Cavab: Həqiqi din (yəni, Allah yanında lövhi məhfuzda olan din) hər bir zaman və əsrdə bütün insanlara aid olur və onun əsaslarında dəyişikliyə yol yoxdur.
İnsanın zatı və cövhəri dəyişməz və vahid olduğuna görə həqiqi din (yəni, Allah yanında lövhi məhfuzda olan din) həmişə insanda olan bütün əsaslı ünsürlərə aiddir. Belə ki, din həmişə zatı cəhətdən dünyəvi və sabitdir. Dinin həqiqətində və köklərində dəyişiklik yoxdur. Yəni, din öz-özlüyündə vahid bir xətlə bütün insanlara, bütün əsrə və bütün yerlərə aid olur.