Cavab: Sonuncu din - Allah tərəfindən sonuncu olaraq göndərilmiş dindir. Yəni, belə bir dinin zühurundan sonra təzə din və peyğəmbərin göndərilməsi mümkün deyildir. Deməli, sonuncu dinin peyğamı, proqramı bütün ilahi elçilərin peyğam və proqramından üstündür və onun dinləyicisi Qiyamətə qədər bütün əsr və zamanlarda olan insanları əhatə edir. Belə bir din bütün dinlərdən kamil və həqiqi dindən (yəni, Allah yanında lövhi məhfuzda olan dindən) vəyh vasitəsi ilə mümkün olan qədər istifadəsi olmalıdır. Əgər dinin əslindən onda hər hansı bir şey çatışmazsa, gərək o şeyin əql yolu ilə ələ gəlməsi mümkün olmamış olsun. Beləliklə, kamil din o demək deyil ki, insan hər vaxt bir sual etsə o sualın cavabın tapa bilsin, əgər suala cavab tapmasa bu dinin naqis, natamam olmasına dair bir dəlil olsun.
Beləliklə, sonuncu dində vəhy yolu ilə insanlara göndərilmiş hər bir şey olmalıdır. Belə bir dinin göndərilməsi ilə Allah tərəfindən göndərilmiş digər dinlərin hamısı qüvvədən düşür, dinlər silsiləsi bununla sona çatır.
Kamil dinin əsas xüsusiyyətlərindən biri onun sonuncu olmasıdır. Belə bir dinin digər şərti də təhrifdən uzaq olmasıdır. İslamda dinin təhrifdən uzaq olmasını iki amillə təmin olunur:
1. Dini maarif və göstərişlərinin əsl mənbəyi olan Quran təhrifdən uzaq olmuş olsun.
2. Bu mənbənin təhrifdən uzaq olması meyarı isə məhz Əhli-Beyt (ə) məktəbinin təfsiridir. Elə bir təfsir ki, onların şagirdlərinin vasitəsi ilə nəsildən-nəslə keçərək, hər bir zəmanədə ictihad və qanun şəkilində büruz etmişdir. “Meyar yolu” dedikdə məqsəd elə bir meyardır ki, başqa yollar onunla tutuşdurulur, müqayisə edilir. Beləliklə, Əhli-Beyt (əlyehimus-salam) məktəbi tarix boyu bütün zaman və məkanlardan ötrü müəyyən meyar və qanunlar təyin etmişdir ki, bunların vasitəsi ilə dinin əsasları, üsul və qanunları həmişə qorunub saxlanılmış və kamil dində dəyişiklik olmamışdır.
Əlavə mütaliə üçün bax:
1. Mehdi Hadəvi Tehrani, “Vilayət və dəyanət”, “fərhəngiye xaneyi xirəd”, müəssisəsi, Qum. İkinci çap, 1380 şəmsi ili.