfüqlərin birləşməsidir. O, Heydgerin varlıqşünaslıq nəzəriyyəsini mərifətşünaslıq şəklində təqdim edir. Əslində, varlıqşünaslıq insanın dərk qüvvəsini əmələ gəlməsi yolunu bina edir. Qadamerin hermenevtika nəzəriyyəsi əsasən, insanın dərk qüvvəsinin açıqlanmasını və hüdudlarını bəyan edir. Bu nəzəriyyədə, insanın dərk qüvvəsinin doğru-düzgün yaxud, səhv və etibarsız olmasına heç bir işarə etmir. Onun nəzəriyyəsinə görə təfsirçinin zehni etiqadlar, məlumatlar, intizarlar, fərziyyələr, suallar, vaciblər və xəyallarla doludur. Bütün bunlar onun “üfüq” və ya “nəzəriyyəsini” təşkil edir. Bu üfüq həmişə onunla hərəktdədir, yaxud həmişə varlıq aləminə müraciət etməklə əşyaya və orta səviyyəli mətnə çevrilir. Təfsir əməli əslində, “üfüqlərin tərkibindən” ibarətdir. Yəni, “təfsirçinin dərk və anlayış üfqlərinin” tərkibi və peyvəndidir. “Mətnin üfüqündə” hermenevtikanın işi bu üfüqləri (təfəkkürləri) bir növ uyğunlaşdırmaq və təfsirçi ilə mətn arasında dialoqu uyğunlaşdırıb təqdim etməkdir. Belə açıqlamaların ixtilafının əsası, müfəssirin öz fərziyyələri və düşüncələrinə söykənməsidir.
Qadomerin nəzəriyyəsin əsasən, bütün zamanları, üfüqləri və şəraitləri əhatə edən elə bir mütləq nəzəriyyə yoxdur. Bəlkə də, hər bir yozum və təfsir öz məxsus üfüqündə məxsus sözlə uyğun olmalıdır. Ona görə də ümumiyyətlə, tərəfsiz təfsir mümükün deyil və heç bir yozum qəti və son nəzər ola bilməz. Əslində, Qadomerin hermenevtik nəzəriyyəsində müəllifin nadir tapıntılarına heç bir diqqət olunmur. Çünki, mətni müəllifin zehninin məhsulu kimi nişan vermək olmaz.  Qadomerin nəzəriyyəsinə iradlar;
Son illərdə çap olunmuş fəlsəfi və kəlami jurnallarda Qadomerin nəzəriyyəsinə daha çox əhəmiyyət verilməsi və onun nəzəriyyəsinin digər nəzəriyyələrə nisbətən daha çox gözə dəyməsini nəzərə alaraq bu nəzəriyyə haqqında bəzi iradlara işarə etməyi lazım bilirik;
Birinci; Hansı dəlilə görə mətni təfsir edən müfəssirin nəzəriyyəsinə diqqət etməyək və bilərəkdən özümüzü qafil kimi göstərək? Məgər müfəssir mətni verən müəllifin zehni üfüqünü nəzərə almaqla öz zehni üfüqünü onunla yanaşı etməyə çalışa bilməz?
İkinci; Qadomerin nəzəriyyəsinə əsasən, bir növ nisbiliyə meylliliyə çatırıq və haqla batil arasında heç bir sərhəd qalmır. Həqiqətdə, bu nəzəriyyə bir növ Kantın “nisbiyyyət” nəzəriyyəsinə bənzəyir.
Üçüncü; Qadomerin nəzəriyyəsinə külli şəkildə irad tutmaq olar ki, o da budur ki, fərziyyələrin, əvvəldən hökm etmələrin və adətlərin mətnin təfsirində təsir qoymasını lazımlı sayır.
