Azəri
Sunday 28th of April 2024
0
نفر 0

Sual: 13. Dinin müxtəlif səth və mərhələləri hansılardır?



Cavab: Dinin əsas mərhələləri bunlardan ibarətdir:

a) Öz-özünə olan din: İlahi bir qüvvə və iradə ilə insanın doğru yola hidayətindən ötrü batində olan bir qüvvə, öz-özlüyündə olan dindir. Başqa sözlə desək, öz-özlüyündə olan din, insanın ilk yaranışı ilə axirəti arasında olan bir yoldur.

b) Göndərilmiş din: Allah-taala tərəfindən insanların səadət və xoşbəxtliyə hidayət olunmalarından ötrü ilahi peyğəmbərlər vasitəsilə göndərilən təlimlər “göndərilmiş dini” təşkil edir. Başqa sözlə desək, əslində, göndərilmiş dinin ya bir qismi, ya da hamısı vəhy yolu ilə insanların hidayətindən ötrü peyğəmbərlərin ixtiyarında qoyulmuş həqiqi dindir. (yəni, Allah yanında lövhi məhfuzda olan dindən)

Daha geniş məlumat

Din üçün dörd mərhələ təsəvvür olunur. Onların əsasları bunlardır:

a) Öz-özünə olan din: İlahi bir qüvvə və iradə ilə insanın doğru yola hidayətindən ötrü batində olan bir qüvvə, öz-özünə olan dindir. Başqa sözlə desək, bu din, insanın ilk yaranışı ilə axirəti arasında olan bir yoldur. Quranın bəyanına əsasən, insanın ilk yaradılışında insan elmsiz olur: “Allah sizi analarınızın bətnlərindən heç bir şey bilmədiyiniz (dərk etmədiyiniz) halda çıxartdı.”[1]

İnsanın yaranışından olan məqsəd isə başqa ayədə belə bəyan olunur: ”Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!” Yəni, sonsuz mərifət üçün yaratmışdır. Çünki mərifətin nəticəsi ibadətdir və hər kəs özünün mərifəti miqdarında ibadət edir.

Sədrul-Mütəllihin bu ayənin təfsirində yazır: Cinləri və insanları yalnız mərifət (agahlıq) əldə etməkdən ötrü yaratdım![2] Allah-taala Özü sonsuz olduğuna görə insana verdiyi mərifət də sonsuz dərəcəyə qədər irəliləyə bilər. Özlüyündə olan din, əslində bəşərin hidayətindən ötrü Lövhi-məhvuzdan götürülmüş bir nüsxəsidir ki, ilk yaranışından sonuna qədər onu əhatə edir. Bu da eyni həqiqət və əslində sübuta malikdir.

b) Göndərilmiş din: Allah-taala tərəfindən insanların səadətə, xoşbəxtliyə hidayət olmalarından ötrü ilahi peyğəmbərlər vasitəsi ilə göndərilən təlimlər məcmusu “göndərilmiş dini” təşkil edir. Başqa sözlə desək, əslində göndərilmiş dinin ya bir qismi, ya da hamısı vəhy yolu ilə insanların hidayətindən ötrü peyğəmbərlərin ixtiyarında qoyulmuş - özlüyündə yaranan dindir. (yəni, Allah yanında lövhi məhfuzda olan din)

Doğrudur ki, bu adlar tanınmaz qalıb, lakin tarixdə baş verən hadisələr və dinin həqiqətinə varmaq dinin mərhələli olmasına aydın şəkildə dəlalət edir. Allah-taala insanı xəlq edəndə onun əvvəlinə və axırına agah idi. İnsanın səadət və xoşbəxtliyə çatması üçün aydın yol qoyur və müxtəlif zaman mərhələlərində bu ilahi xoşbəxtlik nüsxəsindən bir qismini Öz elçilərinin vasitəsilə insanlara göndərir. (bu da göndərilmiş dindir).

“Din” sözünün müxtəlif işlənmə yollarına nəzər saldıqda bu mərhələlərə özümüz də rast gəlirik. Vahid ilahi bir dindən söz düşəndə onu “islam” kimi tanıyırıq. (“Allah yanında (haqq olan) din, əlbəttə, islamdır”.) Yaxud yanlış əqidəni düzgün etiqaddan ayıranda həqiqətdə fitri dinə (yəni, Allah yanında lövhi məhfuzda olan dinə) diqqət yetiririk. Məsələn, “həzrəti İbrahimin (əlyehissalam) dini tövhid dini olub”, və ya “Musanın (əlyehissalam) dinində çətin hökmlər var idi” – dedikdə ümumi şəkildə əsl həqiqi dindən (yəni, Allah yanında lövhi məhfuzda olan dindən) söz açılır. “İslam dini sonuncu dindir”, “İslam dini keçmiş dinlərin şəri hökmlərini sona yetmiş, qüvvədən düşmüş sayır”. Bütün bu cümlələrdə dindən məqsədimiz göndərilmiş din nəzərdə tutulur. İnsanın din kəlməsinə diqqət yetirməməsi və onun mərhələlərini nəzərə almaması nəticəsində din barəsində bəzən çox qəribə məfhumların başa düşülməsi meydana çıxır.

Onu da xatırladaq ki, din mərhələsində daha iki mərhələ də qeyd olunmalıdır. Kəşf olunmuş və düzəltmə din.

Daha çox mütaliə etmək üçün mənbələr:

1. Mehdi Hadəvi Tehrani, “Vilayət və dəyanət”, müəssiseyi fərhəngiye xaneyi xirəd”, . Qum. İkinci çap, 1380 şəmsi ili.

2. Mehdi Hadəvi Tehrani, Məbani kəlami ictiha ”, müəssiseyi fərhəngiye xaneyi xirəd. Qum. İkinci çap, 1377 şəmsi ili.

3. Mehdi Hadəvi Tehrani, “Məktəb və nizami iqtisadi islam”, müəssiseyi fərhəngiye xaneyi xirəd. Qum. İkinci çap, 1378 şəmsi ili.

[1] - Qərəşi, Seyyid Əli Əkbər, Qamusa Quran, vajeye şətənə.

[2] Kəhf sürəsi, ayə 51, "فسجدوا الا ابليس كان من الجن"

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Əgər insanın boynunda həm cənabət və həmdə başqa qüsullar varsa necə qüsul ...
Cənabət qüsulu nədir və necə alınmalıdır?
Sual 47: Nisa surəsinin3-cü ayəsində buyurulur:
Sual 73: Ilahi pəhriz düzgündürmü? İlahi pəhriz ilə şeytani pəhriz arasında ...
Sual 71: Ağız ,burun və qulaq suyu insan orqanizmində yarandığı kimi göz ...
وَ یُطْعِمُونَ الطَّعامَ عَلى‏ حُبِّهِ ...
SUAL - CAVAB
Sual 23: Möcüzə, sehr və şöbədəbazlıq arasındaki fərqin nədən ibarət ...
Azan və iqamədə İmam Əliyə şəhadək verməyin hökmü
Sual: 31. Allah həqiqəti axtaran insanı həqiqətə çatdıracağına zamin ...

 
user comment