Dördüncü; Əgər hər bir fərziyyə əvvəlcədən başqa bir fərziyyəyə ehtiyaclıdırsa şübhəsiz ki, həmin əvvəlki fərziyyə də özündən əvvəl bir fərziyyəyə ehtiyaclıdır. Bu də əslində dövr ya sonsuz silsiləyə səbəb olur.  Dinin müxtəlif təriflərinə diqqət;
Bura qədər dinin hermenevtik və müxtəlif təriflərinə toxunuldu və izahlar verildi. Ən çox nəzər cəlb edən Qadomerin nəzəriyyəsinə işarə edib ona uyğun mətləbləri də qeyd etdik. Amma bu bəhsin təkmil olmasından ötrü bir neçə məsələni diqqət çatıdırmaq zəruridir:
Birinci məsələ; “Dinin müxtəlif tərifləri” müəyyən həddə qədər müasir hermenevtik nəzəriyyədən götürülməsinə baxmayaraq, İslam elmində mətni anlama, dərk və yozulması qədim zamanlardan mövcuddur. Onu da qeyd etəmək olar ki, İslam elmlərində hermenevtik bəhslər, xüsusilə təfsir, üsül və nəzəri irfan elmlərində çoxdan istifadə olunmuşdur. Miçal üçün əqli, nəqli, rəmzi, şühudi və Quranla Quran, ayə ilə ayə, şəxsi rəy kimi təfsir növləri, həmçinin, kəlmələr və kəlmənin zahiri və batini mənalarının ələ gətirilməsi və sair .... bəhslərini göstərmək olar.
İkinci məsələ; Müqəddəs dini mətnlər müsəlmanlar və İslam aləmində və mədəniyyətində, müxtəlif islam elmlərinin vücuda gəlməsində mühüm rol oynadığına görə demək olar ki, dərk və açıqlamalarda, mətnlərdən təfsirlər ələ gətirmək yolunda, nəzəriyyə vermək, elmi mübahisələr və etiqadi bəhsləri bilmək kəlam elminin ən mühüm bəhsləri kimi rol oynayır. O cəhətdən, dinin müxtəlif tərifləri və dini terminlərin müxtəlifliyi kimi bəhslərdə bəzi ixtilaflar qarşıya çıxmışdır. Bu ixtilaflar ən çox son zamanlarda qərbdən mənşə alan bəzi “ziyalılar” tərəfindən ortaya atılmış və əsasən, Qadomen nəzəriyyəsindən “borc alınmış” bir nəzəriyyə kimi nəzərə gəlir. Bu mütəfəkkirlər çılışmışlar ki, hermenevtika fəlsəfəsini İslamda əsas üsul, Quranın təfsiri və rəvayətlərin dərk olunmasında istifadə etsinlər. Onların bu sahədə seçdikləri nəzəriyyəni bu qismlərə ayırmaq olar:
1. Din və şəriət mətnləri sakit və danışmazdır;
2. Müfəssirlərin və qarşı tərəfin zehni və xaricdəki fərziyyələri mətnin təfsirində təsir qoyur;
3. Dinin həqiqəti və gövhrəi heç bir müfəssirin toruna keçməz və sığışmaz;
4. Adi insanlar arasında heç bir dəqiq nəzəriyyə yoxdur və biz həmişə haqla batilin arasında qərar tuturuq;
Üçüncü məsələ; Yuxarıda qeyd olunmuş nəzəriyyələrin heç birində həddən artıq nəzərə gələn dini təriflər arasında həqiqəti ayırmaq və ona çatmaqdan ötrü heç bir qanun və meyar təyin olunmamışdır. O cümlədən, haqla batili, doğru ilə yalanı ayırmaqdan ötrü heç bir səy göstərilməmişdir. Başqa sözlə desək, bu nəzəriyyələrdə bütün meyllər və dəyərlər bərabər qiymətləndirilir. Halbuki, dini əsaslara və məhşur nəzəriyyələrə görə gərək dini müfəssir öz zehni anlamlarında “müəllifin” üfüqi zehnini ayıra bilsin, qanun və meyarlar əsasında özünün düzgün nəzərini müəllifin niyyəti ilə uyğunlaşdırıb açıqlasın və ictihad eləsin. Yoxsa, bu nəzəriyyələr və təzə meyllər əslində dini nisbi analayışından əlavə, dini anlamın qanunşünaslığının da nisbiyyətlə olmasına hökm edir.
İslam alimlərinin nəzərinə görə çox qədimdən bəzi dini anlam və terminlərin (adi) insanlar üçün dərk olunması çox çətin olması qəti bir məsələdir. Amma bu ixtilaf “qanuni ixtilafdır”. Hətta, bu qanunların bir çoxu dini mətnin özü əsasında düzəlmişdir. Beləliklə, “dərkdə ictihad” və ya “dini tərif”, “təfsir rəy” kimi öz zehni məhsulunu dini mətnə nisbət verib hər tərifi qəbul etmək olmaz.
Dördüncü məsələ; Bütün deyilənləri nəzərə alaraq demək olar ki, fəlsəfi heremenevtika tərəfdarlarını və dinin müxtəlif təriflərini qəbul edənləri “müfəssir məhvər” adlandırmaq olar. Halbuki İslam alimlərinin nəzəriyyələri həqiqi danışanın (Allah ya elçisinin) iradəsinin ardınca olduqlarına görə onların meyli “müəllif məhvər” meyldir. Bu cəhətdən ki, onların nəzəriyyələrində müfəssir, məntin vasitəsi ilə (Quran və hədis) əsl söz sahibinin niyyətinə yol tapır, onların yolunu “mətn məhvər” də adlandırmaq olar. Müəllif məhvər və mətn məhvər müfəssirin bütün təlaş və cəhdi danışanın əsl sözünü və iradəsini dəqiq şəkildə ələ gətirməsinə xidmət edir və bu yolda məqsədinə çatdıra biləcək bütün qanunlardan istifadə edir. Məsələn, mətləbə dəlalət edən sözlər və qanunlar, danışanın dininin qanunları kimi bəzi ilk elmi məlumatların olması, dil qanunlarını bilməsi, ümum və xüsus qanunları, mütləq və qeyd, xülasə və izah, üfüq, yaxud mətnin nazil olma səbəbləri və sair ...mətləbə aid mövzulardan xəbərdar olmalıdır.
Beləliklə, müəllif məhvər (meyar) olmaq bütün fərziyyələrin inkar olunması mənasında deyil. Baxmayaraq ki, müfəssirin bəzi nəzəriyyələrinin mətnə təsir etməsi mümkündür və nəticədə “şəxsi rəyə əsaslanan təfsir” qarşıya çıxır. Buna baxmayraq təfsirdən öncə biliklər və fərziyyylər var ki, onlardan qaçmaq olmaz. Məsələn;
1. Əsl mətndə ictihad edib ordan təzə mənaları ələ gətirməkdən ötrü öncədən bir sıra müqəddəmə bilgilərə və fərziyyələrə malik olmaq lazımdır. Məsələn, mətnə aid dil ədəbiyyatının qanunlarını bilmək, və sair...
2. Kəlam və teoloji fərziyyələri əvvəlcədən bilmək; o cümlədən, Allahın hikməti, Onun kəlamının hidayət edici olması, Quranını dili, onun aydın olması, Quran və Peyğəmbərin (sələllahu ələyhi və alihi və səlləm) işlətdiyi qanunların dəlil olması və sair....
3. Qarşı tərəfin zehni suallarına, məntiqi iradlarına,və mətnin səviyyəsinə aid olan dəyərli, maraqlı və dərkə səbəb olan fərziyyələr zehndə olmalıdır.
Beşinci məsələ; bu mövzuda sonuncu məsələ və sual budur ki, nəyə görə, hətta, müəyyən qanun çərçivəsində olan ictihad, dərklər və anlayışlar da müxtəlif və fərqli olur?
Cavabda qısa olaraq onu demək olar ki, bir sıra ziddiyyət və çox mənalılıq əslində qeyri-həqiqi və mətnin anlayışının düzügün olmamasından irəli gəlir və əslində bütün bu nəzəriyyələri bir çərçivə içərisində qərar vermək lazımdır. Misal üçün bəzən hökmlər fətvalarla müxalif və qarşı-qarşıya durur. Belə məsələlər əslində iki mövzuda, iki zamanda və iki şərtdə qərar tutur. Əgər dərindən dəqiq təhlil və tərkib olunsa, ümumi olaraq ixtilafı aradan qaldırmaq olar. Başqa sözlə desək, hər ikisini bir yerdə cəm etmək olar.
İxtilaf və çoxmənalılığın başqa bir növü də mütəfəkkirin, təfsirçinin və ya hər hansı mühəqqiqin dünyagörüşü və dərkinin dərinliyinə qayıdır. Başqa sözlə desək, bir çox müfəssirlərin “əvvəlcədən zehnində olan fərziyyələr və sualları”, “səviyyələri” müxtəlif cəhətdən və şəxsi nəzəriyyədən mənşə alır, sonra əsl müqəddəs mətnin sorağına gedirlər. Digər cəhətdən əsl mətnin dərinlikləri, batini mənalara malik olması və bəzi hikmətləri səbəb olur ki, fərz olunan suallara müxtəlif cavablar zehnə gəlsin. Bu səbəbdən əslində, bütün cavablar qarşı-qarşıya yox, bir çərçivədə olmalıdır.
Amma, bəzən heç bir vəchlə bir çərçivədə olmaq qabiliyyətinə malik olmayan zidd və çoxmənalı nəzəriyyələri xülasə olaraq bir neçə səbəbdən araşdırmaq lazımdır:
Ədəbiyyat qanunlarını nəzərə almamaq və ya səhvə yol vermək; dilçilik maarifindən bəhrələnməmək, məsələn, əsl mətndə olan istisna və qeyd qanunlarını bilməmək; məntiq elmindən yerində istifadə edə bilməmək və dəlil və sübut üsullarından istifadə etməmək; təfsir qaydasında cüzi baxış və ümumi əlamətlər və qeydlərə diqqət etməmək; əqli dəlil və nişanələrə diqqət etməmək; sənədşünaslıq məlumatının lazımi qədər olmaması və bu elmdən bəhrələnməmək, məsələn, rical ( rical elmi, hədisi nəql edən ravinin tarixdə həyat və yaradıcılığını və vəziyyətini araşdırmaq, nə dərəcədə etibarlı şəxs olub-olmamasını ələ gətirmək elmidir) və dirayə (nəql olunan sözün sənədinin nə dərəcədə doğru olub-olmamasını araşdıran) elmini tətbiq etməmək və sair...
Xülasə budur ki, hər hansı din, yaxud mətn haqqında “qanunlar çərçivəsində”, əqli və “məhdud” şəkildə müxtəlif məna və nəzəriyyələr vermək qaçılmaz və inkar olunmaz bir mövzudur. Amma şübhəsiz ki, müqəddəs mətnləri araşdırmaq qabiliyyətinə və istedadına malik olmayan bir şəxsin din haqqında “təzə nəzəriyyə” və tərif irəli sürməsi yolverilməzdir və bu haqqında son nəzəri qəti olaraq bu sahənin əsl mütəxəssisləri və təhqiqatçıları verməlidirlər.
Nəticə;
Plüralizm və dinin müxtəlif tərifləri haqqında iki nəzəriyyəni araşdırmaqla məlum olur ki, bu iki mövzu əslində dini təhqiqat mövzusundan kənarda olub son zamanlar qeyri-dini məktəblər tərəfindən geniş şəkildə irəli sürülmüşdür. Bu mövzular cəzbedici və fərqli olmaqları ilə yanaşı təzə kəlam elminin iki şaxəsi də hesab olunur.
Amma bu iki nəzəriyyənin müştərək nöqtəsi həmin hermenevtik plüralizmdədir ki, plüralizm nəzəriyyəsinin altıncı mövzusunda irəli sürüldü və bu sahədə müxtəlif biliklər verildi.
Sonda onu da qeyd etmək lazımdır ki, plüralizm və heremenvtika bəhsləri çox geniş mövzu olduğuna görə müfəssəl bəhslərə ehtiyac var və daha çox məlumat olmaq istəyənlərə bu mövzuda yazılan kitabalara müraciət etmələri məsləhət görülür.

Daha çox məlumat üçün ədəbiyyat;
1. Ustad Hadəvi Tehrani, Məhdi, Kəlami ictihadın əsasları;
2. Suruş, Əbdülkərim, Düzgün yollar;
3. Əbdurrəsul, Bəyat və digərləri, Kəlmələrin mənası;
4. Rəhipur Əzğədi, Həsən, Nəqd kitabı, №4;
5. Müctəhid Şəbstəri, Məhəmməd, Nermenevtika, Quran və qanunlar;

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Sual:45. Elm, əql və dini necə tərif edirsiz? Onların arasında hansı təzad və ...
Ər- rəhman surəsinin 33 cü ayəsində fövqəladə güc və sultandan məqsəd ...
Sual 45: Qeyd olunan ayədən belə bir məna da əldə etmək olur ki,peyğəmbərləri ...
Cənabət qüsulu nədir və necə alınmalıdır?
Ayətullah Məkarim Şirazinin Hicab məhbusları haqda suala cavabı
Sual: 12. Həqiqətin qəbuluna tələsməyənlərlə necə rəftar edək?
Müalicədən ötrü xanımlar olan baseyndə çimmək olarmı?
Sual 72: Qulaq asmaqla eşitmək arasında nə kimi fərq vardır?
Sual 41: Bərzəx aləmində min il əvvəl dünyasını dəyişmiş şəxslərlə bu ...
Sual: 19. Kilsə hakimiyyəti ilə İslam hakimiyyəti arasında hansı fərqlər var?

 
user comment